04 May 2026 21:29
162
SİYASƏT
A- A+
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb  

Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb  


Gürcüstanın aparıcı informasiya portalları, radio və televiziyaları İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin onlayn formatda çıxışından materiallar yayıblar.

AZƏRTAC xəbər verir ki, “interpressnews.ge” portalının dövlətimizin başçısının çıxışından gətirdiyi sitatda deyilir: “Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacağam. Mən, həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm”.

“1tv.ge” portalının və Birinci kanalın yaydığı materialda Azərbaycan ilə Ermənistan arasındakı sülh reallığı barədə məlumat verilir və növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifinin dəstəkləndiyi bildirilir. “Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik”, – deyə, Prezident İlham Əliyevin çıxışından gətirilən sitatda bildirilir.

Portalın yaydığı digər materialda deyilir: “Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər”.

“Imedinews.ge” portalında Azərbaycan Prezidentinin Avropa Şurası Parlament Assambleyası ilə bağlı fikirlərinə diqqət yetirilir: “Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”.

Qeyd edək ki, “radiotavisupleba.ge”, “24news.ge”, “qafqazturk.com”, “apsny.ge”, “actual.ge” və daha bir neçə portal Azərbaycan Prezidentinin çıxışından oxşar materiallar yayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna mayın 6-nı atəşkəs elan edib

23:39
04 May

Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib 

23:38
04 May

Rusiya atəşkəs elan edib

23:36
04 May

Tramp: İran Hörmüz boğazından keçən ABŞ gəmilərinə hücum edərsə, yer üzündən silinəcək

23:35
04 May

Qəbələdə keçirilən WUF13 Festivalında minlərlə sakin iştirak edib 

23:23
04 May

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb

22:37
04 May

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 2 

22:05
04 May

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib 

21:53
04 May

Premyer Liqa: "Qarabağ" qalib gəlib

21:49
04 May

“Spotify”da yeni dövr: Süni intellektə mükafat verilməyəcək  

21:36
04 May

Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb  

21:29
04 May

Tərk edilmiş “SpaceX” raketi Aya düşəcək

21:13
04 May

Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar ASAN xidmət

21:03
04 May

İran ABŞ ilə yalnız münaqişəyə son qoyulmasını müzakirə etdiyini bildirib

20:57
04 May

Bank Azərbaycanın iştirakı ilə “yaşıl artım” layihəsini təsdiqləyib

20:53
04 May

Dünya mətbuatı Azərbaycan Prezidentinin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışından yazır 

20:52
04 May

Aİ-nin 20 milyardlıq süni intellekt planı tənqid hədəfində

20:51
04 May

Malidə hərbi hökumətin nəzarəti zəifləyə bilər

20:46
04 May

Avropada işıq pulu bahalaşa bilər

20:37
04 May

Ciorcia Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək  

20:31
04 May

Avstraliya ilə Yaponiya enerji sahəsində əməkdaşlığı gücləndirir

20:29
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!