24 Aprel 2025 08:10
272
SİYASƏT
A- A+
Günəş Şərqdən doğur

Günəş Şərqdən doğur


Azərbaycan səmərəli iqtisadi əməkdaşlıqda Asiya ölkələrinə daha çox üstünlük verir


Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələr xüsusi bir istiqamət təşkil edir. Ölkəmizin bu regionda müxtəlif sahələr üzrə fəaliyyət göstərən regional və beynəlxalq qurumlarla münasibəti ilbəil daha sıx və daha geniş xarakter alır. 

Xatırladaq ki, Azərbaycanın Asiya ölkələri ilə əlaqələri 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra başlayıb. Həmin dövrdən Çin, Yaponiya, Pakistan, Hindistan, Cənubi Koreya, İndoneziya, Malayziya, Sinqapur kimi ölkələr Azərbaycanla sıx iqtisadi əlaqələr qurmağa başlamışlar. Ərazi və əhali sarıdan dünyanın ən böyük qitəsi hesab olunan Asiyada 40-dan artıq ölkə var. Onların üçü - Çin, Hindistan və Pakistan isə iqtisadi potensiallarına görə dünyanın nəhəng dövlətləri sırasındadır. 

Həmin nəhənglərdən biri - Çin bu gün sürətli iqtisadi artımı, aqrar sahədə və sənayedə innovativ yanaşmaları ilə qlobal güc mərkəzinə çevrilmişdir. Bu səbəbdən Azərbaycanla Çin arasındakı əlaqələrin yüksək səviyyədə olması ölkəmiz üçün çox önəmlidir. 2013-cü ildə Çin lideri Si Tszinpin tərəfindən irəli sürülən məşhur "Bir kəmər, bir yol" təşəbbüsü Asiya, Avropa və Afrikanı birləşdirən nəhəng ticarət və infrastruktur şəbəkəsi olmaqla Azərbaycan-Çin münasibətlərində çox mühüm rol oynayır. Tarixi İpək yolu üzərində yerləşən Azərbaycan Çinin bu layihəsini dəstəkləyən ilk ölkələrdəndir. Ölkəmizin logistika və nəqliyyat imkanları yol verir ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) ən qısa yol olaraq Çindən Avropaya yükdaşımaları yerinə yetirsin. Bu sırada Zəngəzur dəhlizinin də önəmini unutmaq olmaz. Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, həm də region və beynəlxalq ticarət şəbəkəsi üçün yeni imkanlar açacaq bir layihədir. Prezident İlham Əliyevin sözləri ilə desək, Zəngəzur dəhlizi Azərbaycanın qlobal əhəmiyyətini bir daha təsdiqləyəcək və ölkəmizi dünya iqtisadiyyatında daha da önə çıxaracaq. 

Hazırda Çin Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 7,9 faiz olub. Amma imkan və perspektivlər daha genişdir. Prezident İlham Əliyev bu günlər Çinin "Sinxua" agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.

Asiya qitəsinin ikinci böyük dövləti olan Pakistanla Azərbaycan arasındakı iqtisadi-ticari əlaqələr strateji xarakter daşıyır. İkitərəfli iqtisadi münasibətlərin inkişafı hər iki dövlət üçün prioritet istiqamətlərdən biridir və bu məqsədlə müxtəlif iqtisadi forumlar, görüşlər, konfranslar və hökumətlərarası komissiyanın iclasları keçirilir. Nəticədə ticarət dövriyyəsinin artırılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib və yeni təşəbbüslər üzərində iş aparılır. Pakistan və Azərbaycan sahibkarları arasında əməkdaşlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və sərmayələrin artırılması üçün davamlı müzakirələr aparılır. Hər iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı ticarət maneələrinin aradan qaldırılması, gömrük və logistika sahəsində əməkdaşlığın  dərinləşdirilməsi əsas məqsədlərdən biridir. Pakistanın Cənubi Asiyanın enerji və logistika mərkəzinə çevrilmək istəyi, Azərbaycanın isə Asiyaya açılan qapı kimi mövqeyi hər iki ölkəni daha sıx əməkdaşlığa sövq edir. 

Azərbaycan və Pakistan həmçinin D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Həmin qurumlar çərçivəsində hazırda yeni iqtisadi təşəbbüslərin reallaşdırılması, birgə layihələrin həyata keçirilməsi, regional bazarlara çıxış imkanlarının genişləndirilməsi müzakirə edilir ki, bu da Azərbaycanın və Pakistanın iqtisadi-ticari münasibətlərinin daha da güclənməsinə xidmət edir. 

Azərbaycanın Mərkəzi Asiyadakı türk dövlətləri ilə münasibətləri də xüsusi qeyd olunmalıdır. Türk Dövlətləri Təşkilatında birləşərək "çəkici eyni zindana vurmaq" yolunda birgə addımlayan Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın Azərbaycanla münasibətləri yalnız ortaq türk-mədəni və tarixi köklərə deyil, həm də real iqtisadi maraqlara əsaslanır. Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən qardaş ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin bu dövlətlərlə əlaqələrinin dinamikasını nümayiş etdirir. 

Bu gün Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə İnvestisiya fondlarının yaradılması iri layihələrin reallaşdırılması baxımından təminat rolunu oynayır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə imzalanmış Əməkdaşlıq Memorandumu isə "yaşıl enerji" sahəsində əlaqələri möhkəmləndirəcək. Mərkəzi Asiya ölkələri ilə hazırda həyata keçirilən "Rəqəmsal İpək yolu" layihəsi də region üçün böyük əhəmiyyətə malikdir. Layihə rəqəmsal infrastrukturun inkişafına, bu sahədə təhlükəsizliyin təmin edilməsinə, iqtisadi inteqrasiya və texnoloji inkişafın təşviqinə yönəlib. Bundan başqa, bu ölkələrlə enerji ticarəti, kənd təsərrüfatı, nəqliyyat-logistika, su resurslarının idarə olunması və rəqəmsallaşma sahələrində çoxsaylı razılaşmalar və layihələr həyata keçirilir. 

Hazırda Asiya dövlətləri ilə əməkdaşlıq Azərbaycanın strateji prioritetinə çevrilmişdir. Bu əməkdaşlıq təkcə ticarət və nəqliyyatla məhdudlaşmır. "Yaşıl enerji", "ağıllı kənd" və texnoloji startaplar sahəsində Asiya ölkələrinin təcrübəsi Azərbaycanın milli inkişaf sgtrategiyası ilə üst-üstə düşür və bu sahələrdə təcrübə mübadiləsi, birgə layihələrin reallaşdırılması ölkəmizin iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan taxta materiallarının satın alınması məqsədilə açıq tender elan edir

02:26
22 May

AKP sədrinin müavini: Qərbi Azərbaycana qayıdış tələbi hüququn və ədalətin təzahürüdür

23:35
21 May

Ramil Həsən: Türkiyə Qərbi Azərbaycan məsələsində Azərbaycanın ədalət çağırışlarına açıq dəstək verir

22:05
21 May

Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb

21:22
21 May

Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdış bütün Türk dünyasının məsələsidir

18:20
21 May

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib YENİLƏNİB - 4 

18:10
21 May

Macarıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır  

18:02
21 May

Azərbaycan ilə Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb  

17:53
21 May

Vüqar Rəhimzadə: Azərbaycan və Macarıstan liderlərinin dostluq münasibətləri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayır  

17:49
21 May

Küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA  

17:36
21 May

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan  

17:08
21 May

Bu il rekord sayda maqnit fırtınası gözlənilir

17:02
21 May

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

17:01
21 May

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan

16:55
21 May

Səfir: Çin-Azərbaycan münasibətləri daim inkişaf edir və qarşılıqlı faydalı əməkdaşlığın nümunəsinə çevrilib  

16:28
21 May

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb

16:24
21 May

Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib  

16:19
21 May

“SpaceX” şirkəti orbitə daha 23 internet peyki çıxarıb  

16:14
21 May

Baş nazirin müavini Şahin Mustafayev Dağıstan Hökuməti sədrinin müavini ilə görüşüb  

16:11
21 May

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub  

16:07
21 May

Böyük Britaniyada ağcaqanadlarda Qərbi Nil virusu aşkarlanıb

16:05
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!