30 May 2023 13:18
427
SİYASƏT
A- A+
Gözün aydın, Azərbaycan!

Gözün aydın, Azərbaycan!


Vətən müharibəsindəki möhtəşəm zəfərimizdən sonra məğlub Ermənistan qoşunlarını Kəlbəcər, Ağdam və Laçın rayonlarından döyüşsüz çıxartdı. Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlanıldı. Bu proses son aylarda daha da intensivləşib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 28-də Laçın şəhərinə növbəti səfəri həm quruculuq işlərinin sürətləndirilməsi baxımından gərəkli oldu, həm də Müstəqillik günü Laçın şəhərində olmaq, Laçında çıxış etmək, İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən, qəhrəmanlardan Laçında danışmaq mahiyyəti baxımından bir gerçəkliyin ifadəsidir: Bu Zəfər tarixin axarını həqiqətə əbədilik dəyişdi.
Bu səfər həm də Laçına qayıdışla tarixləşdi. Quruculuq işləri 8 ayda böyük sürətlə aparıldı, Laçının böyük bir hissəsi tamamilə yeniləndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qürurla bildirdi ki,  ilk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaq.
İşğaldan azad edilmiş ərazilərdə kəndlər, şəhərlər böyük məsuliyyətlə yenidən qurulur, tikilir. Bu proses Zəfərin davamıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Laçında insanların rahat yaşaması üçün bütün lazımi şəraitin yaradıldığını qürurla qeyd etdi. Bugün Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olacaq. Bunlar həm ayrılıqda, həm də vəhdətdə işğaldan azad edilmiş bir rayonun yenidən necə qurulduğunun mahiyyətinin göstəricisidir. Tibb məntəqəsi, məktəb, Aqro və Sənaye Parkı başlanğıc üçün böyük uğurdur və Azərbaycan dünyaya təsdiqləyir ki, döyüşdə müzəffər olmaqla quruculuqda da müzəffər olacağıq.
Ölkə başçısının Laçına bu səfəri Moskvaya işgüzar səfərdən sonra daha həssaslıqla izlənildi. Moskva danışıqları Azərbaycanın dövlətçiliyinin qətiyyətliliyinin təsdiqi oldu. Laçına 28 may səfəri bu görüşdən sonra dövlətin daxili siyasətinin istiqamətlərini göstərdi. Bir daha təsdiqləndi ki, Azərbaycan öz dövlətçiliyini daha ciddi qoruyur, qoruyacaq. Aərbaycan Respublikasınını Prezidenti cənab İlham Əliyev çıxışında  strateji əhəmiyyət daşıyan nailiyyətdən də söz açdı: “Cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntə­qəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, danışıqlar müddətində Azərbaycanın iqtisadiyyatı gücləndirilib, dövlətin siyasi gücü artıb, regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır.
İkinci Qarabağ müharibəsi, qazanılan Zəfər həmişə xatırlanacaq, bəzi məqamlarda istinad olunası tarixi hadisə kimi anılacaq. Bu müharibədə qazanılan Zəfər bu ehtirama layiqdir. 
Ölkə başçısının Laçına Müstəqillik Günündə səfəri Azərbaycan dövlətçiliyinin dönməzliyinə inam kimi yaşanıldı. Laçına ilk köçü hamı Böyük köçün ilk karvanı bildi. Gözün aydın, Laçın! Gözün aydın, Azərbaycan!

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!