25 Yanvar 2025 16:42
263
SİYASƏT
A- A+
Gözə kül üfürməyə ehtiyac yoxdur

Gözə kül üfürməyə ehtiyac yoxdur


Rusiya və Ermənistanın “mehriban düşmən” maskası altında oynadıqları oyunun əsl səbəbi bəllidir 


İkinci Qarabağ müharibəsindən sonra ötən 4 ildə Ermənistanın Rusiya ilə münasibətlərində gərginliyin artması, münasibətlərin soyuması fonunda gündəm formalaşdırılması, əslində, planlı şəkildə hazırlanmış ssenaridir. Çünki son dörd ildə iki ölkə arasında təkcə iqtisadi-ticari əlaqələrə nəzər yetirdikdə artan iqtisadi göstəricilər bunun əksini göstərir. 

Yəni hazırda Rusiya ilə Ermənistan arasında baş verən maraqlı tendensiya ondan ibarətdir ki, gərgin siyasi polemika, qarşılıqlı ittihamların dozası artdıqca iki ölkə arasında ticarət dövriyyəsi də yüksəlir. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 21-də Moskvada erməni həmkarı Ararat Mirzoyanla danışıqlar apardıqdan sonra keçirilən mətbuat konfransında bəyan edilir ki, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 12 milyard dolları ötüb. S.Lavrov həmçinin vurğulayıb ki, bir ayda bir milyard dollarlıq ticarət dövriyyəsinə sahib olmaq misli görünməmiş göstəricidir. O, həmçinin bildirib ki, Rusiya şirkətləri Ermənistanın dövlət büdcəsinə vergi ödəmələrinə görə ilk yerlərdədirlər və ən böyük işəgötürənlər sırasındadırlar.

Qeyd edək ki, ötən ilin sonunda Rusiya və Ermənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası zamanı Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk da Rusiyanın Ermənistanın əsas investorlarından biri olduğunu, sənaye layihəsinə investisiyaların 3,4 milyard dollara çatdığını bildirmişdi. O hətta Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsinin 16 milyard dollara çata biləcəyini də istisna etməmişdi. Bu rəqəmlər onu göstərir ki, iki ölkə arasında 2024-cü il üçün ticarət dövriyyəsi mütləq rekorda imza atıb.

İki gün öncə isə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda iki ölkənin münasibətlərinə "aydınlıq" gətirilib. 

Qeyd olunur ki, Moskva-İrəvan münasibətlərinin pisləşməsi Qərbin hərəkətlərinin nəticəsidir. Bu, bir çox cəhətdən son bir ildə Ermənistana təzyiqləri artıran, onu Rusiya ilə ənənəvi əlaqələri pozmağa təhrik edən, erməni xalqına yad dəyər oriyentasiyaları tətbiq edən Qərbin siyasi oyunlarıdır. Təəssüf ki, bu respublika ABŞ və Avropa İttifaqının Rusiyanı Ermənistana əvəzləməklə bağlı əsassız vədlərinə tez-tez müsbət reaksiya verib. Axı KTMT Ermənistanın təhlükəsizliyinin təməl daşıdır, Aİ-yə üzvlük isə onun iqtisadi rifahının açarıdır: "Biz dəfələrlə erməni dostlarımıza çatdırmışıq ki, nə Vaşinqton, nə də Brüssel həqiqətən öz tərəfdaşlarının taleyi və maraqları barədə düşünmürlər. Qərbdə insanlar onları müstəsna olaraq utilitar şəkildə qavramağa vərdiş ediblər. İrəvan ötən ilin sonunda Gürcüstanda baş verən hadisələrə diqqət yetirməyə bilməzdi. Yəqin ki, onlar Ermənistanda İrəvanın Moskvadan qopması "layihəsinin" avropalılar üçün "aşağıxərcli" və erməni əhalisinə "bir neçə soyuq qışa hazırlaşmaq" məsləhəti ilə bağlı çox danışılan bəyanatları eşidiblər. Amerika kəşfiyyat xidmətləri ilə sıx əlaqələri olan Amerikanın "Stratfor" analitik mərkəzinin son proqnozu da eyni məcradadır. Orada açıq mətnlə qeyd olunur ki, administrasiya dəyişikliyindən sonra Vaşinqtonun Ermənistana münasibətdə eyni qızğın marağı çətin ki, olsun", - deyə bəyanatda bildirilir. 

Bəyanatda həmçinin bildirilir ki, Rusiyanın heç bir gizli gündəmi, Ermənistanın təhlükəsizliyinə və ya iqtisadi rifahına mənfi təsir göstərəcək "layihə"ləri yoxdur. Bunu ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın göstəriciləri də təsdiqləyir. Hesablamalar hələ tamamlanmayıb, lakin yeri gəlmişkən, Ermənistanı Rusiya bazarından imtina etməyə çağıran Aİ və ABŞ ilə ticarətin həcmi xeyli azdır və həm də azalma müşahidə olunur. Rusiya Ermənistanın əsas ticarət və investisiya tərəfdaşı olaraq qalır. 

Bütün bunlar bir daha təsdiq edir ki, uzun müddətdir iki ölkə rəsmilərinin bir-birinin ünvanına kəskin bəyanatlar səsləndirməsi, Ermənistan rəsmilərinin Rusiyanı "satqın" adlandırmaqdan belə çəkinməmələri, eyni ritorikanın Rusiya tərəfindən də müşahidə edilməsi "gözdən pərdə asmaq" üçün imiş. 

Dörd ildir ki, Ermənistan tərəfi guya Qarabağ məsələsində tutduğu mövqeyə görə Rusiyanı "satqın" hesab edir, Moskvadakılar Ermənistanın onları Qərbə "satdığını" düşünürlər. Qarşılıqlı siyasi ittihamlar iki ölkə arasında münasibətlərdə gərginlik görüntüsü yaradır. Ona görə görüntü deyirik ki, faktlar başqa məsələlərdən xəbər verir. Söhbət iki ölkə arasında iqtisadi sahədə əlaqələrdən gedir. Bu əlaqələrdə isə siyasi polemikalardakı gərginliyin tamam əksi olan proseslər baş verir.

Paşinyan hökuməti ikili oyun oynayaraq Qərbə doğru reveranslar etsə də, Ermənistan Rusiyanın müttəfiqi olaraq qalır. Üzdə problem imitasiya edilsə də, Ermənistan sanksiya altında olan Rusiyaya reeksport (bir ölkənin əvvəllər idxal etdiyi malları dəyişdirmədən ixrac etdiyi beynəlxalq ticarət forması) məsələsində əsas müttəfiqdir. 

Belə çıxır ki, iki ölkə arasında ticarət dövriyyəsinin indiyədək görünməyən 12 milyard dollara çatması hər iki tərəfi məmnun edir və gələcəkdə bunun 16 milyard dollara çatması üçün yəqin ki, münasibətlərin daha da inkişafını şərtləndirəcək. Təbii ki, iqtisadi münasibətlərdə dozanın yüksəlməsi siyasi münasibətlərdə gərginliyin artması fonunda təqdim ediləcək. Hətta iki ölkənin bir-birinə az qala müharibə elan etmək səviyyəsinə yüksəlməsi xəbərlərini də eşidə bilərik. 

Bütün bunların fonunda deyə bilərik ki, problem imitasiyası siyasi oyundur və bu prosesdə əsas aktyorlar iki ölkənin rəhbərliyidir. Gözə kül üfürməyə ehtiyac yoxdur, hər şey açıq-aşkar ortadadır. "Mehriban düşmən" maskası geyinib siyasi oyunbazlıqla məşğul olmaq Ermənistanın köhnə peşəsi olsa da, ən azından Rusiyaya yaraşmır. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusda prezident seçkilərində seçicilərin 85,70 faizi iştirak edib

23:19
26 Yanvar

Belarusda keçirilən prezident seçkilərində seçicilər arasında exit-poll sorğusunun nəticələrinə yekun vurulub  

23:13
26 Yanvar

Mərakeşdə terror aktına cəhdin qarşısı alınıb  

21:41
26 Yanvar

Misli Premyer Liqası: "Qarabağ" doğma meydanda "Turan Tovuz"a məğlub olub

20:48
26 Yanvar

“AzerGold”un qızıl və gümüş sikkə kolleksiyaları İsveçrədə növbəti dəfə nümayiş olunub

20:39
26 Yanvar

Britaniya universitetləri son dörd ildə Çindən milyonlarla funt sterlinq məbləğində maliyyə yardımı alıb  

19:11
26 Yanvar

Baş konsul: Türkiyə ilə quru sərhəddə ticarət həcmi artırılmalıdır

18:18
26 Yanvar

Aleksandr Lukaşenko: Paşinyan Ermənistanı məhv edəcək

17:59
26 Yanvar

Qar voleybolu üzrə ilk Azərbaycan çempionatının qalibləri bəlli olub  

17:49
26 Yanvar

Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

17:37
26 Yanvar

Ukraynalı ailələr uşaqlarını Böyük Britaniyaya gətirmək üçün qeyri-qanuni yollara əl atmaq məcburiyyətində qalıblar  

17:22
26 Yanvar

Bərdədə keçirilən eksternat imtahanında 374 nəfər iştirak edib

16:57
26 Yanvar

Tramp ilk beynəlxalq səfərini Britaniyaya edə bilər

16:31
26 Yanvar

Daşaltı əməliyyatında və Şuşa səmasında vurulan helikopterdə şəhid olanların xatirəsi anılıb  

15:58
26 Yanvar

Lukaşenko Belarusda prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı Aİ-nin bəyanatını pisləyib  

15:41
26 Yanvar

Ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyənlər üçün eksternat imtahanı keçirilib

15:14
26 Yanvar

XİN: Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub

14:51
26 Yanvar

Fransada 48 saat ərzində iki polis intihar edib

14:27
26 Yanvar

Qar voleybolu üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib 

14:03
26 Yanvar

Salyan rayonunun meşə fondu torpaqlarında 5 mindən çox ağac əkilib

13:59
26 Yanvar

Qanlı Yanvar hadisələrində Lənkəranın 11 şəhidindən 6-sı Haftoni meşəsində qətlə yetirilib

13:19
26 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!