27 Noyabr 2026 15:29
102
CƏMİYYƏT
A- A+
Gəncədə “Heydər Əliyev məktəbi” layihəsinin dördüncü mərhələsinin açılış mərasimi keçirilib

Gəncədə “Heydər Əliyev məktəbi” layihəsinin dördüncü mərhələsinin açılış mərasimi keçirilib


Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin dördüncü mərhələsi olan qış məktəbinin açılış mərasimi  keçirilib.

Öncə iştirakçılar Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

“Milli dövlətçilik və gənclər siyasəti: tarixi irsdən müasir hədəflərə” mövzusuna həsr olunan açılış mərasimində çıxış edənlər layihənin gənclərin intellektual potensialının artırılması, dövlətçilik ənənələrinin təbliği, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulamışlar. Bildirilmişdir ki, “Heydər Əliyev məktəbi” gənclərin liderlik və təşkilatçılıq bacarıqlarının inkişafına, ictimai-siyasi fəallığının artırılmasına, eləcə də şəhərsalma və memarlıq sahəsində biliklərinin genişləndirilməsinə xidmət edir.

Şəhər icra hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev çıxışında iştirakçıları belə bir maarifləndirici layihənin Gəncədə təşkil olunmasını yüksək qiymətləndirmişdir. O, Ulu Öndər Heydər Əliyevin şəhərin sosial-iqtisadi inkişafına, tarixi-memarlıq irsinin qorunmasına və gənclər siyasətinə göstərdiyi diqqətdən danışmış, qış məktəbinin iştirakçılarına uğurlar arzulamışdır.

Tədbirin sonunda qış məktəbinin proqramı çərçivəsində iştirakçılar üçün müxtəlif mədəni-əyləncəli tədbirlər təşkil edilmişdir. Sonra Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr edilən “44” bədii filmi nümayiş olunmuşdur.                                    

Sabir ƏLİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə “Heydər Əliyev məktəbi” layihəsinin dördüncü mərhələsinin açılış mərasimi keçirilib

15:29
27 Noyabr

Belarus-Ukrayna sərhədində yeni humanitar missiyaya başlanılıb  

15:24
27 Noyabr

Xocalı və Ağdərə rayonlarına növbəti köç: Daha 49 ailə doğma yurda qovuşub – YENİLƏNİB  

15:13
27 Noyabr

Yağış yağacaq, şimşək çaxacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

15:09
27 Noyabr

Nazir: “ExpoSport Azerbaijan 2026” sərgisinin keçirilməsində əsas məqsəd idmanımızın təbliğidir  

15:01
27 Noyabr

Lənkəranda şəhid məzarı ziyarət edilib  

14:13
27 Noyabr

Yardımlı Rayon İcra Hakimiyyətində qazilərlə görüş keçirilib  

14:01
27 Noyabr

Azərbaycan və Estoniya arasında siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

13:46
27 Noyabr

Ceyhun Bayramov: Azərbaycana da ATƏT-ə sədrliklə bağlı təkliflə müraciət olunub 

13:31
27 Noyabr

Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olunub

13:27
27 Noyabr

Estoniyalı nazir: Azərbaycandan öyrənəcəyimiz çox şey var 

13:19
27 Noyabr

Cəlilabadda mülki müdafiə sahəsində görülən işlərin yekunları müzakirə olunub  

13:08
27 Noyabr

Ceyhun Bayramov: Estoniya ilə münasibətlərdə çox ciddi dinamika müşahidə edirik  

13:05
27 Noyabr

Mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələri ilə bağlı məsələlər tənzimlənir  

13:04
27 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman müşahidə ediləcək  

12:44
27 Noyabr

İİTKM sosial-iqtisadi inkişaf Strategiyası üzrə monitorinqi Ələt Azad İqtisadi Zonasında davam etdirib  

12:43
27 Noyabr

Bakıda növbəti bal yarmarkası başlayıb

12:42
27 Noyabr

Azərbaycanın tarixi Zəfərinin, diplomatik qələbəsinin və iqtisadi nailiyyətlərinin nəticəsi  

12:39
27 Noyabr

Mingəçevirdə payız-qış mövsümünə hazırlıq məsələləri müzakirə olunub  

12:23
27 Noyabr

Ceyhun Bayramov: Estoniyanın Bakıda səfirliyinin açılması münasibətlərdə mühüm mərhələdir  

12:16
27 Noyabr

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib  

12:03
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!