10 Noyabr 2025 16:06
819
CƏMİYYƏT
A- A+
“Gələcəyə nəfəs!” aksiyası çərçivəsində 111 min 111 ağac əkiləcək  

“Gələcəyə nəfəs!” aksiyası çərçivəsində 111 min 111 ağac əkiləcək  

Qardaş Türkiyənin “Gələcəyə nəfəs!” çağırışı ilə hər il noyabrın 11-də təşkil olunan genişmiqyaslı ağacəkmə aksiyası artıq Azərbaycanda ənənəyə çevrilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova AZƏRTAC-a bildirib ki, bu il də Azərbaycan qardaş Türkiyənin bu təşəbbüsünü dəstəkləyir.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin bütün bölgələrini əhatə edəcək aksiya çərçivəsində 111  min 111 ədəd ağac əkiləcək. İnanırıq ki, əkilən ağaclar gələcəkdə geniş yaşıllıq sahələrinə çevrilərək, ətraf mühitə böyük töhfə olacaq”, – deyə İradə İbrahimova qeyd edib.

Nazirliyin sözçüsü, bu il noyabrın 11-i istirahət gününə düşdüyü üçün Azərbaycanda aksiyanın noyabrın 12-də keçiriləcəyini diqqətə çatdırıb: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin və əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsindən başlanan ağacəkmə aksiyasına Türk Dövlətləri Təşkilatı ölkələrinin ölkəmizdəki səfirliklərinin nümayəndələri də qatılacaq. Müşfiqabadda 1 111 ədəd ağac əkiləcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

11:20
14 Noyabr

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

10:06
14 Noyabr

Bilmək istəyirəm

09:05
14 Noyabr

Fransa etirazları susdurmaq üçün antiterror tədbirlərinə əl atır

09:00
14 Noyabr

ADY 10 ayda yük daşımaları üzrə yüksək göstəricilər əldə edib

08:55
14 Noyabr

Orqanizmi səssiz zədələyən "şirinlik"

08:50
14 Noyabr

Azərbaycanda şəhərsalma - zəngin keçmiş, modern müasirlik, texnoloji gələcək

08:45
14 Noyabr

Tanınmış dilçi alim

08:40
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!