03 Mart 2024 09:30
1327
Mədəniyyət
A- A+
Füzuli - Azərbaycan poeziya məktəbinin yeni mərhələsi

Füzuli - Azərbaycan poeziya məktəbinin yeni mərhələsi

 

Görəsən, zaman keçdikcə ədəbi proses irəli gedir, yoxsa geriləyir? Əlbəttə, bu suala birmənalı cavab vermək olmur. Əgər ədəbi proses zamanla irəli gedirsə, onda niyə çağdaş ədəbiyyatda Nizami Gəncəvi səviyyəsində bir şair mütəfəkkir yetişə bilmir? Bu cür ritorik suallara cavab vermək çox çətin olduğundan, sadəcə, faktın özünü nəzərə almaq lazımdır ki, bəli, ədəbi proses var və zaman-zaman onun böyük şəxsiyyətləri yetişir.
Tarixboyu şeir-sənət ocağı kimi tanınmış Azərbaycan ədəbiyyatda və folklorda həmişə öz yoluna malik olmuş, bir sıra xüsusiyyətlərə görə başqa xalqlardan fərqlənmişdir.
Bu fərqlər özünü hər şeydən əvvəl bədii sözün forma və məzmun gözəlliyinin vəhdətdə təqdim edilməsində, eləcə də bütün əsərlərin canını və qanını təşkil edən dərin humanizmdə göstərmişdir.
Məhz tükənməz xalq poeziyasından qidalanan Xaqani, Nizami, Nəsimi, Füzuli kimi sənətkarlar Azərbaycan şeirini xüsusi bir istiqamətlə aparmış, dünya poeziyasının polifoniyasında onun səsinin seçilməsinə nail olmuşlar.
Forma qüsursuzluğu, sözlərin poetik imkanından maksimum istifadə, mənanın çoxlaylılığı və hər layın xüsusi təyinata malik olması, təsvir və tərənnümlərdə ədəb dairəsinə ciddi riayət edilməsi, dərin rəmzilik, mümkün qədər az sözlə mümkün qədər çox poetik fiqurun verilməsi və s. Azərbaycan poeziya məktəbinin əsas üslubi xüsusiyyətlərindəndir.
Mərhələdən-mərhələyə zənginləşə-zənginləşə gələn bu poetik üslub Məhəmməd Füzuli yaradıcılığında artıq kamal zirvəsini fəth edir. Yeni ustadın, yeni müəllimin gəlməsi ilə bu məktəbin şagirdlərinin sayı sürətlə artır. Əslində, bunu məktəb adlandırmaq - onun statusunu bir qədər aşağı salmaq deməkdir; belə bir ifadə daha doğru olar ki, Nizaminin təsis etdiyi, professoru və rektoru olduğu Azərbaycan poeziya universitetinin ənənələrini Füzuli yeni mərhələdə canlandırdı, davam etdirdi və özünü bu yeni universitetin rektoru elan etdi.
Füzuli Azərbaycan poeziya universitetində yeni fakültələr açdı ki, bunlardan ən aparıcısı - Qəm fakültəsi oldu.

Mənəm ki, qafiləsalari-karivani-qəməm, 
Müsafıri-rəhi-səhrayi-möhnətü ələməm.
Həqir baxma mənə, kimsədən saqınma kəməm. 
Fəqiri-padşahasa, gədayi-möhtəşəməm. 
Sirişki-cövr mülazim, bəlavü dərd-həşəm.

Füzuli ilahi məhəbbətlə dünyəvi duyumu balla qaymaq kimi bir-birinə elə təbii şəkildə qarışdırdı ki, ondan sonra gələn sənətkarlar artıq bunları bir-birindən ayıra və bu məhəbbətin dadından doya bilmədilər. Füzulinin sintez etdiyi bu məhəbbətin sayəsində qəm şirinləşdi, əzab, cəfa ləzzətə mindi. Füzuli qəmini şirinləşdirən, əzabı yüngülləşdirən vasitələrdən biri də yumordur. Bu yumor da şairin başqa bədii vasitələri kimi sözün dərin qatlarında yerləşir və hər oxucuya camal göstərmir.
Füzuli yeni-yeni poetik obrazlar tapıb, bunlara yeni-yeni poetik funksiyalar aşıladı. Məsələn, it obrazı. Klassik poeziyada, xalq arasında alçaq, həqir sayılan, söyüş yerinə işlədilən bu obraz Füzulidə gözəlləşdi, bədiiləşdi. Həm sufi ədəbiyyatında mələk obrazının sinonimi kimi:

Parə-para cigərim itlərinə nəzr olsun, 
Ol səri-kuyə əgər düşsə güzarım bu gecə.

Həm də dünyəvi mənasında işlətdi bu obrazı:

Təbiəti-səgi-şəbgərd qılmışam hasil;
İşim qara gecə ta sübh naləvü fəryad,
Nə versələr ona şakir, nə desələr ona şad.

Klassik poeziyada və folklorda əsasən mənfi mənada, şər qüvvə kimi işlədilən "dövran", "çərx", "fələk" obrazları da Füzulidə bəzi hallarda müsbət məna kəsb edir.
Azərbaycan poeziya məktəbinin Füzuli mərhələsinin özünəməxsusluqlarından biri gözlənilməzlik effektidir. Qəflətən oxucunun qarşısına gözləmədiyi bir məna çıxır və bu məna qafil zərbə kimi hazırlıqsız oxucunu şoka salır.
Poetik təzadın misilsiz ustadı olan böyük Füzuli eyni zamanda poetik adiləşdirmənin də ustadıdr: yəni ən ağlasığmaz hadisələri adi məişət hadisələrinin köməyi ilə izah etmək sanki Füzulini çağdaş anlamda realizəyə qaytarır, onun obrazlarına inanmamağı mümkün etmir. Şairin bütün dövrlərdə qəlbləri fəth edə bilməsi məhz bu "halal sehrin" sayəsində mümkün olur.
Bütün bunlar dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulini minillik ədəbiyyatımızın gəlişməsində, boy verməsində növbəti mərhələyə qaldıraraq onun dünya lirikasının inkişafındakı rolunu bir daha təsdiq edir. Bu isə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin qlobal kontekstdə nə qədər yüksək bir mövqe tutmasından xəbər verir.
Füzuli ədəbi məktəbinin ən böyük nümayəndələrindən biri olan Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar üzünü qrafomanlara tutub deyirdi:

Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarıköynək qızıl olmaz!

Dahi Füzulini də məhz anası şair doğmuşdu və öz zəhmətkeşliyi ilə həm də alim olmuşdu. Bu baxımdan Füzuliyə mütəfəkkir-şair adı çox yaraşır. Bununla yanaşı, Füzuli böyük lirikdir və sənətkarlıq baxımından onun poeziyasının misli-bərabəri yoxdur desək, yanılmarıq.
Şeirə cila verərkən Füzulinin işlətdiyi poetik təsir vasitələrindən biri - gözlənilməzlik effektidir. Bunun təsir mexanizmi ondan ibarətdir ki, klassik poeziyaya bələd olan oxucu beytin birinci misrasından sonra hansı fikrin, obrazın gələcəyini təxmin edərək gözləyir. Lakin tamamilə başqa, daha gözlənilməz və təsirli fikir, yaxud obraza rast gəldikdə əvvəlcə çaşır, sonra isə estetik ləzzət və razılıq hissi keçirir. Ancaq bu gözlənilməzliyi Füzuli necə deyərlər, oxucunun özünə qızıl nəlbəkidə qoymur. Bəzən oxucu həmin mənaya varmaq üçün xeyli düşünməli, baş sındırmalı olur.
Bayaq dediyimiz kimi, Füzulinin əksər beytləri bu cür gözlənilməzlik effekti üzərində qurulub. İndi həmin beytlərdən bir neçəsi üzərində müşahidələr aparaq:

Göz xətindən mərdümün məhv etmədən bulmaz murad 
Zaye eylər hüsnünü xəttin səvad üzrə səvad.

Onu da qeyd edim ki, Füzuli eyni sözlərlə şeirin bədənini və ruhunu yaratmaq üçün əksər hallarda sözlərin çoxmənalılığından faydalanır, faktiki çoxmənalılıq olmadıqda isə həqiqi bir sehrkar kimi yeni mənalar yaradır. Bu beytdə də belədir: "xətt" sözü həm gözəlin üzünün cizgilərini, həm də yazı xəttini ifadə edir və poetik məna, beytin fiziki gözəlliyi də bu vasitə üzərində qurulmuşdur. Beytin açması belədir:
Aşiqin gözü gözəlin üzünün cizgilərini o zaman seyr edə, ondan murad ala bilər ki, öz bəbəyini məhv etsin. Yəni o qədər ağlasın, göz yaşı töksün ki, gözünün qarası yuyulub getsin.
Bir xalq mahnısında olduğu kimi:

Ağlama, ceyran balası, ağlama,
Gedər gözlərin qarası, ağlama.

Əlbəttə, birinci misranın qarşıya sual qoyduğu aydındır: gözün qarasının yuyulub getməsi ilə gözəlin üzünün cizgilərini seyr edib kam almaq arasında nə kimi məntiqi bağlılıq ola bilər?
Ancaq sən demə, var imiş. Klassik poeziyada gözəlin üzünün cizgiləri çox vaxt yazıya, həm də müqəddəs, ilahi yazıya, Quran səhifələrinə bənzədilib. Füzuli də gözəlin üzünün cizgilərini gözəl xəttə, gözəl yazıya bənzədir. Bu gözəl yazını aşiqin görməsi üçün gərək onun əksi göz bəbəyinə düşsün; göz bəbəyi isə qaradır. Qara kağız üzərində isə qara mürəkkəblə yazmaq olmaz. Deməli, gözəlin hüsnündən aşiqin gözünün murad alması üçün mütləq göz bəbəyi, göz qarası təmizlənməli, yuyulub getməlidir.
Başqa bir beytində böyük şair yazır:

Yeridir, əksinə ayinə dəmir bənd ursa, 
Nə üçün qurşı durur sən kinti bihəmtayə?

Məlumdur ki, aynanı, güzgünü dəmir çərçivə və bənd içində saxlayarlar. Füzuli bu bəndin, əslində, güzgünün özünə deyil, gözəlin güzgüdəki əksinə, surətinə vurulduğunu yazır. Bəs gözələ nə üçün günahkarlar, divanələr kimi dəmir bənd vurulmalıdır? Ona görə ki, bu cür gözəl bir məxluqla qarşı-qarşıya durmağa, tayı-bərabəri olmayan bir gözələ özünü tay tutmağa cəsarət etmişdir. Bundan böyük günah, cinayət olarmı? Və bu cinayətə görə gözəlin əksi dəmir bəndlə cəzalandırılmağa tamamilə layiqdir:

Tiz çəkməzsən cəfa tiğin məni öldürməyə, 
Öldürər axır məni bir gün bu ehmalın sənin.

Məşuq cəfa qılıncını çəkib aşiqi öldürməlidir. Bu ölüm aşiq üçün səadətdir və bu səadətin tez baş verməsini arzulayır. Ancaq məşuq ləng tərpənir, qılıncı çəkməyə tələsmir. Bu lənglik, ehmal tərpənmək isə aşiqin ürəyini sıxır, ömrünü çürüdür. Və aşiq qorxur ki, məşuqun qılıncının dadlı zərbəsini gözləyə-gözləyə, beləcə vüsala çatmadan, cəfa qılıncının zərbəsini dadmadan mənasız bir ölümlə ömrünü sona çatdırsın və bu dünya həyatında qarşıya qoyduğu məqsədə yetməsin. Amma digər tərəfdən aşiq bir şeylə təsəlli tapır ki, əvvəl-axır məşuqun ehmal hərəkəti onu öldürəcəkdir. Elə buradan da beytin ruhu öz camalını göstərir. Aşiq bu dünyadakı ölümü ilə əbədi həyata - Tanrısına qovuşacaq. Məhz buna görə qılıncın tez çəkilməsini - vüsalın tez başlanmasını arzulayır:

Şamlar qanlı yaşını mövcünə, əlbətta, dəyər,
Hər necə kim götürür çərxi-miiəlla ətəyin.

Axşam vaxtı üfüqün qızarması aşiqin qanlı göz yaşının dalğasına bənzədilmişdir. Bu dalğalar o qədər coşqundur, o qədər yüksəyə qalxır ki, uca fələk nə qədər yüksək olsa da, ətəyini nə qədər cəld yığışdırsa da, mütləq onlara dəyməlidir.
Füzulinin oxucunu düşündürməyə, baş sındırmağa vadar edən çoxsaylı beytlərindən biri də budur:

Duzəxə girməz sitəmindən yanan,
Qabili-cənnət deyil əhli-əzab.

Şair yazır ki, gözəlin zülmündən yanan, əzab çəkən cəhənnəmə girməyəcəkdir, cəhənnəmlik olmayacaqdır. İlk baxışdan adama belə gəlir ki, ikinci misradakı fikir birinci misradakı obrazdan doğmalıdır: yəni cəhənnəm yanmaq üçündür. Sənin sitəmindən, zülmündən yananlar da elə cəhənnəm əzabı çəkirlər; daha onların bir də cəhənnəmə girməsinin nə mənası var? Ancaq Füzulinin də dühası ondadır ki, o, həmişə oxucudan bir baş yüksəkdə durur və oxucunun ağlına gələ biləcək fikri, obrazı heç vaxt təkrar etmir. Elə Füzulinin gözlənilməzlik effekti də buradan doğur.
İkinci misranı oxuyan, onu dərk edib anlayan oxucu heyrətini gizləyə bilmir: gözəlin sitəmindən yanan ona görə cəhənnəmə girə bilməz ki, o, artıq cənnətə qəbul edilmişdir. Cənnət əhlidir. Cənnətə qəbul edilmişlər isə əzab əhli, cəhənnəm sakinləri deyildirlər.
Bu obrazı, bu məntiqi, bu təzadı dərk edən, mənimsəyən, onun sevincini yaşayan oxucu uzun müddət bu sehrli təsirdən yaxa qurtara bilmir, Füzuli obrazlarının ölməzliyi içərisində həyatın faniliyini və məişət xırdalıqlarını unudur. Füzuli dünyasına qovuşaraq ülviləşir, özünü xoşbəxt hiss edir.
Əsl böyük sənətin məqsədi də elə bu deyilmi?!

Teymur KƏRİMLİ,
akademik 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!