03 Iyul 2024 08:55
97
DÜNYA
A- A+

Fransada irimiqyaslı mitinqlər başlayıb

 

Antifaşistlər millətçilərin uğuruna görə iğtişaşlar törədirlər

 

Fransada keçirilən parlament seçkilərində millətçilər liderlik edir, buna görə minlərlə solçu partiyaların tərəfdarları və antifaşistlər ölkə boyu mitinqlərə çıxıb, onlardan bəziləri dükanları dağıtmağa və zibil qutularını yandırmağa başlayıb.
Parlament seçkilərinin ilk turunda səs çoxluğu qazanan millətçi "Milli Birlik" partiyasına qarşı keçirilən nümayiş minlərlə insanı Parisin mərkəzində yerləşən Respublika meydanına toplayıb. 
"Huffington Post France" qəzeti yazır ki, onları "qəzəb və kədər" birləşdirir. Bəzi etirazçılar mağaza və kafeləri dağıdıb və xüsusi tüstü fişəngləri yandırıblar, polislə toqquşmalar baş verib.
Fransanın digər iri şəhərlərində də - Lion, Lill, Renn və Nantda minlərlə etirazçının iştirakı ilə mitinqlər keçirilib, iğtişaşlar törədilib. Aksiya iştirakçıları antifaşist mahnılar oxuyub, zibil qutularına od vurublar. Etirazçılar Lionun Croix-Rousse rayonunda Orange mağazasını dağıdıblar, Societe General bankının filialı zərər çəkib. Xəsarət alanlar və həbslər barədə məlumat verilmir. Zorakılığın səviyyəsi isə artır. Paris və Nantda isə solçu partiyaların tərəfdarlarının kortəbii mitinqləri keçirilir.
Xatırladaq ki, iyunun 30-da bu ölkədə növbədənkənar parlament seçkilərinin birinci turu keçirilib. İlkin rəsmi məlumatlara görə, Marin Le Penin lideri olduğu millətçi  "Milli Birlik" partiyası 33,1 faiz, solçu Yeni Xalq Cəbhəsi 28 faiz, "Birgə" prezident koalisiyası isə 20 faiz səs toplayıb. Seçkilərdə iştirak 66,7 faizə çatıb.
Proqnozlara görə, iyulun 7-də seçkilərin ikinci turunda "Milli Birlik" 240-dan 310-a qədər, Yeni Xalq Cəbhəsi 150-dən 200-ə qədər, Makron tərəfdarları isə 70-dən 120-yə qədər yer ala bilər. Mütləq çoxluğu əldə etmək üçün partiyaya 289 mandat lazımdır.
Fransada millətçilər İkinci Dünya müharibəsindən sonra ilk dəfə hakimiyyəti ələ keçirə bilərlər. "Milli Birlik" partiyasının rəhbəri Jordan Bardella "bütün fransızların baş naziri" olmaq niyyətini açıqlayıb. O qeyd edib ki, iyulun 7-də keçiriləcək seçkilərin ikinci turu Beşinci Respublikanın bütün tarixində ən həlledici turlardan biri olacaq. 
Bu arada, Paris meri Ann İdalqo "Ouest-France" qəzetinə müsahibəsində Makronu Olimpiada bayramını pozmaqda ittiham edib. O deyib ki, Fransa prezidenti parlamenti buraxdığına və Yay Olimpiya Oyunları ərəfəsində növbədənkənar seçkilər elan etdiyinə görə vətəndaşlara hörmətsizlik edir.
Paris meri hesab edir ki, Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyanı buraxmaqla və növbədənkənar seçkilər təyin etməklə qarşıdan gələn Olimpiya Oyunlarının bayramını korlayıb: "Olimpiada başlamazdan əvvəl parlamentin buraxılması xəbərinə son dərəcə mənfi reaksiya verdim. Bunun sonra baş verəcəyinə əmin idim, lakin prezident fransızlara hörmətsizlik jesti ilə bütün bayramı məhv etdi".

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video