19 Fevral 2025 13:03
410
CƏMİYYƏT
A- A+
Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib


Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaxın günlər ərzində ölkə ərazisində kəskin və yağıntılı hava şəraitinin müşahidə olunacağı, temperaturun xeyli düşəcəyi, qar yağacağı, yağıntıların bir sıra yerlərdə intensiv olacağı, bəzi yolların buz bağlayacağı və ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

“Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə müraciətdə qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyevdə insanlara atəş açan Moskva sakini olub YENİLƏNİB-2 

20:33
18 Aprel

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb

19:29
18 Aprel

İrakli Kobaxidze: Gürcüstan Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyir  

18:26
18 Aprel

Premyer Liqa: "Şamaxı" autsayderə uduzub

18:08
18 Aprel

Bu gün paytaxtda 556 küçə yuyulub YENİLƏNİB

18:01
18 Aprel

Lavrov və Fidan Yaxın Şərqdə baş verənləri müzakirə ediblər

17:24
18 Aprel

Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub 

17:16
18 Aprel

TÜRKPA Baş katibi ŞKTC-nin fəaliyyətinə dəstəyin davam edəcəyini vurğulayıb

17:09
18 Aprel

Qarabağ Universiteti Türk dünyasında turizmin gələcəyinə həsr olunan konfransda ölkəmizi təmsil edib  

16:48
18 Aprel

Deputat: Türkiyə Böyük Millət Məclisi TÜRKPA-nın fəaliyyətinə dəstəyi davam etdirməyə hazırdır

16:27
18 Aprel

Kür çayında suyun səviyyəsi artıb, bəzi nasos stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılıb VİDEO  

16:08
18 Aprel

Ramiz Ələkbərov: Humanitar yardım məsələlərinə münasibətin dəyişməsi zəruridir  

16:01
18 Aprel

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Antalyada “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı paneldə iştirak edib 

15:55
18 Aprel

Muxtar Babayev: Özəl sektorun marağını yenidən iqlim maliyyələşdirilməsinə yönəltmək vacibdir

15:22
18 Aprel

İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib  

15:13
18 Aprel

Moldova mediası: Dünya şəhərlərinin gələcəyi Bakıda müəyyənləşəcək

15:02
18 Aprel

TÜRKPA və AQEM arasında davamlı əməkdaşlığın vacibliyi vurğulanıb

14:48
18 Aprel

Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti daha da artır

14:38
18 Aprel

Ramiz Ələkbərov: Dünya bir çox hallarda ikili standartlardan qaça bilməyib  

14:15
18 Aprel

ETN İnformasiya Texnologiyaları İnstitutunun nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində olub

14:13
18 Aprel

Fransa və Böyük Britaniya ticarət gəmilərini qorumaq üçün çoxmillətli missiyanın yaradıldığını elan edib  

13:58
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!