12 Sentyabr 2024 18:20
421
İDMAN
A- A+
Formula 1: Bakı sürət yarışına hazırdır

Formula 1: Bakı sürət yarışına hazırdır

Sentyabrın 13-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri olan Formula 1 Azərbaycan Qran-Prisinə start veriləcək. Ölkəmizdə sayca səkkizinci dəfə təşkil ediləcək yarışın hazırlıqları yekunlaşmaq üzrədir. Azərbaycan ev sahibliyi etdiyi digər beynəlxalq idman yarışları kimi Formula 1-ə də yüksək səviyyədə hazırlaşıb.

AZƏRTAC-ın müxbiri Bakının mötəbər idman yarışına hazırlığı ilə yaxından tanış olub.

Paddok ərazisində tamamlama işləri demək olar ki, başa çatıb. Yarışın keçiriləcəyi bütün yollarda təhlükəsizlik tədbirləri gücləndirilib, tras kimi istifadə olunacaq ərazilər baryerlərlə əhatə olunub. Tribunalar da qonaqları qəbul etmək üçün hazır vəziyyətə gətirilib. Azarkeşlərin yarışı rahatlıqla izləyə bilməsi üçün təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub.

Paytaxtda turistlərin çoxluğu da gözdən yayınmır. Bu, sürət yarışının ötənilkilərlə müqayisədə daha geniş auditoriyaya malik olduğunu göstərir.

Bakı Şəhər Halqasının (BHŞ) Media Əməliyyatları üzrə meneceri Arzu Hüseynova AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan Qran-Prisində iştirak edən azarkeş, turist və media nümayəndələrinin sayı ildən-ilə artmaqdadır: "İnsanların yarışa həddindən artıq maraq göstərməsi Azərbaycanın mötəbər idman tədbirinə yüksək səviyyədə hazırlığı və təşkilatçılığının nəticəsidir. Ölkəmizin tarixi, mədəniyyəti, Bakı Şəhər Halqasının unikallığı, yarış zamanı baş verən gözlənilməz hadisələr Formula 1 fanatlarının diqqətini cəlb edir. Bununla yanaşı, turistlər Bakıdakı xidmət səviyyəsi ilə yaxından tanış olur və hər zaman məmnunluqlarını dilə gətirirlər".

 

 

"2016-cı ildən paytaxtımız Formula 1-ə ev sahibliyi edir. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib. Bu neçə ildə yarışı izləməyə gələn əcnəbi qonaqlar buradakı şəraitdən razı qaldıqlarından və şəhərimiz onlara maraqlı gəldiyindən yenidən ölkəmizə təşrif buyurublar. Təbii ki, turistlər arasında Bakıya ilk dəfə gələnlər də var. Formula 1 həm Azərbaycanın gözəl təbliğinə, həm də ölkəmizin tanınmasına şərait yaradır. Bu yarışı, eyni zamanda, böyük PR tədbiri də adlandırmaq olar", - menecer qeyd edib.

Bu il həmçinin, Azərbaycan Qran-Prisinin bilet satışında da rekord göstərici qeydə alınıb. Qısa zaman kəsiyində bütün tribuna biletləri satılıb.

A.Hüseynovanın sözlərinə görə, 100-dən çox ölkədən bilet alan azarkeşlər var: "Onların arasında ilk "beşlik"də Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya və Hindistan qərarlaşıb. Bununla da belə nəticəyə gəlmək olar ki, Bakı mərhələsinə olan maraq gözləntiləri üstələyib. Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakıdakı yarışın 8 tribunasına “Zəfər” və “Qız Qalası” tribunaları əlavə edilib. Həmçinin, yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb".

 

 

BHŞ rəsmisi Azərbaycan Qran-Prisinin hər zaman öz gözlənilməzliyi ilə sürprizlərə açıq olduğunu söyləyib: "Bildiyiniz kimi, Bakıdakı yarışlarda hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan mərhələsinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər. “Red Bull” komandasının pilotu Serxio Peres ötən il ölkəmizin ev sahibliyi etdiyi Formula 1-də finişə birinci çatmaqla hər il fərqli qalib ənənəsinə son qoyub. Bir sözlə, tilsim 2023-cü ildə qırılıb. Bu il də qalibin kim olacağı hamıya maraqlıdır. Buna sentyabrın 15-də aydınlıq gələcək".

Azərbaycan Qran-Prisində media mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə yerli və əcnəbi media nümayəndələri, eləcə də fotoqraflar üçün hər cür şərait yaradılıb. Məkan özünəməxsusluğu və üstünlüyü ilə seçilir. Burada media nümayəndələrinin yürüşləri izləməsi üçün xüsusi monitorlar quraşdırılıb və fotoqrafların çəkiliş məkanlarına çatdırılması üçün avtomobillər ayrılıb.

Formula 1-də media nümayəndələrinin fəaliyyətinin əhəmiyyətindən bəhs edən menecer deyib ki, bu il Azərbaycan Qran-Prisini 300-ə yaxın beynəlxalq və yerli jurnalist işıqlandıracaq: "Burada daha çox pay xarici jurnalistlərə düşür. Fotoqraf, televiziya və onlayn media jurnalistləri üçün 300-400 nəfərlik heyəti qəbul etmək gücündə olan böyük mərkəz qurulub. Artıq bir neçə gündür beynəlxalq jurnalistlər ölkəmizdədir. Onları Azərbaycanın tarixi ilə tanış edirik. Ötən gün Qobustanda, İçərişəhərdə olub, Azərbaycanın zəngin tarixi və təbiəti ilə tanış olmaq fürsəti əldə ediblər. Həmçinin Palçıq Vulkanları Turizm Kompleksini də ziyarət ediblər".

10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada dünyanın ən məşhur pilotları yarışacaqlar. Yarış Kristal zalında təşkil olunacaq dünya ulduzlarının konsertləri ilə davam edəcək. Sentyabrın 13-də dünyaşöhrətli aktyor və musiqi ulduzu Uill Smit, eyni axşam Cənubi Afrika Respublikasının məşhur DJ-i və prodüseri "Black Coffee" performans nümayiş etdirəcəklər. Sentyabrın 14-də isə dünya musiqisinin parlaq ulduzu DJ Balvin avtoidman həvəskarlarını əyləndirmək üçün səhnəyə çıxacaq. Yarışa sentyabrın 15-də yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!