09 May 2025 01:54
1872
Sərəncamlar
A- A+
Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında

Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


2025-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olur.

Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin nailiyyətlərindən uğurla bəhrələnərək orijinal dəst-xətini formalaşdırmış söz ustalarındandır. Novator şair kimi o, fəal vətəndaşlıq mövqeyinin ifadəsi olan, dərin humanist məzmuna malik əsərləri ilə ötən əsrin 60-cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirmişdir. Sənətkarın həyat və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin yaradıcılığında müasir insanın mənəvi-əxlaqi kamillik axtarışları özünün dolğun poetik əksini tapmışdır. Fikrət Qoca ədəbi fəaliyyəti boyunca yüksək ictimai amala sadiq qalmış, doğma xalqının azadlıq ideallarının tərənnümünü daim diqqətdə saxlamış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərini nəzərə alaraq, Xalq şairi Fikrət Qocanın 90 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq şairi Fikrət Qocanın 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 8 may 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağ Ev İranda planlaşdırılan 800 edamın dayandırıldığını açıqlayıb  

23:37
15 Yanvar

Heydər Əliyev Sarayında Rəşid Behbudovun 110 illiyinə həsr olunan yaradıcılıq gecəsi keçirilib  

22:47
15 Yanvar

İsrail hava qüvvələri Livanın üç bölgəsində “Hizbullah”ın bazalarına zərbələr endirib  

21:49
15 Yanvar

Pentaqon Latın Amerikasının Rusiya və Çinlə əlaqələrini məhdudlaşdırmaq niyyətində olduğunu açıqlayıb  

21:27
15 Yanvar

“mygov” platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ  

21:07
15 Yanvar

ABŞ İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib  

20:54
15 Yanvar

Avstraliyada 5 milyona yaxın hesab deaktiv edilib

19:51
15 Yanvar

Oğuzda palıd ağaclarını kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb  

19:41
15 Yanvar

Ukraynada komendant saatının ləğvi məsələsinə aydınlıq gətirilib  

19:03
15 Yanvar

Qış depressiyasını necə aradan qaldırmaq olar?  

18:36
15 Yanvar

NATO Almaniyada genişmiqyaslı hərbi təlimlərə başlayıb

18:24
15 Yanvar

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

18:17
15 Yanvar

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

18:05
15 Yanvar

Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar açır 

18:04
15 Yanvar

Kiyevdə Rusiyanın enerji obyektlərinə endirdiyi zərbələrin nəticələrinin aradan qaldırılması üzrə qərargah yaradılıb  

18:02
15 Yanvar

Pakistanın Baş naziri: “ASAN xidmət”in yaradılması Prezident İlham Əliyevin dəstəyi sayəsində mümkün olub  

18:01
15 Yanvar

Donald Trampın bəyanatının neftin qiymətinə təsiri  

18:00
15 Yanvar

Digi24: Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmini Qərb investisiyalarının Cənubi Qafqaza daxil olmasına şərait yarada bilər  

17:49
15 Yanvar

Ekspert: Orta Dəhlizin cəlbediciliyi üçün vahid rəqəmsal platforma vacibdir  

17:41
15 Yanvar

Azərbaycan və Pakistan parlamentarilərinin onlayn görüşü keçirilib

17:33
15 Yanvar

“Qarabağ” - “Ayntraxt” oyununun biletləri sabah satışa çıxarılacaq  

17:24
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!