05 Oktyabr 2026 12:27
797
İDMAN
A- A+
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb


“Euronews” Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ilk yarış günü və Əhməd Yusifovun qızıl medal qazanması barədə məqalə dərc edib.

Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, yazıda cüdoçumuzun doğma azarkeşlər qarşısında qazandığı qələbə mundialın ən yaddaqalan anlarından biri kimi qiymətləndirilib.

Bildirilib ki, Bakıdakı dünya çempionatında yeni əfsanələr doğulacaq, dünya çempionluğunun rəmzi olan qırmızı kürək nişanları sahiblərini tapacaq.

“60 kiloqram çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov doğma ölkəsində karyerasında ilk dəfə dünya çempionatının finalına yüksəldi. Qırmızı bel nişanını qazanmağı hədəfləyən, yerli azarkeşlərin sevimlisi olan cüdoçu üçün bu, mühüm nailiyyət idi. Bakı tamaşaçılarının güclü dəstəyini arxasına alan Yusifovu doğma arenada böyük final gözləyirdi. Onun rəqibi də ilk dəfə dünya çempionatının finalına yüksələn qazaxıstanlı Şerzod Davlatov idi. Görəsən, Davlatov adını tarixə yazdıra biləcəkdimi? Qazaxıstanlı cüdoçu gün ərzində təmkinli çıxışı ilə seçilmiş və rəqibləri üçün ciddi təhlükə yaratmışdı. Yusifov doğma azarkeşlərin coşqulu dəstəyi ilə bu sınaqdan qalib ayrıldı. Gərginliyin ən yüksək həddə çatdığı final görüşündə hesabda geri düşməsinə baxmayaraq, dönüş yaradaraq qələbə qazandı. Arenada böyük coşqu ilə qarşılanan bu qələbə, şübhəsiz, dünya çempionatının ən yaddaqalan anlarından biri olacaq”, - deyə məqalədə qeyd edilib.

Medalların Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Timur Kemell tərəfindən təqdim edildiyi vurğulanıb.

Məqalədə Əhməd Yusifovun fikirlərinə də yer verilib: “Hər zaman müsbət düşünürəm. Buradakı azarkeşlərin qarşısında məğlub ola bilməzdim. İndi özümü çox yaxşı hiss edirəm”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

12:51
25 Oktyabr

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!