Ölkədə işsizlərin və eyni zamanda işləyən yoxsulların sayı dayanmadan yüksəlir
Müharibədə məğlubiyyətə uğramasından 5 il keçməsinə baxmayaraq, sülh müqaviləsinin imzalanmasını hələ də uzatması Ermənistanın bir dövlət olaraq tənəzzülünü davam etdirməkdə, onun üzləşdiyi problemlərin miqyasını daha da artırmaqdadır. Baş nazir Nikol Paşinyanın vəziyyəti dəyişdirəcəyinə ümid edən sadə ermənilər isə hansısa yeniliklərin olmamasından getdikcə daha açıq formada narazılıq edirlər.
Belə vəziyyətdə Paşinyanın reytinqinin sürətlə aşağı düşməsi müşahidə olunur və hətta belə fikirlər səslənir ki, bu gedişlə onun və komandasının hakimiyyətdən devriləcəyi istisna edilmir.
Sosial-iqtisadi vəziyyətin təhlili də göstərir ki, ölkədə inflyasiya böyük sürətlə dərinləşdiyi halda, əhalinin maddi gəlirlərində hansısa artım yoxdur. Yaranan fərq nisbəti insanların durumunun daha da ağırlaşmasına, onların ifrat yoxsulluq həddində yaşamasına səbəb olur. Rəsmi dairələr də inflyasiya prosesinin nəzarətdən çıxdığını, əhalinin vəziyyətinin ağırlaşdığını etiraf edirlər.
Məsələ bundadır ki, ölkədə ötən il də sosial-iqtisadi vəziyyətdə yaxşıya doğru dəyişiklik olmayıb. Əhalinin maddi gəlirlərində artım qeydə alınmayıb. Qiymətlərdə isə yüksəliş davam edib. Bu da vətəndaşların sosial vəziyyətinin daha da ağırlaşmasına, onların ifrat yoxsulluq həddində yaşamasına səbəb olmaqdadır. Rəsmi dairələr də inflyasiya prosesinin nəzarətdən çıxdığını, vəziyyətin daha da ağırlaşdığını etiraf edirlər.
Bu ərəfədə Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şurası Ermənistan üçün yeni beşillik tərəfdaşlıq çərçivəsini təsdiqləyib. Ermənistanın "Past" nəşri yazıb ki, proqramın məqsədi yoxsulluğu azaltmaq və iş yerlərinin yaradılmasına, sabitliyin artırılmasına töhfə verməkdir. Vurğulanıb ki, Ermənistanda dövlət borcu artacaq. Bununla belə, Dünya Bankı bu ölkəyə pul ayırmağı vəd edib: "Ermənistanda infrastruktur boşluqları, yerli və xarici investisiyaların aşağı səviyyəsi və yüksək işsizlik artım üçün əsas problemlər olaraq qalır. Ermənistanda qeyri-bərabər təhsil və səhiyyə nəticələri məşğulluq və məhsuldarlığa məhdudiyyətlər yaradır. Sosial müdafiə sistemi böhran zamanı həssas qrupları daha yaxşı müəyyən etmək və dəstəkləmək üçün islahatlar tələb edir. Ermənistan da zəlzələlərdən ciddi risklərlə üzləşir və iqlim dəyişikliyinin təsirlərinə qarşı daha həssas olur. Dünya Bankının yeni strategiyası yeni, yüksəkkeyfiyyətli iş yerlərinin yaradılması, keyfiyyətli səhiyyə sisteminə çıxış imkanlarını genişləndirməklə, insan kapitalının gücləndirilməsi və sosial müdafiənin yaxşılaşdırılması məqsədi daşıyır".
Bildirilib ki, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı növbəti beş il ərzində təqribən 1 milyard dollar, Beynəlxalq Maliyyə Korporasiyası isə 700 milyon dollara qədər maliyyə vəsaiti ayırmağı planlaşdırır. Üstəlik, beynəlxalq təşkilatlar və Ermənistanın hazırkı hakimiyyət orqanları bunu qeyd etməsələr də, bu vəsaitlər qrant və ya güzəştli kredit kimi deyil, Ermənistanın dövlət borcunu artıran normal şərtlərlə kredit kimi formalaşacaq.
Paşinyanın hakimiyyətdə olduğu 7 il ərzində Ermənistanın dövlət borcu iki dəfə artaraq, 13 milyard dollara yaxın olub. Beynəlxalq maliyyə korporasiyaları isə borcu bilərəkdən artırır, Ermənistanı daha böyük iqtisadi və siyasi asılılığa salırlar.
Bu gün statistik rəqəmlər ölkədə işsizlərin və eyni zamanda işləyən yoxsulların sayının dayanmadan artdığını göstərir. Nikol Paşinyanın hakimiyyətə gələndə verdiyi vədlərdən biri də ölkədəki işsizliyi minimum həddə çatdırmaq olsa da, son illərdə bunun əksi müşahidə edilib. Hakim partiyanın səriştəsizliyi və qəbul etdiyi səhv qərarlar nəticəsində işsizlik və yoxsulluq artıq pik həddə çatıb. Səlahiyyətli şəxslər minlərlə yeni iş yerinin açıldığını bəyan etsələr də, digər tərəfdən, rəsmi statistikada işləyənlərin sayında minlərlə azalma qeydə alınıb.
Göründüyü kimi, Ermənistanda vəziyyət sürətlə pisləşir. Demək olar ki, ölkə fəlakətə yuvarlanır. Hakimiyyət sülh müqaviləsinin imzalanmasını yubatdıqca, İrəvan sonu görünməyən böhrana sürüklənəcək.
Elçin CƏFƏROV,
"Azərbaycan"
Müdafiə Nazirliyi: Mövqelərimiz atəşə tutulub
Fərid Qayıbov: Azərbaycanda idmana dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı var
ÜST: Qəzzada 12-14 min insanın tibbi təxliyəyə ehtiyacı var
Politico: Brüssel Ukrayna sammitinin pozulacağından ehtiyatlanır
Azərbaycan-Türkiyə qardaşlığı: Tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol TƏHLİL
Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları azalıb
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Sabahın hava proqnozu açıqlanıb
Dövlət Xidməti: Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub
Tramp Konqres qarşısında ən uzun çıxış rekordunu yeniləyib
Britaniya parlamentində Azərbaycana həsr olunmuş tədbir təşkil edilib
Tramp Konqresdəki çıxışında Zelenskidən məktub aldığını təsdiqləyib
Hazırda 75 min ailə ünvanlı yardımla təmin olunur
Bakı-Qroznı reysinin həlak olmuş ekipaj heyətinə Mülki Aviasiya Muzeyində şəxsi fond yaradılıb
İstifadəyə yararsız döyüş sursatları Goran Təlim Mərkəzində məhv ediləcək
Azərbaycan diaspor təşkilatları kanadalı parlamentarilərə Xocalı soyqırımı ilə bağlı məktub ünvanlayıblar
Bakıda keçirilən əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 450 vakansiya təqdim edilib
NASA Ayda GPS sinqallarını qəbul edib
Tramp: ABŞ Qrenlandiyanı öz tərkibinə qatmağa hazırdır
Bu il ərzində 150 əmək yarmarkasının təşkil olunması planlaşdırılır
Xocalı soyqırımı ilə əlaqədar Britaniya parlamentinin üzvlərinə və XİN-ə məktub ünvanlanıb
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 24 Fevral 2025
Suverenliyimiz tam, ərazimiz bütöv, inkişafımız dinamikdir23 Fevral 2025
DƏYİŞƏN REALLIQLAR, DƏYİŞMƏZ MARAQLAR22 Fevral 2025
Şərəfli missiya21 Fevral 2025
Prezidentin növbəti Qarabağ səfəri20 Fevral 2025
Təxribatların himayədarı - USAID20 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!