27 Yanvar 2022 00:24
911
SİYASƏT
A- A+
Ermənistanda daxili qarşıdurma daha gərgin mərhələyə keçir

Ermənistanda daxili qarşıdurma daha gərgin mərhələyə keçir

 

Paşinyan hakimiyyətinin getdikcə gücləndiyi Ermənistanda insan haqlarının pozulması daha geniş vüsət almağa başlayıb. Hakimiyyət ona qarşı bütün etirazları güc, təzyiq və həbslərlə susdurmağa çalışır.

Bunun nəticəsidir ki, siyasi baxışlarına, hakimiyyətə qarşı səsləndirdiyi tənqidi fikirlərinə görə həbsə atılanların sayı durmadan artır. Daha bir problem isə həbsdə olan insanların hüquqlarının kobud şəkildə pozulması, onların müxtəlif zorakılıqlara, təhqirlərə məruz qalmalarıdır.

İki il əvvəl erməni siyasətçilər xəbərdarlıq edirdilər ki, Paşinyanın dövlət sistemini sökmək, dağıtmaq, “özününküləşdirmək” və ələ keçirmək cəhdi ölkənin İnsan Hüquqları Müdafiəçisi İnstitutuna da çatacaq. “Past” nəşri yazır ki, ötən gün Nikol Paşinyan 68 “nikol” ilə (deputatları nəzərdə tutur - red.) birlikdə Kristine Qriqoryanı ombudsman “təyin edə” bildi: “Fakt faktlığında qalır ki, bu yolla Paşinyanın növbəti arzusu, yəni daha bir qurumu dağıtmaq, məhv etmək reallığa çevrilir. Üstəlik, bu qurum azsaylı qurulmuş strukturlardan biri olan institutdur. Bu strukturun formalaşmasında, ən azı bir hissəsi istisna olmaqla, Ermənistanın bütün ombudsmanlarının öz töhfələri və xidmətləri olub. Nə qədər qəribə səslənsə də, hətta indiki ədliyyə naziri Karen Andreasyan da uğursuz ombudsman sayıla bilməz”.

Qeyd olunur ki,  Arman Tatoyan insan hüquqları müdafiəçisi üçün müstəqil qurum kimi elə bir meyar qoyub ki, onu saxlamaq çox çətin olacaq. Amma hakimiyyətin məqsədi o izi saxlamaq deyil, əksinə, onu sona qədər məhv etməkdir ki, nəticədə hüquq müdafiəçisi Nikola bağlı struktura çevrilsin. İndi belə olacağı göz qabağındadır.

Ermənistanda prezidentin istefasından sonra ictimai-siyasi müstəvidə son vəziyyətin təhlili “Sarkisyan-Koçaryan” koalisiyası ilə Nikol Paşinyan iqtidarı arasında daha böyük qarşıdurmanın olacağını göstərir.  Artıq Armen Sarkisyanın yerinə yeni namizədlə bağlı müzakirələr başlayıb. Bu barədə hakim “Mülki müqavilə” partiyasının deputatı Gevork Papoyan deyib. O bildirib ki, mövcud qanunvericiliyə görə, prezidentliyə yeni namizədlə bağlı müzakirələrə başlamaq üçün hələ 5-6 gün vaxt var. Armen Sarkisyan hələ ki (o, istefasını geri götürə  bilər) prezident olaraq qalır: “Bu vəziyyətdə biz yeni namizədlə bağlı məsələnin müzakirəsini tez hesab edirik, çünki ən azı nəzəri cəhətdən qanun Armen Sarkisyana istefa ərizəsini geri götürməyə imkan verir. Qanunvericilik imkan verən kimi məsələni müzakirə edəcəyik”.

Deputat Vaaqn Hovakimyan isə xatırladıb ki, prezidentin yekun istefasından sonra namizədlərin irəli sürülməsinə 5 gün qalır. O zaman rəsmi müzakirələr başlayacaqdır.

Ermənistan prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığının olması ilə bağlı “Hetq” nəşrinin yaydığı məlumatdan danışan Vaaqn Hovakimyan bildirib ki, bu mesaj hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır.

Bəzi ekspertlər deyirlər ki, Armen Sarkisyanın istefası ölkədə yeni reallıqlar yaradıb. Belə ki, hökumət yaxın gələcəkdə tamamilə birqütblü ola bilər. İndi ölkə vətəndaşları Armen Sarkisyanın Ermənistan prezidenti kürsüsünə necə gəlib çıxdığını müzakirə edirlər. Onlar xatırlayırlar ki, həmin dövrdə - 2018-ci ilin aprelində prezident seçkiləri keçirilməzdən öncə - müxtəlif adlar, xüsusən də Vazgen Manukyanın ismi hallanırdı. Lakin o zaman dövlət başçısı postundan getməyə hazırlaşan Serj Sarkisyanın xarici dilləri bilən şəxsin prezident seçiləcəyini bəyan etməsindən sonra aydın oldu ki, söhbət Armen Sarkisyandan gedir.

Ermənistan KİV-ində yayılan məlumata görə, məhz həmin dövrdə sabiq dövlət başçısı Robert Koçaryan üçüncü prezident Serj Sarkisyanla görüşüb və öz fikrini əsaslandıraraq onu Armen Sarkisyanı gətirməməyə çağırıb. Həmin söhbətdən sonra Koçaryanla Serj Sarkisyan arasında onsuz da gərgin olan münasibətlərin ümumilikdə pozulduğu bildirilir.

“İravunk” qəzeti yazır ki, Armen Sarkisyan yenidən prezidentliyə namizədliyini irəli sürə bilər. Amma bir şərtlə ki, konstitusiyaya dəyişikliklər etməklə dövlət başçısının səlahiyyətləri genişləndirilsin. Qəzet yazır ki, Armen Sarkisyan hələ 2020-ci ildə verdiyi bir bəyanatda növbəti seçkilərə öz komandası ilə qatılmaqdan çəkinməyəcəyini gizlətməmişdi. O zaman A.Sarkisyan bildirmişdi ki, gələcəkdə konstitusiya dəyişiklikləri olarsa, komandasının formalaşacağını və siyasi proseslərdə fəal iştirak edəcəyini istisna etmir.

Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət daha da mürəkkəbləşməyə doğru gedir. Hələ ki bu ölkə sonu görünməyən növbəti siyasi böhrana qədəm qoyur.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!