04 Oktyabr 2024 08:50
511
SİYASƏT
A- A+
Ermənistan yenidən qarışır 

Ermənistan yenidən qarışır 


Ölkədəki ictimai-siyasi vəziyyət yenidən mürəkkəbləşməyə doğru gedir


Ermənistanda keçmiş hərbi xunta təmsilçilərinin təşkilatçılığı ilə baş nazir Nikol Paşinyanın əleyhinə etiraz aksiyalarına yenidən start verilib. Əsas məqsəd iqtidara  qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olmaq, güc  yolu ilə olsa belə hakimiyyəti qəsb etməkdir.  Burada əsas məqam da bu yürüşə yenə də erməni keşişin başçılıq etməsidir.

Nikol Paşinyan hakimiyyətdə qalmağa çalışdığı bir vaxtda keşiş Baqrat Qalstanyanın yenidən əsas fiqur kimi ortada görünməsi mitinqlərin məntiqi sonluğunun heç də revanşistlərin arzuladığı kimi olacağı ümidlərini doğrultmur.  

O, yalnız dini lider kimi deyil, həm də getdikcə müxalifət düşərgəsində daha nüfuzlu siyasi oyunçu kimi tanınır. Bu fonda Qalstanyan özünü Ermənistanın gələcək lideri kimi görür və Paşinyanı baş nazir postunda əvəz etməyi hədəfləyir. Onun ritorikası "ənənəvi erməni dəyərlərinin" bərpasına və Ermənistanın hərbi güc kimi yenidən dirçəlməsinə yönəlib.

Bu arada yenidən etirazlara başlayan Qalstanyan və tərəfdarları Ermənistanın İctimai Televiziyasına tərəf üz tutmağa başlayıblar. Hərəkat üzvləri onlara efir vaxtının verilməsini tələb edirlər. Qeyd ediblər ki, bu onların ilk tələbidir: "Bundan sonra hansı addımları atacağımıza qərar verəcəyik. Bizi qarşıda çətin hadisələr gözləyir. Ölkədə hakimiyyət dəyişikliyi əsas məqsəd deyil. Əsas odur ki, təkcə emosiyalara deyil, həm də ağıla əsaslanan milli birlik yaradaq".

Erməni keşiş Baqrat Qalstanyan deyib ki, "Müqəddəs mübarizə" hərəkatı küçədə bir nəfər qalana qədər davam edəcək: "Mən fiziki olaraq küçədəyəm. Amma onlar (hakimiyyət - red)  küçədə doğulublar və ruhən orada qalıblar".

Keşiş Baqrat açıq şəkildə xalqı N.Paşinyanın devrilməsinə çağırır, onu Qarabağı və sərhədyanı əraziləri təslim etməkdə ittiham edir. Onun müraciətlərində konstitusiya quruluşunun bərpasına və "şər hakimiyyətinə" qarşı mübarizəyə çağırışlar aydın görünür.

V.Qalstanyanın mitinqlərdəki çıxışları da Ermənistanın siyasi həyatında diqqətçəkən hadisələrə çevrilib. O, "müqəddəs mübarizədə" qələbə vəd edir və tərəfdarlarını etiraz aksiyalarına toplayır. İlin əvvəlində mitinqlərə 30 min adam toplaşırdısa, oktyabrın 2-də Respublika meydanında cəmi 2 minə yaxın adam var idi. Bu "Məlumatlı Vətəndaşlar Birliyi" tərəfindən aparılan aeroçəkilişlə təsdiqlənib. Bu fakt Qalstanyanın ictimai dəstəyinin, onun gurultulu bəyanatlarına baxmayaraq, zəifləməyə başladığını göstərir.

Görünən odur ki, Hayastanda daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir. Bununla da ölkə sonu görünməyən daxili siyasi böhrana qədəm qoyacaq.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

Şuşaya köçən sakin: Artıq illərdir davam edən yurd həsrəti sona çatır

09:31
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!