25 May 2025 08:35
486
SİYASƏT
A- A+
Ermənistan üçün ən doğru seçim Azərbaycanın şərtlərini qəbul etməkdir

Ermənistan üçün ən doğru seçim Azərbaycanın şərtlərini qəbul etməkdir


Azərbaycan ilə Ermənistan arasında bu ilin martında sülh müqaviləsinin mətninin razılaşdırılmasından sonra regionda dayanıqlı sabitliyin təmin edilməsi imkanı yaranıb. Rəsmi İrəvan sülh sazişini imzalamağa hazır olduğunu bəyan etsə də, bunun üçün məlum şərtləri yerinə yetirmir. Görünən odur ki, erməni tərəfi yenə də spekulyasiya etməklə məşğuldur. Əgər belə olmasaydı, özünü "sülh göyərçini" kimi təqdim edən Ermənistan sazişi imzalamaq üçün praktiki addımlar atardı, şərti dövlət sərhədində davamlı olaraq hərbi təxribatlar törətməzdi. 

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında bildirib ki, rəsmi İrəvan Cənubi Qafqazda sülhün əldə edilməsinə maraqlı olmadığını nümayiş etdirir: "Ermənistanın baş naziri Nikol Paşinyan da çıxışları zamanı faktları və reallıqları inkar etməklə bu mövqeyini ortaya qoyur. Paşinyan çıxışlarında regional proseslərə dair yanlış və əsassız yanaşma ifadə edir. O, yenə də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu inkar etməyə çalışır. Nazir məsələni Ermənistan Konstitusiya Məhkəməsinin üzərinə atmaqla məsələdən yayınır. Amma faktdır ki, bu ölkənin Konstitusiyasında və digər hüquqi sənədlərdə ölkəmizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Ermənistan Konstitusiyasının istinad etdiyi Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinə açıq-aşkar iddia mövcuddur. Doğrudur, Paşinyan yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olunmasının tərəfdarı olmadığını deyib. Amma bu sənəddə də ölkəmizə qarşı ərazi iddialarının olması qəbuledilməzdir. Eləcə də 1980-ci illərin sonlarında Ermənistan Ali Soveti Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqında sənəd qəbul edib. Bütün bu sənədlər ləğv olunmalıdır".  

Deputat qeyd edib ki, Azərbaycan bununla bağlı dəfələrlə rəsmi xəbərdarlıq edib. Paşinyan çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə istinad edir. Lakin məhz 1991-ci il Alma-Ata Bəyannaməsinin imzalanmasından sonra Ermənistan Azərbaycana qarşı genişmiqyaslı işğalçılıq siyasəti həyata keçirib. Təkcə bu fakt rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanınması ilə bağlı qeyri-səmimi olduğunu təsdiqləyir. Əgər Ermənistan rəsmiləri həqiqətən səmimidirlərsə, o zaman konstitusiyalarında və digər qanunlardan ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəaları çıxarmalıdırlar. Əks halda kimlərinsə dediyi sözün hər hansı hüquqi qüvvəsi yoxdur. Belə sənədlərin qüvvədə qalması gələcəkdə Azərbaycana qarşı ərazi iddiası üçün istifadə oluna bilər. Ona görə də Azərbaycanın bu şərti mütləq yerinə yetirilməlidir.

Deputat bildirib ki, Paşinyan hakimiyyəti ATƏT-in Minsk qrupu məsələsində də manipulyasiya etməyə çalışır:  "Erməni baş nazir sülh sazişinin imzalanması ilə Minsk qrupunun buraxılmasının eyni vaxtda reallaşdırılmasını "məntiqli" hesab edərək belə bir variant təklif edib. Bu təklifin də heç bir əsası yoxdur. Nəzərə alaq ki, de-fakto Minsk qrupu mövcud deyil. Yəni Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qurum heç bir fəaliyyət göstərmir. Çünki Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Minsk qrupuna heç bir ehtiyac yoxdur. Sadəcə bu məsələni rəsmiləşdirmək lazımdır. Lakin görünən odur ki, rəsmi İrəvan bu məsələlərdə "manevrlər" edib, prosesi uzatmağa çalışır. Yəni burada konkretlik yox, hansısa qeyri-müəyyən təşəbbüslərdən söhbət gedir ki, bu da  gerçək sülhün əldə olunmasını istisna edir".  

S.Fətəliyeva xatırladıb ki, Prezident İlham Əliyev Macarıstana səfəri zamanı iki ölkə arasında sülh perspektivləri barədə fikirlərini bildirib: "Ermənistan Konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur".  

Deputat bildirib ki, rəsmi İrəvan bir tərəfdən özünü sülh tərəfdarı kimi təqdim edir, digər tərəfdən isə silahlanma ilə məşğul olur. Bu, onlar üçün yaxşı heç nə vəd etmir. Ermənistan üçün ən doğru seçim Azərbaycanın haqlı şərtlərini qəbul etməkdir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!