10 İyun 2026 08:30
342
Təhsil
A- A+
Ermənistan cəmiyyəti Paşinyanın timsalında reallığı seçdi

Ermənistan cəmiyyəti Paşinyanın timsalında reallığı seçdi


İndi növbə quru bəyanatların yox, konkret və qətiyyətli hüquqi addımlarındır


Ermənistanda gərgin keçən parlament seçkilərinin nəticələri bəlli oldu. Seçki bülletenlərinin yüz faizi sayıldı və Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası 49,81 faiz səs toplayaraq qalib gəldi. Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Vahaqn Ovakimyan deyib ki, nəticələrin yenidən sayılması və düzəliş edilməsi ayın 12-dək davam edəcək: "Bundan sonra şikayətlər və ərizələr qiymətləndiriləcək. Yekun nəticələr iyunun 14-də elan ediləcək". 

Əslində, Paşinyanın qələbəsi sürpriz olmadı, onun rəqiblərindən daha çox səs toplayacağı gözlənilirdi. Konstitusiyaya əsasən, Baş nazirin seçilməsi, hökumətin tərkibinin təsdiqlənməsi üçün adi çoxluq (50+1) kifayətdir. Beləliklə, Nikol Paşinyanın partiyası növbəti dəfə təkbaşına hökuməti formalaşdırmaq şansı əldə edir. Lakin Paşinyanın hədəflərinə çatması üçün indiki nəticə yetərli görünməyə bilər. Məsələ ondadır ki, 29 mandatlı Samvel Karapetyanla 12 mandatlı Robert Koçaryan bloklarının birləşməsi parlamentdə təsir imkanlarına malik müxalif platforma formalaşdırmaq imkanı qazanıblar. Belə olacağı təqdirdə Paşinyan üçün bir sıra məsələlərdə əlavə çətinliklərin yaranacağı istisna edilmir. 

Əsas məsələlərdən biri Ermənistanda yeni konstitusiyanın qəbulu, ərazi iddialarının mövcud qanunvericilikdən tamamilə çıxarılmasıdır. Konstitusiya dəyişikliyi regionda formalaşan yeni reallıqlar kontekstində ilk növbədə Paşinyan hökumətinə lazımdır. Rəsmi Bakı sülh sazişinin tam imzalanması kontekstində Ermənistan Konstitusiyasında ərazi iddialarının aradan qaldırılmasını vacib şərt olaraq görür. Azərbaycanla sülh sazişi və Türkiyə ilə normallaşma məsələsində Karapetyan-Koçaryan blokları ortaq mövqe nümayiş etdirə, prosesi tormozlamağa cəhd göstərə bilərlər. Bənzər tendensiyanın Qərblə Rusiya arasında seçim məsələsində də müşahidə ediləcəyi deyilir. 

Lakin Paşinyanın boş dayanmayacağı bəllidir. Əgər müxalif düşərgə hökumətə qarşı sərt qarşıdurma xəttini seçərsə, Paşinyanın hüquqi vasitələrdən istifadə edəcəyi şübhəsizdir. Yekun nəticələrdən sonra Nikol Paşinyanın səsləndirdiyi fikirlər də diqqət çəkir. O, Ermənistan xalqının səsvermə yolu ilə dövlətçiliyin, müstəqilliyin və sülhün müdafiəsinə qalxdığını bəyan etdi, "müharibə partiyası" adlandırdığı qüvvələrin məğlubiyyətini vurğuladı. Həmçinin qeyd etdi ki, "üçbaşlı müharibə partiyası"nın və onu müşayiət edən cinayətkar oliqarxik sistemin aradan qaldırılması hökumətin ən vacib vəzifələrindən biri olacaq: "Biz bunu təxirə salmadan və çox qətiyyətli və aydın addımlarla həyata keçirməliyik". Paşinyan müxalifət rəhbərlərinin əvvəlki cinayətlərinə görə həbs olunma ehtimalını da gündəmə gətirib. 

Ermənistanda keçirilən seçkilərdə önəmli olan cəmiyyətin hansı siyasi xəttə üstünlük verməsidir. Seçkilər təkcə hakimiyyət uğrunda siyasi mübarizə deyildi, həmçinin ölkənin gələcək geosiyasi istiqamətinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli idi. Seçki nəticələri göstərdi ki, seçicilərin təxminən yarısı Nikol Paşinyanın təklif etdiyi Avropaya inteqrasiya, sülh və transformasiya gündəliyinə üstünlük verir. 

Paşinyanın seçki kampaniyasının əsas xüsusiyyəti praqmatik mesajlar üzərində qurulması idi. O, seçicilərə Azərbaycanla yeni müharibə və qeyri-müəyyənlik perspektivi ilə iqtisadi inkişaf, regional kommunikasiyaların açılması və beynəlxalq inteqrasiya arasında seçim təqdim etməyə çalışdı. Revanşist qüvvələri isə keçmişin simvolu kimi təqdim etdi. Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi revanşistləri korrupsiya və ölkəni ağır geosiyasi asılılığa sürükləmiş zərərli qüvvələr kimi görür. Buna görə də kampaniya daha çox "gələcək və ya keçmiş" arasında seçim formasında aparıldı.

Digər mühüm amil Ermənistan cəmiyyətində yeni müharibə qorxusunun güclü olmasıdır. Əksəriyyət anlayır ki, revanşist çağırışlar Ermənistanı növbəti fəlakətə sürükləyir. Bu baxımdan Paşinyanın qələbəsi ilk növbədə Ermənistan cəmiyyətinin yeni müharibə riskini qəbul etməməsinin, köhnə siyasi elitalara etimadsızlığının və regionda formalaşmış yeni geosiyasi reallıqlara uyğunlaşmaq məcburiyyətinin nəticəsi kimi qiymətləndirilə bilər. Ermənistan seçicisi mövcud şəraitdə daha real və daha az riskli hesab etdiyi siyasi kursa səs verdi. Bu, eyni zamanda 2020-ci ildən sonra formalaşmış yeni geosiyasi düzənin, Prezident İlham Əliyevin qətiyyətlə müdafiə etdiyi sülh strategiyasının növbəti siyasi təsdiqidir. Postmüharibə dövründə Azərbaycanın irəli sürdüyü davamlı sülh və normallaşma gündəliyi regionda aparıcı siyasi xətdir.

Paşinyan xalqdan növbəti dəfə mandat alsa da, onun sınaqdan necə çıxması hələ indi başlayır. Seçkilərdə ifadə olunan ictimai iradənin sonrakı siyasi qərarlarda əksini tapması İrəvan hökuməti üzərinə düşən əsas məsuliyyətlərdən biridir. Ermənistan rəhbərliyi bundan sonra sülh gündəliyinə uyğun real siyasi qərarlar qəbul etməlidir. Sərhədlərin delimitasiya və demarkasiyası prosesinin sürətləndirilməsi, sülh sazişinin imzalanması üçün zəruri hüquqi addımların atılması və regional nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi növbəti mərhələnin əsas göstəriciləri olacaq. 

Nəticə etibarilə indi növbə quru bəyanatların yox, konkret və qətiyyətli hüquqi addımların atılmasıdır. Azərbaycanın formalaşdırdığı yeni regional reallıq kontekstində Ermənistanın başqa yolu da yoxdur. Sülh gündəliyindən yayınmaq İrəvan üçün növbəti və bəlkə də daha ağır siyasi-iqtisadi fəlakətin başlanğıcı demək olacaq.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını təsdiqləyən tarixi manifestdir

13:06
15 İyun

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

10:17
15 İyun

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

09:41
15 İyun

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

09:38
15 İyun

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

09:18
15 İyun

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

09:15
15 İyun

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

09:09
15 İyun

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

02:38
15 İyun

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

01:18
15 İyun

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib 

00:09
15 İyun

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb  

23:58
14 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

23:16
14 İyun

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

23:06
14 İyun

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

23:03
14 İyun

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

22:28
14 İyun

Putin və Tramp arasında telefon danışığı olub

22:05
14 İyun

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

21:53
14 İyun

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

20:57
14 İyun

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

20:48
14 İyun

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

20:37
14 İyun

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

20:19
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!