18 İyun 2025 08:40
314
SİYASƏT
A- A+
Erməni xəstəliyi və riyakarlığı

Erməni xəstəliyi və riyakarlığı


Hazırda bütün dünyanın diqqəti İran-İsrail qarşıdurmasına yönəlib. Bir neçə gündür davam edən qarşılıqlı hava hücumları yalnız bu ölkələri deyil, Yaxın Şərq regionunu təhlükə və təhdid qarşısında qoyub. Azərbaycan İranla qonşu olduğundan baş verənlər ölkəmizdə də narahatlıqla izlənilir. Rəsmi Bakının bu məsələdə mövqeyi aydın və dəqiqdir. 


Azərbaycan qarşıdurmanın danışıqlar yolu ilə həllinin tərəfdarıdır


İyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı İran və İsrail arasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub. Dövlət başçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini qeyd edərək, məsələlərin danışıqlar yolu ilə həllinin önəmini vurğulayıblar.

Azərbaycan Xarici İşlər Nazirliyinin iyunun 13-də yaydığı bəyanatda İsrail və İran arasındakı hərbi əməliyyatlardan narahatlıq ifadə olunub. Azərbaycan XİN vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırıb.  Azərbaycanın narahatlığı xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Seyid Abbas Ərağçi ilə telefon danışığında da  diqqətə çatdırılıb. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib. 

Azərbaycan  və İran xarici işlər nazirlərinn telefon danışığı zamanı həm də respublikamızın ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu İrana qarşı istifadə edilməsinin mümkün olmadığı da vurğulanıb.  Ümumiyyətlə, respublikamız heç vaxt İranla bağlı kampaniyalara qoşulmayıb. Bakı öz cənub qonşusu ilə əlaqələrə həmişə xüsusi diqqətlə yanaşıb, münasibətlərin yüksələn xətlə inkişafına çalışıb. Azərbaycan ikitərəfli əlaqələrə azacıq da olsa kölgə salacaq addım atmayıb, beynəlxalq müstəvidə İranın milli maraqlarına zidd, xüsusən nüvə proqramı ilə bağlı müzakirələrdə bu ölkəyə qarşı olan təşəbbüsləri dəstəkləməyib.

Son hadisələrdə də Azərbaycanın mövqeyi aydındır. İran rəsmi dairələri də reallığı görür, Azərbaycanın mövqeyinin, proseslərə yanaşmasının necə olduğunu bilirlər. 


Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsi Ermənistanda narahatlıq yaradır


İran-İsrail qarşıdurması fonunda Azərbaycana qarşı hibrid və açıq şəkildə informasiya müharibəsinin aparıldığı da göz önündədir. Söhbət sosial şəbəkələrin erməni seqmentində son günlərdə ölkəmizə qarşı aparılan böhtan və qarayaxma kampaniyasından gedir. Günlərdir ki, ermənilər sosial şəbəkələrdə, xüsusən teleqram kanallarında İsrailin guya Azərbaycan ərazilərindən istifadə etməsi barədə dezinformasiya yaymaqdadırlar. Hətta saxtakarlıqları ilə özlərini komik vəziyyətə salırlar. Belə ki, ermənilər tərəfindən məqsədli şəkildə hazırlanmış bir videorolikdə İranda hansısa gənc guya Azərbaycan tərəfdən gələn uçuş aparatlarını müşahidə etdiyini bildirir. Doğrudan da, gülməlidir. 

Sosial şəbəkələrin erməni seqmentinin bu cür məlumatları heç bir rəsmi mənbə tərəfindən təsdiqini tapmır və tapa da bilməz. Çünki olmayan bir məsələni heç vaxt təsdiq eləmək mümkün deyil. Digər tərəfdən bu cür dezinformasiyalar yalnız ermənilər tərəfindən yayılır. Erməni seqmentindən başqa digər sosial medialarda və ya xarici KİV-də İran-İsrail qarşıdurması barədə saxta xəbərlərə rast gəlmək mümkün deyil. 

Erməni saxtakarlığının məqsədi aydındır. Son dövrlərdə yeni mərhələyə qədəm qoyan və daha da möhkəmlənən Azərbaycan-İran münasibətləri Ermənistanda həyəcan və narahatlıqla qarşılanır. Bakı ilə Tehran arasındakı dostluq və qardaşlıq münasibətlərinin güclənməsi, inkişaf etməsi İrəvanın maraqlarına cavab vermir. Ona görə ermənilər bütün imkanlardan istifadə edərək bu münasibətlərə kölgə salmağa çalışırlar. Bu mənada İran-İsrail qarşıdurmasına öz bədnam niyyətlərini həyata keçirmək üçün fürsət kimi baxırlar. Lakin niyyətlərinin baş tutmadığı göz önündədir. 

Onu da qeyd edək ki, Azərbaycana qarşı bu cür qarayaxma kampaniyası aparanlar arasında xüsusən Ermənistan hökümətinə yaxın olan teleqram kanalları yer tutur. Ermənistandakı revanşistləri anlamaq çətin deyil. Onlar hər vəchlə, hər addımda Azərbaycanı qaralamaq, ölkəmizə böhtan atmaq xəttini tutublar. Bu ölkənin hökumətinin mövqeyini ifadə edən sosial seqmentlərin Azərbaycana qarşı hibrid mübaribə aparmaları ondan xəbər verir ki, Ermənistanda bu prosesi dəstəkləyənlər elə bu ölkənin rəsmi dairələridir. Hansı ki bu təfəkkürün sahibləri Azərbaycanla sülhdən dəm vururlar. Lakin Azərbaycana qarşı riyakar davranışları göstərir ki, onlar heç sülh məsəsələsində də səmimi deyillər.  

İran-İsrail qarşıdurması müstəvisində ermənilərin sosial şəbəkələrdə respublikamıza qarşı yaydıqları dezinformasiyalar bir daha göstərir ki, riyakarlıq bu toplumun təmsilçilərinin sağalmaz mərəzidir. Amma iş orasıdır ki, bu xəstəliklə, daşıdıqları çirkin xislətlə heç vaxt uzağa gedə bilməyiblər və atdıqları bumeranq həmişə özlərinə dəyib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!