27 Fevral 2025 09:20
430
SİYASƏT
A- A+
Erməni hiyləsinin bumeranq effekti

Erməni hiyləsinin bumeranq effekti


37 il öncə baş vermiş Sumqayıt hadisələri ermənilərin və onların havadarlarının kim olduqlarını bir daha ortaya qoydu


SSRİ-də ardıcıl hakimiyyət dəyişikliyi, M.Qorbaçovun "yenidənqurma" və "aşkarlıq" siyasəti, SSRİ-ni dağıtmaq istəyən xarici dövlətlərin fəallaşması ucqarlarda mərkəzdənqaçma meyillərinin güclənməsinə təkan verdi. Hər fürsətdən istifadə edib öz niyyətlərini gerçəkləşdirməyi bacaran ermənilər bundan faydalanmaq qərarına gəldilər. Təbii ki, növbəti "genosid" şousu yaratmaq üçün "tamaşa" çoxmillətli şəhər olan Sumqayıtda quruldu.

Əməliyyata 1988-ci ilin əvvəllərində Sumqayıtda yaşayan imkanlı erməni ailələrinin köçürülməsi ilə başlanıldı. Hər bir iş dəqiq ssenari əsasında həyata keçirilirdi. Şəhərdə yaşayan zəngin ermənilər evlərini satır, banklardakı pullarını geri götürür, Sumqayıtda yaşamağın mümkünsüzlüyü barədə geniş planda təbliğat aparırdılar. SSRİ rəhbərliyinin yüksək pilləsində təmsil olunan havadarlarına, ölkədəki və xaricdə fəaliyyət göstərən erməni təşkilatlarına arxalanan ermənilər  Sumqayıtda dünyanın diqqətini çəkə biləcək faciə törətməyi planlaşdırdılar. Heç şübhəsiz ki, belə bir dəhşətli planın qurulmasında SSRİ-nin xüsusi xidmət orqanlarından da dəstək və razılıq alınmışdı.

Həmin tarixə 37 illik zaman kəsiyindən baxanda Sumqayıt hadisəslərini ermənilərin özlərinin planlaşdırdığı tam çılpaqlığı ilə görünür. Aparılan istintaq prosesində də bu terrorun məhz ermənilər tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Hadisələrin gedişini təhlil edəndə görürük ki, 1988-ci ilin fevralında Xankəndidə başlanan mitinqlərlə Sumqayıtda keçirilən "etiraz" aksiyaları koordinasiyalı şəkildə təşkil olunurdu. Başqa sözlə, Sumqayıt hadisələri həmin mitinqlərin davamı idi. 

1988-ci il fevralın 28-dən 29-na keçən gecə bir qrup ekstremistin iştirakı ilə hadisələrə start verildi. Aydın məsələ idi ki, Sumqayıtda yaşayan ermənilər Azərbaycan dilini təmiz bilirdilər. Bu səbəbdən hadisələrin iştirakçılarının milli kimliyini belə bir qarışıqlıqda müəyyən etmək mümkün deyildi. Şübhəsiz ki, əməliyyatı hazırlayanlar qətlə yetirəcəkləri adamların siyahısını da hadisədən əvvəl hazırlamışdılar. Maraqlıdır ki, eyni binada yaşayan 5 erməni ailəsinin ikisinə hücum edilir, yerdə qalan 3 ailə isə soyuqqanlıqla gedişatı izləyirdi. Yəqin ki,  onlara baş verənləri gələcəkdə dünyaya car çəkmək üçün toxunulmurdu. 

Beləcə, keçmiş SSRİ-nin xüsusi xidmət orqanları və xaricdə yaşayan erməni lobbisinin ssenarisi əsasında Sumqayıtda 26 erməni və 6 azərbaycanlının ölümü ilə nəticələnən faciə törədildi. Həmin hadisələrlə bağlı 1050 nəfər həbs edildi. 97 nəfər barəsində 55 cinayət işi baxılması üçün məhkəməyə göndərildi. 444 adam məhkəmə qarşısında cavab verdi. Onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılaraq azad edildi. 1988-ci ilin oktyabrında isə SSRİ Ali Məhkəməsinin zalında Ə.Əhmədov, T.İsmayılov və Q.Cəfərovla bağlı məhkəmə işinə başlanıldı. Noyabrın 18-də Ali Məhkəmə Q.Cəfərov və T.İsmayılovun cinayət materiallarını yenidən istintaqa qaytardı, Ə.Əhmədov isə ən ağır cəzaya layiq görüldü.

Əslində, hadisələrin təşkilatçısı Eduard Qriqoryan idi. O, Albert və Ernist adlı iki qardaşı ilə birlikdə 100 nəfərdən ibarət cinayətkar dəstəyə başçılıq edərək onlara verilən siyahı əsasında amansız cinayətlər törətmişdilər. Hətta qətlə yetirilən ermənilərdən biri onu tanıyaraq "Eduard, sən niyə bizi öldürürsən?" - soruşanda o armaturla qarşısındakı qurbanının başını əzmişdir. Dəhşətlisi budur ki, 6 nəfərin qətlində iştirak edən, Marina və Karina Mejlumyanları zorlamaqda ittiham olunan Robert Qriqoryana cəmi 12 il cəza verildi. Bu azmış kimi, o, sonradan Ermənistana göndərilmiş və tezliklə azadlığa buraxılmışdır. 

Sumqayıt hadisələrinin 37-ci ildönümündə hadisə iştirakçıları ilə görüşüb onların fikirlərini öyrəndik. Üstündən illər keçsə də, şahidlər Sumqayıt hadisələrinin müəllifinin Ermənistanın və keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının olduğunu bir daha əminliklə qeyd etdilər. Hadisənin araşdırıcısı, Əməkdar jurnalist Eyruz Məmmədov bizimlə söhbətində dedi:

- Sumqayıt hadisələri 1988-ci il fevralın 27-29-u arasında baş verdi. Ona kimi Sumqayıtda Qarabağda baş qaldıran separatçılıq hərəkatına qarşı mitinqlər keçirilirdi. Sumqayıt faciəsi baş verməmişdən bir neçə gün əvvəl - 1988-ci il fevralın 15-20-si aralığında şəhərə SSRİ DTK-nın 36 əməkdaşı ezam olunmuşdu. Eyni zamanda hadisələrin fəal iştirakçısı Eduard Qriqoryan fevral ayında iki dəfə Xankəndiyə səfər edərək Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla görüşmüşdü. O zaman Sarkisyan Eduarda Sumqayıtda qətlə yetiriləcək ermənilərin siyahısını vermişdi. Siyahıdakı ermənilər erməni fondlarına pul köçürməyənlər idi. Bunu hüquq-mühafizə orqanlarının apardıqları istintaq materiallarında əks olunan ifadələrə əsaslanaraq deyirəm.  Serjik Sarkisyan bu hadisələrə kimi müxtəlif zamanlarda iki dəfə dövlət əmlakını mənimsədiyinə görə məhkumluq həyatı yaşamışdı. 

Onu da qeyd edək ki, bizim yerli xüsusi xidmət orqanlarının əməkdaşları Moskvadan gələn həmkarlarına Sumqayıtda tezliklə iğtişaşlar baş verəcəyini, ekstremist qrupların Sumqayıta daxil olduqlarını demişlər. Moskvadan gələnlərin bizimkilərə cavabı isə bu olmuşdur ki, belə bir hadisə olacağı halda prosesdən kənar qalıb hadisələrin gedişinə müdaxilə etməyin. Elə də oldu. Yerli DTK-nın əməkdaşları hadisələrə heç bir müdaxilə etmədilər. Bundan əlavə, hadisələrə bir neçə gün qalmış SSRİ Müdafiə Nazirliyinin qoşunları Sumqayıtın ayrı-ayrı mikrorayonlarında tam hazırlıqlı vəziyyətdə dislokasiya olunsalar da, onlar da hərəkətsiz qaldılar. 

E.Məmmədov daha sonra bildirdi: 

- Mən, kinorejissor Fuad İmanov və operator Elçin Quliyevlə belə qərara gəldik ki, "Exo Sumqayıt" bu hadisələrin izinə düşək. Bizə bir Azərbaycan vətəndaşı olaraq maraqlı idi ki, görək hadisələrin kökü hara, kimlərə kimi gedib çıxacaq. Bunu hər yerdə demişəm, yenə də təkrarlayıram. Filmin çəkilməsinə o zaman Azərbaycan DTK-sı ciddi problemlər yaradırdı, mane olmağa çalışırdı. O zaman mən rusdilli "Exo Sumqayıt" qəzetinin redaktoru idim. Məni Mərkəzi Komitəyə çağırıb partiya biletimi alacaqları ilə də hədələdilər.

Sumqayıt hadisələrinə Moskvadan gələn polkovnik rəhbərlik edirdi. Konkret olaraq deyə bilərəm ki, hadisənin sifarişçisi SSRİ DTK-sı, təşkilatçılar həmin polkovnikin rəhbərlik etdiyi qrup, icraçıları isə xüsusi cəlb olunmuş ekstremist qüvvələr idi. Əməliyyatın adını da "nalyotçik" ("basqınçı") qoymuşdular. 

Hadisələrin qurbanları arasında 6 azərbaycanlı da var idi. Bu, bir erməninin yük maşınını şəhərin mərkəzi küçələrində azərbaycanlıların üzərlərinə sürməsi ilə baş vermişdi. Erməni sürücü avtomobili Baki istiqamətinə sürərək aradan çıxa bilmişdi. Heç qatil sürücünün ardınca düşən də olmamışdı.

"Exo Sumqayıt" sənədli filmini çəkəndə SSRİ-nin müdafiə naziri Dmitri Yazovdan müsahibə alanda ona belə bir sual verdim: "Sizin əsgərlərin gözü qarşısında bir millətin nümayəndəsi başqa bir millətin nümayəndəsini qətlə yetirirdi. Əlinizdə güc, səlahiyyət var ikən nədən faciənin qarşısını almırdınız?" Dmitri Yazovun cavabı belə oldu ki, Ali Baş Komandanın əmri olmadan mən şəhərdə komendant saatı elan edə bilməzdim. Aydın məsələdir ki, Ali Baş Komandan da Mixail Qorbaçov idi. 

Hadisəni törətmək üçün məkan olaraq Sumqayıt təsadüfən seçilməmişdi. O zaman Sumqayıtda 84 millətin nümayəndəsi yaşayırdı. Hadisələr zamanı 40 nəfərdən ibarət ekstremist qruplaşmaya Azərbaycan DTK-nın Dağlıq Qarabağ şöbəsinin əməkdaşı Levon Saturyan başçılıq etmişdi. Albert Qriqoryan adlı birisi isə gənclərə narkotik paylamaqla məşğul olmuşdu. O zaman Sumqayıtda 6-7 texniki peşə məktəbi var idi. Orada oxuyanların çoxu yeniyetmələr idi. Onlara narkotik, spirtli içki verib iğtişaşlara cəlb etmək çox asan iş idi. 

Bunlardan əlavə, Ermənistan Rabitə Nazirliyinin Arakelyan soyadlı əməkdaşı Sumqayıtda üçüncü məhəllədə kamera quraşdırmışdı. Ermənistanda nəşr olunan "Kommunist" qəzetinin müxbiri Eduard Vselsov digər yerlərdə çəkilişlər aparmış, həmkarı Ağacanyan isə hadisələrin fotosunu çəkməklə məşğul olmuşdu. Təsəvvür edin, fevralın 29-da hadisələr baş vermiş, martın 1-də Yerevanda "Sumqayıt qurbanları"na abidə qoyulmuşdu. Üstündən bir həftə keçməmiş Yerevanda hadisələrdən bəhs edən "Sumqayıt soyqırımı, aşkarlıq" adlı kitab nəşr olunmuşdu. Ən qəribəsi də budur ki, həmin hadisələri törədən ekstremist qrupunu aradan çıxarda bilmişdilər. Onlardan cəmi 5 nəfər - Ağababyan, Misilsov, Qriqoryan, Tamarziyan, Ambarsumyan həbs olunmuşdu. Həbs olunan cinayətkarların istintaqını isə bizim yerli prokurorluq ilə birlikdə SSRİ prokurorluğu da aparırdı. 

Digər həmsöhbətimiz Əməkdar müəllim Lyubov İsmayılova Sumqayıt hadisələri haqqında bunları dedi: "Sumqayıt həmişə dostluq və qardaşlıq şəhəri olub. Bu şəhərdə insanlara milli, dini xüsusiyyətlərinə görə heç zaman fərq qoyulmayıb. Şübhəsiz ki, Sumqayıt hadisələrini SSRİ DTK-sı ilə Ermənistanın xüsusi orqanları hazırlamış, onların toruna düşən, aldadılan bir qrup başıpozuq   da icra etmişdir. O zaman hadisələr elə sürətlə dəyişirdi ki, kimin kim olduğunu müəyyən etmək çətin idi. Bir məktəbdə oxuyan, hətta bir partada oturan ermənil ilə azərbaycanlını ayırmaq asan deyildi. Yəqin buna görə təşkilatçılar zənn ediblər ki, Eduard Qriqoryanı azərbaycanlı biləcəklər. Amma yanıldılar. Gec də olsa həqiqət üzə çıxdı. Bu gün bütün dünya terror törətməkdə ad çıxaran erməni təşkilatlarını yaxşı tanıyır. 


Elşən QƏNİYEV,

Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!