05 Noyabr 2025 19:23
470
SİYASƏT
A- A+
Ərəb və Pakistan parlamentləri Azərbaycanı Zəfər Günü ilə bağlı təbrik ediblər  

Ərəb və Pakistan parlamentləri Azərbaycanı Zəfər Günü ilə bağlı təbrik ediblər  


Ərəb Parlamentinin prezidenti Mohamed Alyammahi, Pakistan İslam Respublikası Parlamenti Senatının sədri Syed Yusuf Raza Gilani və bu ölkənin Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq 8 Noyabr – Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubları ünvanlayıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər məktublarda Zəfər Gününün beşinci ildönümü münasibətilə təbriklərini çatdırıb və bu əlamətdar günün Azərbaycan xalqının möhkəm iradəsinin, birliyinin və əzminin rəmzi olduğunu vurğulayıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə aparılmış tarixi mübarizə nəticəsində dövlətin suverenliyi və ərazi bütövlüyü bərpa olunub. Qazanılan uğurlar isə ölkənin inkişafı və rifahı üçün möhkəm zəmin yaradır.

Məktublarda, həmçinin əməkdaşlıq, sabitlik və qarşılıqlı anlayışın önəmi diqqətə çatdırılaraq, parlamentlərarası əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub, dost Azərbaycan xalqına tərəqqi, firavanlıq və sabit gələcək arzulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!