08 Noyabr 2025 14:49
542
SİYASƏT
A- A+
Ərdoğan: Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılıb  

Ərdoğan: Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılıb  


Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, müstəqillik və ləyaqət uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi kimi ortaq tariximizə qızıl hərflərlə yazılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

Ərdoğan deyib: “Bundan 45 gün əvvəl əslən qarabağlı olan böyük bir şairimiz rəhmətə getdi. Mərhum Yavuz Bülənd Bakilər Qarabağa olan həsrətini bu misralarla dilə gətirmişdi:

Torpağına bayraqlarla girə bilərəm.

Qara sevdalılar kimi həsrətəm Qarabağa.

Uğrunda ölə bilərəm.

Bir gün bitərsə hər şey Qarabağı görmədən,

İstəmərəm lentlər, çələnglər.

Allahım, ruhuma bir az rahatlıq ver.

Üstümə oxunmuş bir neçə ovuc mübarək Qarabağ torpağı səpilsə, kifayət edər.

İllər boyu şairlər Qarabağ üçün belə həsrət dolu şeirlər yazmışlar. İlham qardaşımın liderliyi altında Azərbaycan Ordusu Qarabağı işğaldan qurtararaq, könüllərdəki 30 illik yanğını da söndürdü. Allaha şükürlər olsun, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında hüzur var, inkişaf var, barış, rifah və azadlıq var”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!