22 İyul 2025 08:50
538
CƏMİYYƏT
A- A+
Əqli Mülkiyyət Agentliyində milli mətbuatın 150 illiyi münasibətilə tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində milli mətbuatın 150 illiyi münasibətilə tədbir keçirilib


İyulun 21-də Əqli Mülkiyyət Agentliyində milli mətbuatın 150 illiyi münasibətilə media nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə agentliyin İdarə Heyətinin sədri professor Kamran İmanov Azərbaycan milli mətbuatının tarixinə nəzər salıb, əsası "Əkinçi" qəzeti ilə qoyulan mətbuatımızın şərəfli inkişaf yolu keçdiyini vurğulayıb. 

Professor Kamran İmanov qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaradıb.

"Prezident İlham Əliyevin qətiyyətlə və ardıcıl həyata keçirdiyi müstəqil siyasi kurs nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilib, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilib. Vətən müharibəsi dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyub, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərib", - deyə agentliyin sədri vurğulayıb.

Professor Kamran İmanov diqqətə çatdırıb ki, media əqli mülkiyyət ilə sıx təmasdadır, bu, xüsusən müəlliflik hüququnda özünü göstərir. Medianın fəaliyyət məkanı - informasiya və yaradıcılıq məkanıdır və media - müəllif-hüquq və informasiya hüququ sisteminin subyektlərindən biridir.

Agentliyin rəhbəri onu da qeyd edib ki, mütəxəssislərin məlumatlarına əsasən, dünyada internet nəşrlərinin yalnız 30 faizə qədəri həqiqətən günün yeniliklərini yaradır, qalan 70 faiz isə onları sadəcə olaraq köçürür. İnternet nəşrlərinin hüquqları şəbəkədə elə internet nəşrləri tərəfindən pozulur. Həqiqətən, internetdəki adi istifadəçilərə günün yeniliyi kontenti yayım üçün deyil, yalnız özünün informasiya istehlakı üçün gərəklidir.

Mütəxəssislərin fikrincə, informasiya agentliklərində ən çox məsrəflər tələb edən də xəbərlər bazisidir, "xəbərlər formatı"dır, belə ki, bu iş çoxlu müxbirlər və infrastruktur tələb edir. Bu həm də informasiya toplayıcıları olan jurnalistlərin ağır əməyidir.

Diqqətə çatdırılıb ki, son 15 ildə əqli mülkiyyətin əsasını təşkil edən qeyri-maddi aktivlərə qoyulan investisiyalar maddi aktivlərlə müqayisədə 3 dəfə artıb. Nəticədə 2024-cü il üçün 7 trilyon ABŞ dollarına çatıb. Özü də dünya üzrə verilən patentlərin üçdəbir hissəsi rəqəmsal texnologiyalara aiddir və generativ süni intellektə əsaslanan patentlər güclü artım göstərir. Nəticədə innovasiyalar inkişaf edir, dəyişir və sənaye innovasiyalarla birləşir. Üstəlik aparat və proqram təminatı arasındakı fərq, sərhəd silinir. Bununla belə, kitablara və müəlliflik hüququna olan hörmət azalmır. Belə ki, dərc olunan və milli depozitariyalarda deponə olunan kitabların dünya miqyasında sayı 2,5 milyon ədədə yaxındır. 

İdarə Heyətinin sədri media nümayəndələrinə Əqli Mülkiyyət Agentliyində infrastrukturun təkmilləşdirilməsi, neqativ halların qarşısının alınması istiqamətində həyata keçirilmiş tədbirlər barədə də məlumat verib. O bildirib ki, agentlikdə 24/7 rejimində fəaliyyət göstərən "Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf" (PƏNAH) rəqəmli informasiya sistemi yaradılıb. "Bu sistem şəffaflığı və məlumatlara əlçatanlığı təmin edir. İstənilən vaxt və istənilən yerdən PƏNAH vasitəsilə iddia sənədini agentliyə göndərilməsi mümkündür", - deyə agentliyin rəhbəri qeyd edib.

İxtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair məlumatlılığın artırılması üçün agentlikdə "Açıq reyestrlər" yaradıldığını qeyd edən professor Kamran İmanov vurğulayıb ki, hər kəs "Açıq reyestrlər"ə maneəsiz və ödəniş etmədən daxil ola bilər: "Eləcə də patent almaq istəyən və ya əmtəə nişanını qeydiyyatdan keçirmək istəyən şəxs patentlər və əmtəə nişanları barədə məlumatları əldə edə bilər". 

Agentlik rəhbərinin sözlərinə görə, infrastruktur layihələrindən biri kimi yaradılmış Çağrı Mərkəzinə 2024-cü ildə 25 mindən çox müraciət daxil olub. 2025-ci ilin 6 ayı ərzində daxil olan müraciətlərin sayı 11 mindən çoxdur.

Görüşdə həmçinin qeyd olunub ki, iyulun 8-17-də Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin assambleyalarının 66-cı iclası keçirilib. Koordinasiya Komitəsi, Paris və Bern İttifaqının İcraiyyə Komitəsində qeyri-rəsmi məsləhətləşmələrdən sonra 40 dövlət Bern İttifaqı İcraiyyə Komitəsinin daimi üzvü seçilib. Onların sırasında Azərbaycan da yer alıb. Azərbaycan hələ 1995-ci ildə ÜƏMT-nin Paris Konvensiyasına və 1998-ci ildə Bern Konvensiyasına qoşulub.

Bildirilib ki, Azərbaycan həmçinin 2027-ci ildə keçiriləcək Baş Assambleyanın növbəti sessiyasının bağlanışına qədər ÜƏMT-nin Koordinasiya Komitəsinə 194 ölkə arasından daimi üzv seçilmiş 83 dövlətdən biridir.

Azərbaycan Proqram və Büdcə Komitəsinin də üzvü seçilib. 

İyulun 17-də keçirilmiş ÜƏMT Assambleyalarının vəzifəli şəxslərinin seçkilərində isə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri 118 üzv dövlətin təmsil olunduğu ÜƏMT-nin Müəllif hüquqları Müqaviləsi Assambleyasının sədri seçilib.

Sonra media nümayəndələri agentliyin Respublika Elmi-Texniki Kitabxanasında olublar. Onlara kitabxananın fondları, burada saxlanılan nəşrlər haqqında məlumat verilib. Qeyd edilib ki, kitabxanada XIX əsrə aid nəşrlər də qorunur.

Media nümayəndələri daha sonra agentliyin Çağrı Mərkəzində olublar. Onlara həmçinin PƏNAH sisteminin iş prinsipi əyani nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!