Ensiklopediyanın ən qədimi
Ayrı-ayrı istiqamətlərə və ya bütün elmi fəaliyyət sahələrinə dair hərtərəfli, sistemli, ən vacib məlumatları verən elmi toplu ensiklopediya formasında təqdim olunur. Bununla belə, universal bilikləri özündə əks etdirən ensiklopediyalarla yanaşı, milli, regional, müxtəlif sahələr üzrə ixtisaslaşmış ensiklopediyalar da mövcuddur. Ensiklopediyada məlumat və məqalələr, əsasən, əlifba sırası ilə, bəzi hallarda isə mövzu bölgüsü ilə yerləşdirilir.
Dövrümüzə qədər gəlib çatan ən qədim ensiklopedik əsər eramızın I əsrində yaşamış Roma dövlət xadimi Plininin “Naturalis Historia” toplusudur. O, təbiət tarixi, astronomiya, etnoqrafiya, heykəltaraşlıq, tibb, coğrafiya, geologiya və digər sahələri əhatə edən 37 fəsildən ibarət 10 cildlik əsər tərtib etmişdi. Ensiklopediyanın ön sözündə 200-dən çox alimin 2000 əsərindən 20.000 fakt əldə edildiyi və müəllifin öz təcrübəsindən də bir çox informasiyaların əlavə edildiyi qeyd edilib. Bu məlumatların əksəriyyətini Plini əyalətlərə etdiyi səfərlər və müxtəlif şəxslərlə ünsiyyət zamanı toplamışdı.
Plini əsərdəki materialları ümumidən xüsusiyə doğru sıralamışdı. Müəllif səmadan başlamış, astronomik sualları cavablandırmış, sonra yerin coğrafiyasına keçid edərək heyvanlar və bitkilərdən bəhs etmiş, sonda isə yerin altından çıxarılan minerallar və metallar haqqında bilgilər vermişdi. Bundan əlavə, o, yazılarında ardıcıl olaraq təbiəti yuxarıdan aşağıya - səmadan yerə doğru təsvir etmişdi.
Sonrakı dövrlərdə artıq bir çox yazarlar onun əsərlərinə istinad ediblər. Xüsusilə, əsərin “Təbiət tarixi” hissəsindən həmin dövrün digər ensiklopedistləri də geniş istifadə ediblər. Çap maşınının ixtirasına qədər onun qələmə aldığı orijinal mətnlər həddindən artıq böyük həcmdə olduğundan tez-tez ixtisar olunurdu. Əsərin günümüzə qədər bir çox əlyazmaları gəlib çatsa da, heç biri onu bütünlüklə əhatə etmir.
Ensiklopediyanın ilk dəfə 1501-ci ildə Kristoforo Landino tərəfindən italyan dilinə tərcümə edilmiş forması ortaya çıxmışdı. Bundan sonra toplu fransız və ingilis dillərinə tərcümə edilmişdi. Orta əsrlərdən etibarən isə yazılan ensiklopedik əsərlərin sayı sürətlə artmışdı. Hazırda rəqəmsal ensiklopediyalar internet saytlarda ödənişli və ya ödənişsiz şəkildə üstünlük təşkil edərək istifadəçilərə təqdim edilir.
Aydan XƏLİLOVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli Məclisdə multikultural perspektivlərə dair beynəlxalq konfransın iştirakçıları ilə görüş olub...
20 May
Ceyhun Bayramov ispaniyalı həmkarını Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addım...
20 May
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində KİV-lər tərəf...
20 May
Azərbaycanla Serbiya arasında ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub...
20 May
Ali Məhkəmənin sədri Masallı rayonunda vətəndaşları qəbul edib
20 May
Şuşada beynəlxalq konfransın iştirakçıları birgə müraciət yayıb
20 May
Energetika naziri Salyanda vətəndaşlarla görüşüb
20 May
Mayın 20-də Azərbaycanda COVID-19 əleyhinə 3 min dozadan çox vaksin vurulub
20 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb
20 May
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
20 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!