01 İyun 2026 20:34
531
Elm və texnika
A- A+
Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək  

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək  


Daşkənd şəhərində yerləşən Yeni Özbəkistan Universitetində "14-cü İpək Yolu Görüşü və İpək Yolu Astronomik Tədqiqat və Təhsil Birliyinin 2-ci Görüşü" adlı mötəbər beynəlxalq elmi konfrans keçirilib.

Dünyanın 33 ölkəsindən 150-dən artıq tanınmış alim və mütəxəssisin iştirak etdiyi beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov təmsil edib.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Beş gün davam edən konfrans çərçivəsində astronomiya və astrofizikanın aktual problemləri, regionda astronomiya elminin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq imkanları, müştərək tədqiqat layihələri və elmi inteqrasiya məsələləri geniş müzakirə olunub.

Konfransın dördüncü günündə Namiq Cəlilov "Anizotropik kosmik plazma axınlarında maqnitohidrodinamik (MHD) dayanıqsızlıqlar" mövzusunda plenar məruzə ilə çıxış edib. Geniş maraqla qarşılanan məruzədə anizotrop plazmalarda maqnitohidrodinamik Kelvin–Helmholts dayanıqsızlığının xüsusiyyətləri araşdırılıb, istilik axınlarının və plazmanın anizotrop xüsusiyyətlərinin bu proseslərə təsiri təhlil olunub. Tədqiqat nəticələri göstərib ki, maqnit sahəsi boyunca hərəkət edən səsdən iti plazma axınlarında müəyyən şəraitdə kvazi-eninə modlar daha sürətlə inkişaf edir. Müxtəlif sürət profillərinə malik keçid zonalarının təsiri nəzərə alınmaqla Kelvin–Helmholts dayanıqsızlığı üçün yeni dispersiya tənlikləri əldə olunub və məsələnin analitik həlli təqdim edilib. Bu nəticələr kosmik plazmalarda baş verən mürəkkəb proseslərin daha dərindən anlaşılması ilə yanaşı, müasir ədədi modellərin və kompüter simulyasiyalarının yoxlanılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Məruzədə, həmçinin göstərilib ki, axınlar arasındakı keçid qatının xüsusiyyətləri müxtəlif plazma dayanıqsızlıqlarının inkişafına ciddi təsir göstərir və müəyyən hallarda Kelvin–Helmholts dayanıqsızlığını əhəmiyyətli dərəcədə gücləndirə bilir. Alınmış nəticələr kosmik plazmaların dinamikasının öyrənilməsi istiqamətində mühüm elmi yeniliklərdən hesab olunur.

Plenar məruzədən sonra Namiq Cəlilov "Azərbaycanda astronomiya və astrofizika elminin hazırkı vəziyyəti" mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatda ölkəmizdə astronomiya sahəsində mövcud elmi potensial, müasir müşahidə infrastrukturu, beynəlxalq əməkdaşlıq əlaqələri və yüksəkixtisaslı elmi kadr hazırlığı istiqamətində görülən işlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verilib.

Konfrans çərçivəsində müxtəlif ölkələrin elmi təşkilatları ilə əməkdaşlıq imkanları müzakirə olunub, gələcək birgə layihələr və elmi mübadilə proqramları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda Azərbaycan elmi ictimaiyyəti və Şamaxı Astrofizika Rəsədxanası üçün mühüm əhəmiyyət kəsb edən qərar qəbul edilib. Belə ki, konfransda iştirak edən 33 ölkənin alimlərinin yekdil rəyi və səsverməsi nəticəsində növbəti İpək Yolu beynəlxalq elmi konfransının Azərbaycanda keçirilməsi qərara alınıb. Bu qərar Azərbaycan astronomiya elminə göstərilən yüksək etimadın və ölkəmizin beynəlxalq elmi əməkdaşlıq platformalarında artan nüfuzunun göstəricisi kimi qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəyib

22:19
17 İyun

Kainatda təkik?

21:37
17 İyun

Davamlı bakteriyalara qarşı yeni antibiotik metodu hazırlanıb

21:13
17 İyun

İran və Qətər elektrik şəbəkələrini birləşdirir  

21:09
17 İyun

Ekvadorda 10 regionda fövqəladə vəziyyət elan edilib

20:58
17 İyun

İ. Fedotov: Messi meydandan qovulmalı idi

20:46
17 İyun

 İspaniyada 16 ton Dünya Kuboku formaları müsadirə edilib

20:42
17 İyun

 A. Səmədov: Ronaldo kimi oyunçu həmişə faydalıdır 

20:41
17 İyun

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib  

20:32
17 İyun

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

20:28
17 İyun

Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir

20:13
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO  

20:09
17 İyun

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub

20:09
17 İyun

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus tankeri və iki körpünü vurub  

20:03
17 İyun

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib YENİLƏNİB

19:56
17 İyun

Orxan Məmmədov: “Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 63 milyon manata yüksəlib

19:52
17 İyun

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

19:50
17 İyun

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

19:49
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

19:47
17 İyun

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

19:45
17 İyun

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

19:43
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!