04 İyun 2026 15:36
695
Elm və texnika
A- A+
ADNSU “UI GreenMetric” reytinqinin nəticələrinin açıqlanması tədbirinə ev sahibliyi edəcək

ADNSU “UI GreenMetric” reytinqinin nəticələrinin açıqlanması tədbirinə ev sahibliyi edəcək


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “UI GreenMetric” dünya universitetləri reytinqinin 2026-cı il üzrə nəticələrinin açıqlanması və mükafatlandırma mərasiminə ev sahibliyi edəcək. Bununla da, ADNSU bu nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edən dünyanın 17-ci universiteti olacaq.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Sentyabrın 23-25-də ADNSU-da keçiriləcək tədbir beynəlxalq konfrans və mükafatlandırma mərasimi formatında təşkil olunacaq.Tədbirdə dünyanın müxtəlif ölkələrindən universitet rəhbərləri, ekspertlər və akademik ictimaiyyətin nümayəndələrinin iştirakı gözlənilir.

“UI GreenMetric” reytinqi universitetlərin kampus dayanıqlılığı və ekoloji idarəetmə sahəsində fəaliyyətini qiymətləndirən nüfuzlu beynəlxalq platformadır. Reytinq çərçivəsində ali təhsil müəssisələrinin enerji və iqlim dəyişikliyi, su idarəçiliyi, tullantıların idarə olunması, nəqliyyat, kampus infrastrukturu və yaşıl məkanlar, təhsil və tədqiqat, eləcə də idarəetmə və rəqəmsallaşma sahələrindəki göstəriciləri dəyərləndirilir.

ADNSU son illərdə dayanıqlı inkişaf və yaşıl universitet modelinin formalaşdırılması istiqamətində həyata keçirdiyi təşəbbüslərlə beynəlxalq reytinqdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Universitet 2024-cü ildə “UI GreenMetric” reytinqində dünya üzrə 788-ci, ölkə üzrə isə 5-ci yerdə qərarlaşıb. 2025-ci ildə isə ADNSU dünya sıralamasında 622-ci yerə yüksələrək mühüm irəliləyiş əldə edib və ölkə üzrə 5-ci mövqeyini qoruyub saxlayıb.

“UI GreenMetric” dünya universitetləri reytinqinin nəticələrinin açıqlanması mərasiminin ADNSU-da keçirilməsi universitetin dayanıqlı inkişaf, yaşıl transformasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərində əldə etdiyi nailiyyətlərin növbəti beynəlxalq təsdiqi olmaqla yanaşı, Azərbaycanın ali təhsil sisteminin qlobal dayanıqlılıq gündəliyində artan rolunun göstəricisidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub

16:34
11 İyul

Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanışlıq

15:42
11 İyul

Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib

15:34
11 İyul

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub

15:12
11 İyul

Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır

15:07
11 İyul

ÜST Sudanda vəba epidemiyasının genişlənə biləcəyi barədə xəbərdarlıq edib

14:59
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNƏCƏK

14:27
11 İyul

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub

14:22
11 İyul

BTQ ilə Burkina-Faso XİN-in Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb

12:37
11 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

12:17
11 İyul

Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib

11:30
11 İyul

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa

11:14
11 İyul

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub

11:03
11 İyul

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

10:52
11 İyul

Paşinyanın “demokratik” diktaturası

10:45
11 İyul

Ötən gün 47 cinayətin açılması təmin olunub

10:27
11 İyul

Dünya çempionatı: İspaniya millisi Belçikanı məğlub edərək yarımfinala yüksəlib

10:20
11 İyul

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!