29 Noyabr 2025 08:13
629
SİYASƏT
A- A+
Əməkdaşlığa təkan verən dialoqların ünvanı

Əməkdaşlığa təkan verən dialoqların ünvanı


Azərbaycan qlobal tədbirlərə uğurlu evsahibliyi edir


Azərbaycan bu gün beynəlxalq tədbirlərə evsahibliyi edən, dünya miqyaslı problemlərin dialoq yolu ilə həll edildiyi platforma kimi tanınır. Özü də təkcə  paytaxt Bakıda deyil, ölkəmizin bölgələrində yüksək səviyyədə təşkilatçılığı ilə seçilən qlobal toplantılar keçirilir. Bu il mayın 28-də  Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünün, iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün, oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün və digər mötəbər tədbirlərin timsalında da bunu aydın görmək mümkündür. 

Elə son bir neçə gün ərzində də ardıcıl olaraq ölkəmizdə xeyli beynəlxalq tədbir keçirilib və bütün bunlar Cənubi Qafqazın lider ölkəsi Azərbaycanda olan təhlükəsizlik, rifah və sülh mühitinin yaratdığı nəticələrdir. Ölkəmiz daim dialoq formasında dünya miqyaslı məsələlərin həllinin mümkünlüyünü təbliğ edir, bu istiqamətdə çağırışlar səsləndirir və bəşəri qərarların qəbuluna və icrasına birbaşa töhfələr verir.

 

Bakının təşəbbüsü ilə


Ötən ilin dekabrında Azərbaycan Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı yekdilliklə D-8 təşkilatının üzvü seçilib. İllər əvvəl yaranmış bu təşkilata ötən müddət  ərzində əlavə üzv qəbul edilməmişdi və birinci genişlənmə qərarından sonra qəbul edilən üzv məhz Azərbaycan oldu. Respublikamızın sözügedən təşkilata üzv qəbul edilməsi Azərbaycanın növbəti diplomatik qələbəsi idi və onun nüfuzunu və beynəlxalq aləmdə rolunu bir daha göstərdi. 

Cari il noyabrın 21-də Bakıda keçirilmiş "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumu bu mənada böyük əhəmiyyət kəsb edirdi. Adıçəkilən forum D-8 ölkələri arasında mövcud olan dostluğun, əməkdaşlığın daha da dərinləşməsinə töhfə idi. 

"Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciətində Prezident İlham Əliyev bildirdi ki, dost ölkələrin ictimai-siyasi xadimlərini, kommunikasiya üzrə mütəxəssislərini, media nümayəndələrini bir yerə toplayan bu forum qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəli platforma olacağına inamı ifadə edir: "Bugünkü forum dost ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar yaradan yeni əməkdaşlıq müstəvisidir. İnanıram ki, burada səslənəcək ideyalar, təkliflər və irəli sürüləcək birgə layihə təşəbbüsləri gələcəkdə D-8 ölkələrinin informasiya siyasətində mühüm rol oynayacaqdır".

D-8 təşkilatına üzv seçildiyi gündən təsisatın işinə mühüm töhfələr verən Azərbaycan bu çərçivədə iqtisadi, mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində səylər göstərir. Ölkəmizin D-8 ailəsinə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində Azərbaycanın təşəbbüsü ilə Bakıda D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü keçirilib, D-8 Həftəsi çərçivəsində "D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq"u baş tutub.  Bakıda keçirilmiş "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumu da bu silsilənin davamı kimi diqqət çəkir. 


Türk dünyası ailəsinin həmrəyliyi


Azərbaycan təməli qədim türk yurdu Naxçıvanda qoyulan Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsinə xüsusi önəm verir və bu istiqamətdə praktik addımlar atır. 

Noyabrın 24-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun keçirilməsi, ayın 25-də isə Naxçıvan şəhərində keçirilən həmrəylik forumu çərçivəsində TDT-yə üzv və müşahidəçi ölkələrin qeyri-hökumət təşkilatlarını birləşdirən yeni platformanın təsis olunması da elə türk dünyasının birliyi amalına xidmət edən müstəsna tarixi hadisələrdir.

TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır: "2026-cı ildə 100 illiyi keçiriləcək I Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir. Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər".

TDT-yə üzv və müşahidəçi ölkələrin qeyri-hökumət təşkilatlarını birləşdirən yeni platformanın təsis olunması, heç şübhəsiz, türkdilli xalqların daha mütəşəkkil təşkilatlanmasına, öz səslərini dünyaya daha gur çatdırmasına geniş imkanlar açacaq. 

Noyabrın 27-də türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilib. Forum çərçivəsində "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" mövzusuna həsr olunmuş panel sessiya təşkil edilib.

Ötən gün isə Bakı daha bir mötəbər tədbirə evsahibliyi etdi. Belə ki,  paytaxtımızda Türk Dövlətləri Təşkilatının  media və informasiya üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısı keçirildi.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində dövlətimizin başçısı ölkəmizdə ardıcıl olaraq keçirilən tədbirlərin mühüm əhəmiyyətini diqqətə çatdırıb: "Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir".

Bir sözlə, nümunə gətirdiyimiz beynəlxalq tədbirlərin timsalında da görünür ki, Azərbaycan dünyanın yeni çağırışlarına töhfə verəcək, regional, eləcə də daha geniş coğrafiyanın inkişafına, əməkdaşlığına stimul olacaq dialoqların unikal ünvanıdır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

Yaxın Şərq müharibəsinin uzaq bədbin proqnozları

08:25
02 Aprel

Azərbaycanın "yaşıl enerji" strategiyası - modernləşmə və davamlı inkişaf yolunda

08:20
02 Aprel

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

08:15
02 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

08:10
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!