28 Iyul 2024 03:59
79
Mədəniyyət
A- A+

Əməkdar artist Şahin Növrəsli beynəlxalq caz festivalının qonağı olub

 

Fransanın Marsiak şəhərində 46-cı beynəlxalq caz festivalı dünyanın nüfuzlu sənətçilərini bir araya gətirib.

Azərbaycanlı caz pianoçu, Əməkdar artist Şahin Növrəsli festivalın xüsusi qonağı olub. Festival çərçivəsində Ş.Növrəsli amerikalı caz ustası, pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın (Frederik Rassel Cons) xatirəsinə həsr edilmiş konsertindən əvvəl Areta Franklin Kollecinin şagirdləri ilə görüşüb. Onun gənc musiqiçilər üçün ustad dərsi təşkil olunub.

Builki Marsiak caz festivalında məşhur pianoçu Əhməd Camalın vəfatının ildönümünün qeyd edilməsi yaddaqalan anlardan olub. 1930-cu ildə Pittsburq şəhərində (Pensilvaniya ştatı) anadan olan cazmen 1950-ci ildə Çikaqoya köçüb, orada İslamı qəbul edib və adını Əhməd Camal olaraq dəyişdirib. 2023-cü ildə vəfat edib.

Qeyd edək ki, Marsiak caz festivalının mahiyyəti onun eklektik və ruhlandırıcı proqramı ilə sübut olunduğu kimi, sərhədləri aşmaq bacarığındadır.

Festival avqustun 4-dək davam edəcək.  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video