23 İyun 2026 13:53
176
CƏMİYYƏT
A- A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər


23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində daimi dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların andiçmə mərasimi olub.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçılarını peşə bayramları günü münasibətilə təbrik edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul olunduğunu, 25 il əvvəl qəbul edilən bu Qanunun Ulu Öndərin rəhbərliyi ilə dövlət idarəçilik sistemində aparılan islahatların mühüm nailiyyəti olduğunu deyib. O, ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik tərəqqiyə və tarixi Zəfərə nail olan Azərbaycanda dövlət qulluğu sisteminin də davamlı inkişafının təmin edildiyini vurğulayıb.

Rəşad Mustafayev nazirlik sistemində daimi dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşların sosial islahatlar prosesində, sosial müdafiə və məşğulluq tədbirlərində, əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun göstərilməsi işlərində daim səylə çalışaraq öz töhfələrini verəcəyinə əminliyini bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova çıxış edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində qulluq keçən dövlət qulluqçularının inkişaf dinamikası barədə məlumat verib.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və yeni işə qəbul olunan 51 nəfər əməkdaş and içib. Onlar çıxış edərək dövlət qulluğu sistemində daim şərəflə çalışacaqlarını, göstərilən inam və etimadı layiqli səviyyədə doğruldacaqlarını vurğulayıblar. Dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.

Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan tədbir bədii hissə ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qətər Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

14:18
23 İyun

Devlet Bahçeli Avropa Parlamentini tənqid edib: Türkiyə xarici aktorların istəyi ilə hərəkət etmir  

14:17
23 İyun

Azərbaycanda 22 rayon üzrə mövcud kombaynların 571 ədədi yenilənəcək

14:12
23 İyun

Azərbaycan Ordusu - güclü və modern hərbi güc

14:10
23 İyun

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar  

14:07
23 İyun

İlhamə Qədimova: Qoyun əti üzrə ixracın 2,9 min tona çatdırılması nəzərdə tutulur

13:57
23 İyun

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq

13:53
23 İyun

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

13:53
23 İyun

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar  

13:49
23 İyun

İcra başçısı: Əlicançay və Əyriçay su anbarlarının istifadəyə verilməsi nəticəsində suvarılan torpaqların sahəsi əhəmiyyətli dərəcədə artacaq  

13:47
23 İyun

ABŞ-də azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçiriləcək  

13:44
23 İyun

Cəzaçəkmə yerlərindən azad edilmiş daha 444 şəxs işlə təmin olunub

13:42
23 İyun

Prezidentin köməkçisi: Kənd təsərrüfatında dayanıqlı inkişafın təmini dövlət və özəl sektorun birgə fəaliyyəti olmadan mümkün deyil  

13:34
23 İyun

Xəyyam Məmmədov: Rəqəmsal monitorinq və dəqiq su uçotunun qurulması əsas prioritetlərdən biridir

13:31
23 İyun

İran XİN: Tehranın raket proqramı və AEBA-nın nüvə obyektlərini yoxlaması İsveçrədəki danışıqlarda müzakirə edilməyib

13:29
23 İyun

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar  

13:26
23 İyun

Şeyxülislam Allahşükür Paşazadə “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurasının illik toplantısında iştirak edir  

13:21
23 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

13:13
23 İyun

ADSEA: Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün yeni su mənbələrinin yaradılması həyati əhəmiyyət kəsb edir  

13:08
23 İyun

Nazir müavini: Əgər otlaq sahələri deqradasiyaya uğrayırsa, heyvanların məhsuldarlığı azalır, yem xərcləri artır və təsərrüfatların gəlirliliyi aşağı düşür  

13:01
23 İyun

Zakir Quliyev: Mil-Muğanda 240 min hektardan çox suvarılan sahə var

12:55
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!