Elm və təhsilin inteqrasiyası zamanın tələbidir
Müasir ali təhsil sisteminin günün tələbləri səviyyəsində qurulması və bu istiqamətdə islahatlar aparılması məqsədilə dünyanın aparıcı ölkələrində müxtəlif trayektoriyalar mövcuddur. "XXI əsrin problemlərinin həlli üçün istənilən cəmiyyətdə yenilənmiş ali təhsil zəruridir. Elə ali təhsil ki, onsuz heç bir millətin və dövlətin nə mədəni, nə sosial, nə də texniki inkişafı mümkündür".
1998-ci ildə Parisdə keçirilən ali təhsil üzrə ümumdünya konfransında səslənmiş bu fikir hazırda da öz aktuallığını saxlayır. Ali məktəbdə proseslərin hərəkətverici qüvvəsi onun yeniləşmə zəruriliyi, maddi-texniki bazası və dünya təhsil sisteminə daxilolma cəhdidir. Müasir ali təhsilin uğurları daim dəyişən şəraitə çevik uyğunlaşma qabiliyyəti ilə müəyyənləşdirilir. Dövlətə və cəmiyyətə əmək bazarının tələblərinə uyğun olaraq öz fəaliyyətinin məzmununu çevik dəyişməyə qabiliyyətli mütəxəssislər lazımdır. Belə kadrların hazırlanması isə yüksəksəviyyəli ali təhsil müəssisələrində mümkündür. Yeni şəraitdə köhnə təcrübə yalnız xeyirsiz yox, hətta zərərli ola bilər.
Təhsilin və intellektual resursların ölkə həyatında müstəsna rolu, insan potensialının formalaşması, onun gələcəyi dövlətin rəqabətqabiliyyətliliyinin başlıca şərtlərindəndir. Belə ki, ölkələr təkcə xidmət sahələri və istehsal etdiyi məhsullarla deyil, həmçinin ictimai dəyərləri və təhsil sistemləri (xüsusilə ali təhsil sistemləri) ilə də rəqabət aparırlar. Müasir dünyada rəqabətə davam gətirmək üçün dövlətlər ərazisinə, təbii sərvətlərinə yox, intellektual potensiallarına güvənirlər. Dünya miqyasındakı dəyişikliklərin sürətlə getdiyi hazırkı dövrdə hər bir ölkənin, cəmiyyətin yüksək təhsilli, innovasion təfəkkürlü mütəxəssislərə çox böyük ehtiyacı var. Müasir dünya informasiya resurslarının sürətlə artması, biliklər sisteminin yüksəlməsi, hadisələrin tez-tez əvəzlənməsi ilə xarakterizə olunur.
Ölkəmizdə müstəqillik illərində ali təhsilin fasiləsiz təkmilləşmə və müasirləşmə vəziyyətinə çatması üçün xeyli işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə Cenevrədə "Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti"ndə "Biz qara qızıl kapitalını insan potensialına çevirəcəyik" bəyanatı ilə ölkəmizdə intellektual potensialın inkişafının yeni mərhələsi başlandı və hazırda uğurla inkişaf edir. Elmə söykənən iqtisadiyyatın formalaşmasında intellektual potensialın mühüm rolu danılmaz həqiqətdir. Cəmiyyətin davamlı inkişafında, intellektual potensialın formalaşmasında, maddi sərvətlərin intellektual kapitala çevrilməsində təhsil, xüsusilə ali təhsil müstəsna əhəmiyyət kəsb edir.
ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltin "Amerika Birləşmiş Ştatları ona görə güclü dövlətdir ki, onun qüdrətli universitetləri var" fikrinin şərhinə hesab edirəm ki, ehtiyac yoxdur.
"Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli fərmanı inanırıq ki, ölkəmizdə ali məktəblərin brend universitetlərə çevrilməsinə, "Tədqiqat universiteti" statusu qazanmasına, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmlənməsinə, intellektual potensialın yüksəlməsinə və nəhayət, müstəqil Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevrilməsinə öz müsbət təsirini göstərəcəkdir.
Asəf ZAMANOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru, professor, Əməkdar müəllim
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Azərişıq" ASC Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində 35 kV-luq xəttin çəkilişini ye...
31 May
Hökumə Billuri (Həkimə İbrahim qızı Billuri) "Xalq Əmanəti" layihəsinin 23-cü nəşrində
31 May
Azercell abunəçilərinin nəzərinə
31 May
Azərbaycan Respublikası 1970-ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib
30 May
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
30 May
İyunun 3-ü gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək
30 May
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Mədəniyyət Nazirliyində olub...
30 May
Azərbaycan ilə Rusiya arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib...
30 May
Avropa İttifaqı Şurasının nümayəndə heyəti Milli Məclisdə olub
30 May
Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihdən
30 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!