25 İyul 2023 00:46
733
Qanunlar
A- A+
"Elm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Elm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
"Elm haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1366; 2018, № 11, maddə 2198; 2020, № 5, maddələr 513, 514, № 6, maddə 669; 2021, № 6  (I kitab), maddə 540) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.22-ci maddədən ", elmlə təhsilin vəhdətini təmin edən" sözləri çıxarılsın.
2. 6.0.12-ci maddədə "Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrinin və elmi müəssisələrin və təşkilatların magistratura (rezidentura) və doktoranturalarında əyani təhsil alanlara" sözləri "təhsilalanların" sözü ilə əvəz edilsin.
3. 6.0.19-cu maddədən ", təhsil qurumlarının" sözləri çıxarılsın.
4. 9.1-ci maddədən "subbakalavr peşə-ixtisas dərəcəsi almış" sözləri çıxarılsın.
5. 11-ci maddə üzrə:
5.1. 11.1-ci maddədə "inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi müəssisələrin və təşkilatların və ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, elmi-texniki fəaliyyət sahəsində Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil edən" sözləri "inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən" sözləri ilə əvəz edilsin;
5.2. 11.3-cü maddədə "elmin müxtəlif sahələri" sözləri "onun fəaliyyət istiqamətləri" sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Dövlət ali elmi təşkilatının strukturu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.";
5.3. 11.4-cü maddədə "elmin və hərtərəfli elmi-texniki inkişafın təmin edilməsi məqsədi ilə" sözləri "fəaliyyət istiqamətləri üzrə" sözləri ilə əvəz edilsin və həmin maddədən "təhsil qurumları, elmi texnoloji parklar," sözləri çıxarılsın;
5.4. 11.5-ci maddədə "ölkənin" sözü "fəaliyyət istiqamətlərinə uyğun olaraq" sözləri ilə, ", fəlsəfə doktoru və magistr" sözləri "və fəlsəfə doktoru" sözləri ilə əvəz edilsin;
5.5. 11.6-cı maddədə "elmin müxtəlif sahələri" sözləri "fəaliyyət istiqamətləri" sözləri ilə əvəz edilsin;
5.6. 11.8-ci maddənin birinci cümləsində "və xarici" sözləri ", xarici və fəxri" sözləri ilə əvəz edilsin;
5.7. 11.9-cu maddəyə "elm sahəsində" sözlərindən əvvəl "fəaliyyət istiqamətləri üzrə" sözləri əlavə edilsin.
6. 12.13-cü maddədən "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın" sözləri çıxarılsın və həmin maddədə "təşkilatlarında" sözü "təşkilatlarda" sözü ilə əvəz edilsin.
7. 13.1-ci maddəyə "elmi təşkilatın" sözlərindən əvvəl "orqanın (qurumun)," sözləri əlavə edilsin.
8. 22.1-ci maddədə "elmi təşkilat" sözləri "orqan (qurum)" sözləri ilə əvəz edilsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

19:29
16 May

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında  

19:19
16 May

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

18:43
16 May

AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

18:08
16 May

Ərdoğan: Qazaxıstan neftinin BTC ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür  

16:48
16 May

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

16:23
16 May

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

16:17
16 May

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur

15:54
16 May

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub  

15:35
16 May

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir

15:19
16 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

14:39
16 May

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir

14:23
16 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

14:19
16 May

Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

14:12
16 May

Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir

13:59
16 May

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2

13:59
16 May

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub  

13:48
16 May

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

13:09
16 May

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

12:57
16 May

Türk dünyasının əhəmiyyəti regional çərçivələri aşır

12:38
16 May

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

11:17
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!