16 May 2026 14:23
514
CƏMİYYƏT
A- A+
Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir


Azərbaycan çox böyük torpaq sahəsinə və ya əhaliyə malik deyil və dünya kontekstində nisbətən kiçik və ya orta ölçülüdür. Belə ölkənin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi böyük beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir. Bu da çox təqdirəlayiq haldır.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlaması zamanı dünyada arxitektura və şəhərsalma ixtisasının tədrisi üzrə öncül yerlərdə olan Çinin Cənub-Şərq Universitetinin arxitektura və şəhərsalma fakültəsinin professoru, Çin Şəhərsalma Cəmiyyətinin sənaye parklarının planlanması qərargahının rəhbəri Van Sinpin bildirib.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun şəhərlərin və digər yaşayış məskənlərinin inkişafına həsr olunmuş ən yüksəksəviyyəli beynəlxalq platforma olduğunu vurğulayan çinli ekspert deyib ki, Azərbaycanın bu vacib konfransı məsuliyyət və öhdəlik hissi ilə qəbul etməsi yüksək qiymətləndirilir.

“Bu konfransın mövzuları Azərbaycanın həll etməli olduğu urbanizasiya və şəhərsalma məsələləri, eləcə də Azərbaycanın dünyaya nümayiş etdirmək istədiyi nailiyyətlərlə yüksək səviyyədə uyğunlaşır. Buna görə də, inanıram ki, bu konfrans təkcə qlobal əhəmiyyətə malik deyil, həm də Azərbaycanın inkişafında mühüm rol oynayır”, - deyən professor Van Sinpin əlavə edib ki, WUF13 tarixi, mədəni irsin qorunması, inkişaf etməkdə olan texnologiyaların tətbiqi daxil olmaqla şəhərsalma və insan məskunlaşmasının inkişafı sahəsində Azərbaycanın uğurlu təcrübələrini effektiv şəkildə nümayiş etdirə bilər: “Digər tərəfdən, bu forum Azərbaycanın Çin də daxil olmaqla, dünya ölkələri ilə şəhərsalma və məskunlaşma sahəsində əməkdaşlığının təşviqinə kömək edə, bəşəriyyət üçün daha yaxşı gələcəyə töhfə verə bilər”.

Çinin hökumət nümayəndə heyətinin, habelə akademik və biznes icmalarının bu konfransda iştirak edəcəyini diqqətə çatdıran alim Çin və Azərbaycan arasında şəhərsalma sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün bu forumun mühüm rol oynayacağına inandığını deyib.

“Bu tədbir vasitəsilə yaxşı beynəlxalq əməkdaşlıq nəticələrinə nail olunmasını və Çin-Azərbaycan əməkdaşlığının daha da gücləndirilməsini səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, azərbaycanlı həmkarlarım bu konfrans vasitəsilə Çinlə daha sıx əlaqələr qura, gələcəkdə tez-tez mübadilələr apara, bir-birinin güclü tərəflərindən öyrənə və ikitərəfli inkişafı birgə təşviq edə bilərlər”, - deyə professor Van Sinpin bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

03:04
13 İyun

Hava limanlarının (aeroportların) idarə edilməsi qaydası

03:03
13 İyun

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

19:38
12 İyun

İsveçrədə tarixi səsvermə: əhali sayını 10 milyonla məhdudlaşdırmaq təklif olunur

19:03
12 İyun

Dünyada hər 70 nəfərdən biri evini tərk etmək məcburiyyətində qalıb

18:58
12 İyun

İqlim istiləşməsi 4 il ərzində kritik həddi keçə bilər

18:50
12 İyun

HDQ-də döyüş atışlı taktiki təlim olub  

18:48
12 İyun

Nigeriyada kütləvi adamqaçırma təhlükəsi

18:41
12 İyun

Avropa İttifaqının yeni “Köç və Sığınacaq Paktı” qüvvəyə minir

18:33
12 İyun

Azərbaycan və Dünya Bankı yol layihələri üzrə tərəfdaşlığı genişləndirir

18:24
12 İyun

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

18:13
12 İyun

Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib

18:13
12 İyun

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

17:51
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır  

17:43
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

17:34
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!