16 May 2026 18:43
651
DÜNYA
A- A+
“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək


Mənzil qiymətlərinin sürətlə artması, silahlı münaqişələrin nəticələri, iqlim sarsıntıları və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan insanların sayının çoxalması Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasının əsas mövzularından biri olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Xəbərlər Xidmətinin saytında dərc olunmuş məqalədə bildirilir.

Qeyd olunur ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən Azərbaycanla birgə təşkil edilən forum dünya liderlərini, merləri, urbanistləri, hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, özəl sektor və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirəcək.

Builki forumun mövzusu “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri”dir. BMT-də vurğulanır ki, mənzil böhranı qlobal miqyas alır. Təşkilatın məlumatına görə, hazırda təxminən 2,8 milyard insan qeyri-münasib yaşayış şəraitində yaşayır, bir milyarddan çox insan gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşıb, 300 milyondan artıq insan isə faktiki olaraq evsizdir. Gözlənilir ki, 2050-ci ilədək dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq ki, bu da vəziyyəti daha da ağırlaşdıra bilər.

Məqalədə qeyd edilir ki, yaşayış xərclərinin artması və beynəlxalq böhranlar mənzil sektoruna təzyiqi getdikcə artırır. “UN-Habitat”ın icraçı direktoru Anaklaudia Rossbaxın sözlərinə görə, münaqişələr və qlobal təchizat zəncirində yaranan pozuntular mənzil sahəsində mövcud problemləri əhəmiyyətli dərəcədə dərinləşdirə bilər.

BMT-də vurğulanır ki, bu gün mənzil məsələsinə yalnız ev tikintisi kontekstində baxılmır. Mənzil məsələsi insan ləyaqəti, sosial sabitlik, səhiyyə, təhsil və şəhərlərin dayanıqlı inkişafı ilə birbaşa bağlıdır.

BMT İnkişaf Proqramı (UNDP) rəhbərinin müavini Fransin Pikap BMT-nin Xəbərlər Xidmətinə müsahibəsində bildirib ki, mövcud böhran insan hüquqları, sosial siyasət, gender bərabərliyi və maliyyələşdirmə məsələlərini əhatə edən kompleks yanaşma tələb edir.

Forumun mərkəzi mövzularından biri də qeyri-rəsmi yaşayış məntəqələrinin çoxalması ilə bağlı olacaq. BMT-nin qiymətləndirmələrinə görə, hazırda təxminən 1,1 milyard insan gecəqondularda yaşayır və yaxın onilliklərdə bu rəqəm daha iki milyard arta bilər. Uşaqların vəziyyəti xüsusi narahatlıq doğurur. Gecəqondu sakinləri arasında uşaqların sayının 350 milyondan 500 milyonadək olduğu bildirilir.

Bununla yanaşı, “UN-Habitat”da hesab edirlər ki, qeyri-rəsmi yaşayış məntəqələrinə yalnız problem kimi yanaşmaq olmaz, çünki milyonlarla insan üçün məhz həmin ərazilər şəhərlərdə mənzil əldə etməyin yeganə imkanına çevrilir.

Forumda münaqişələrdən və təbii fəlakətlərdən sonra şəhərlərin bərpası məsələlərinə də ciddi diqqət ayrılması planlaşdırılır. BMT-nin məlumatına görə, 2022-ci ilin sonuna dünyada məcburi köçkünlərin sayı 123 milyon nəfəri ötüb və onların 60 faizdən çoxu məhz şəhərlərdə sığınacaq tapıb.


Müzakirələr zamanı forum iştirakçıları yalnız yaşayış yerini itirmiş insanların müvəqqəti yerləşdirilməsini deyil, həm də dağıdılmış ərazilərin uzunmüddətli bərpasını, iş yerlərinin yaradılmasını və əhalinin normal həyata qaytarılmasını müzakirə etməyi planlaşdırırlar.

Fransin Pikapın sözlərinə görə, müasir böhranlar getdikcə daha çox şəhərlərdə cəmləşir. O bildirib ki, münaqişələr, iqlim dəyişiklikləri və urbanizasiya məsələləri bir-biri ilə sıx bağlıdır və beynəlxalq səviyyədə birgə həllər tələb edir.

Müzakirələrin ayrıca bir hissəsi iqlim risklərinə həsr olunacaq. BMT-də bildirirlər ki, iqlim dəyişiklikləri mənzil böhranını yaradan əsas amillərdən birinə çevrilir. Təkcə 2023-cü ildə daşqınlar, tufanlar, yanğınlar və digər ekstremal hava hadisələri səbəbindən 20 milyondan çox insan öz evlərini tərk etməyə məcbur qalıb. Ekspertlərin qiymətləndirmələrinə görə, 2040-cı ilədək iqlim dəyişiklikləri nəticəsində dünyada təxminən 167 milyon ev itirilə bilər.

Bununla yanaşı, tikinti sektoru karbon qazı emissiyalarının ən böyük mənbələrindən biri olaraq qalır. Binaların tikintisi və istismarı qlobal enerjimənşəli CO2 emissiyalarının təxminən 34 faizini təşkil edir. Bu səbəbdən forum iştirakçıları mənzil tikintisinin həcmini artırmaqla yanaşı, iqlimə mənfi təsirin azaldılması yollarını da müzakirə etməyi planlaşdırırlar.

“UN-Habitat”da bildiriblər ki, Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumu qlobal mənzil böhranının aradan qaldırılması və birgə həll yollarının hazırlanması üçün yeni beynəlxalq tərəfdaşlıqların formalaşmasına imkan yaradacaq və bununla bağlı ümidlər böyükdür.

Bundan əlavə, forum 2016-cı ildə qəbul edilmiş Yeni Şəhər İnkişafı Proqramı çərçivəsində davam edən onillik dövrün mühüm mərhələlərindən birinə çevriləcək. Bakıda keçiriləcək müzakirələrin sənədin icrasına dair aralıq hesabatın hazırlanmasına töhfə verəcəyi gözlənilir. Həmin hesabat BMT Baş Assambleyasında iyul ayında Nyu-Yorkda müzakirə olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AŞPA-nın qərarları siyasi revanşizm və qisas cəhdləri ilə bağlıdır

14:25
25 İyun

Səhiyyə Nazirliyi: 1140,3 litr qan toplanıb

14:24
25 İyun

Auditorlar Palatasının sədri: Rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik riskləri audit peşəsi qarşısında yeni çağırışlar qoyur

12:29
25 İyun

Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu işə başlayıb

12:28
25 İyun

Dünya çempionatları tarixinə düşən yeni rekordlar və ilklər

12:27
25 İyun

Təzəpir məscidində Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib

12:19
25 İyun

Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb

12:18
25 İyun

İZİA sədri: Sənaye parkları strateji ixrac hədəflərinin həyata keçirilməsi üçün vacib platforma rolunu oynayır – MÜSAHİBƏ

12:17
25 İyun

İƏT Parlament İttifaqının Baş katibi: Konfransın uğurunda Azərbaycanın rolu böyükdür  

12:03
25 İyun

ABŞ Venesuelaya xilasedicilər və humanitar yardım göndərir

11:49
25 İyun

BMT-nin Dövlət Xidməti Forumunda "ASAN xidmət"in uğurlarından bəhs olunub

11:47
25 İyun

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək

11:46
25 İyun

Özbəkistan Prezidenti: Əndicanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi rəmzi məna daşıyır  

11:45
25 İyun

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri xanım Nataşa Pirts Musara  

11:44
25 İyun

ANAMA: Şuşanın Sarıbaba kəndinin təhlükəsiz hala gətirilməsi istiqamətində əməliyyatlar davam etdirilir 

11:43
25 İyun

Vahid Novruzov: Müasir audit biznesin qorunması, inkişafı və davamlılığı üçün mühüm rola malikdir  

11:41
25 İyun

Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu işə başlayıb  

11:38
25 İyun

Ombudsman: Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına mühüm töhfə verir

11:22
25 İyun

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

11:16
25 İyun

Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası davam edir

11:13
25 İyun

“Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb 

11:12
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!