31 Iyul 2024 03:07
185
SİYASƏT
A- A+

Elçin Əmirbəyov: Türkiyə də anlayır ki, Ermənistanla əlaqələrin inkişafı Ermənistan-Azərbaycan münasibətlərindən asılıdır

 

“Azərbaycanın regionda olan çətinliklər, çağırışlar və problemlərlə bağlı yanaşması hərtərəflidir”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı deyib. O bildirib ki, Türkiyə də anlayır ki, Ermənistan və Türkiyə arasına əlaqələrin inkişafı Ermənistanla Azərbaycan arasında münasibətlərdə əldə oluna biləcək irəliləyişdən asılıdır.

“Çünki Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlanmasının əsas səbəbi də Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalıdır. Biz Türkiyə ilə eyni mövqedəyik. Türkiyə də anlayır ki, Cənubi Qafqazda ərazi iddiası məsələsi tez bir zamanda həll olunmalıdır və sülh prosesi ətrafında onsuz da həssas olan atmosferi daha da ağırlaşdıracaq istənilən addımdan qaçmaq lazımdır”,- deyə Elçin Əmirbəyov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video