31 Iyul 2024 03:00
212
SİYASƏT
A- A+

Elçin Əmirbəyov: Sülh sazişinin mətninə baxdıqda deyə bilərik ki, onun yekunlaşmasına çox yaxınıq

 

“Azərbaycanla Ermənistan arasında sülh prosesinin indiki mərhələsinə baxdıqda sülh sazişinin yekunlaşması istiqamətində substantiv irəliləyiş əldə etdiyimizi qeyd etməliyik”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı deyib. O bildirib ki, tərəflər heç zaman sülh sazişinə bu qədər yaxın olmayıb: “Hər iki ölkə üçün düşmənçilik səhifəsini bağlamaq, Cənubi Qafqaz regionunun təbiətini dəyişmək, onu yaxın qonşuluq, sülh və sabitlik bölgəsinə çevirmək üçün tarixi imkan yaranıb. Bu proses uzun müddətdir davam edir. 30 ilə yaxın vasitəçilik danışıqları aparılıb. Lakin ötən ilin dekabrında hər iki ölkə danışıqları aparmaq və yekunlaşdırmaq üçün ən effektli və perspektivli formatın ikitərəfli və birbaşa formatda olması ilə bağlı qərara gəldi. O vaxtdan qarşılıqlı etimadın qurulması və müəyyən proseslərin davam etməsi, o cümlədən diplomatik dəstək mübadiləsi, bəzi həbsdə saxlanılanların azad olunması, sərhədlərin delimitasiyası üçün əməli işlərin başlanılması daxil olmaqla əhəmiyyətli nailiyyətlər əldə olunub”.

Elçin Əmirbəyov əlavə edib ki, masa üzərində olan sülh sazişinin mətninə baxdıqda demək mümkündür ki, onun yekunlaşmasına çox yaxınıq: “Azərbaycanın istəyi beynəlxalq ictimaiyyətin gözləntilərini qarşılamaq üçün əlindən gələnin ən yaxşısını etməkdir. Amma eyni zamanda, Azərbaycan kökündə Ermənistanın ərazi iddiaları duran bu münaqişəni birdəfəlik həll etmək istəyir. Biz ümid edirik ki, yerdə qalan çətinliklər qısa zamanda lazımi qaydada həll olunacaq və biz etibarlı, davamlı və geri dönülməz sülhə nail olacağıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video