31 Iyul 2024 03:01
304
SİYASƏT
A- A+

Elçin Əmirbəyov: İki xalqın münaqişəni bitirməsi ABŞ-nin də marağındadır

 

“ABŞ hər zaman geniş mənada Xəzər regionunda, o cümlədən Cənubi Qafqazda stabilliyin və mehriban qonşuluğun təbliğ olunmasında vacib rol oynayıb.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ-də səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı deyib. O bildirib ki, rəsmi Bakı ABŞ-nin Azərbaycanın siyası müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib.

“Bizim müxtəlif sahələrdə 30 ildən çox davam edən intensiv əməkdaşlığımız mövcuddur. Ölkələrimiz arasında enerji sahəsində uzunmüddətli və məhsuldar əməkdaşlıq var. Həmçinin biz böyük regional və beynəlxalq çağırışlara cavab vermək üçün birlikdə işləmişik. Azərbaycan əsgərləri Əfqanıstan, Kosovo və İraq kimi qaynar nöqtələrdə amerikalı hərbçilərlə çiyin-çiyinə döyüşüb və biz Kabil Hava Limanını ən son tərk edənlərdənik”, - deyə Elçin Əmirbəyov əlavə edib.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, regionda iki xalqın münaqişə və rəqabəti bitirməsi, bölgədə rifah, stabillik və inkişaf naminə yeni dövrün başlatması Ermənistanla da çox yaxşı əlaqələrə malik olan ABŞ-nin də marağındadır: “Biz ABŞ-nin prosesin daha da irəliləməsini asanlaşdırmaq üçün göstərdiyi səyləri təqdir edirik. Düşünürəm ki, belə təlatümlü zamanda dünyada sülh üçün yaxşı imkanın olduğu və məsələnin müsbət həllinin baş verəcəyi ən azı bir nöqtə tapmaq sevindirici haldır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video