Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi dünya üzrə İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu il Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında birinci yerə layiq görülüb. Bu nüfuzlu mükafatın qalibi hər biri yollar və nəqliyyat sektoru ekspertləri olan müstəqil beynəlxalq münsiflər heyəti, hakimlər və BYF Qlobalın könüllülər rəhbərliyi tərəfindən qiymətləndirilərək seçilib. Mükafatı qazanmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müstəsna layihələri mükəmməlliyə, innovasiyaya və cəmiyyətə müsbət təsirinə görə mükafatlandırılmış təşkilatların elit qrupuna qoşulub.
Sentyabrın 26-da Bolqarıstanın Plovdiv şəhərində baş tutan mükafatlandırma mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən agentliyin İnvestisiya Baş İdarəsinin Xarici İnvestisiya şöbəsinin rəisi Emin Məmmədzadə iştirak edib.
E.Məmmədzadə çıxışında Azərbaycanın yol infrastrukturu sahəsində əldə etdiyi uğurlar, icrası həyata keçirilmiş və davam etdirilən mühüm yol layihələri barədə geniş məlumat verib. Bildirilib ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir.
Mükafatlandırma tədbirində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının bu il Azərbaycanda keçiriləcəyi, ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə fəal hazırlıq prosesində olduğu, ölkəmizin bütün müvafiq qurumlarında olduğu kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də COP29-a hazırlıqların sürətlə davam etdiyi qeyd olunub.
Tədbirdə, həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun 300-dən çox şəhər və kəndi, təxminən 30 il davam edən işğaldan azad etməsindən bəhs edilib. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 45 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir. Avtomobil yolu layihələrinin ümumi uzunluğu 3094,3 kilometr təşkil edir.
Proqram çərçivəsində ümumi uzunluğu 254,2 kilometr təşkil edən 7 avtomobil yolu layihəsi uğurla icra olunaraq yekunlaşdırılıb.
Bildirilib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan yol infrastrukturu layihələrində ümumi uzunluğu 69,1 kilometr təşkil edən 45 avtomobil tuneli, ümumi uzunluğu 13,4 kilometrə yaxın olan 463-dən artıq körpü və yol ötürücüsü də inşa edilir.
Mühüm yol infrastrukturu layihələrindən biri olan və innovativ inşaat metodologiyası nominasiyası üzrə qalib seçilmiş, uzunluğu 81,7 kilometr təşkil edən I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda da 11 körpü, 7 tunel və 9 viaduk inşa edilib. Diqqətə çatdırılıb ki, viadukların tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.
Avropa Yollar Konfederasiyasının Baş katibi Stiv Philips: “Mən Stiv Filips CEDR-in (Conference of European Directors of Roads) - baş katibi olaraq sizi Beynəlxalq Yol Federasiyası tərəfindən təltif olunmağınız münasibətilə təbrik edirəm. İcra etdiyiniz layihələr çox təqdirəlayiqdir və əminəm ki, yol infrastrukturu sahəsində ölkənizdə görə biləcəyim müsbət işlər kifayət qədərdir”.
“Kapsch” şirkətinin layihələrin idarə edilməsi üzrə baş mütəxəssisi Kristof Demut: “Azərbaycanda icra olunan müasir yol infrastruktur layihəsi haqqında öz fikirlərimi bildirmək istərdim. Qeyd etməliyəm ki, burada bizə təqdim olunan layihənin önəmli cəhəti odur ki, bu layihə vaxtında və yüksək standartlarla icra edilib. Bizə məlum olan Qərb standartları üzrə icra edilmiş bu layihə Avropa və Asiyanın birləşməsində yol qovşağı funksiyasını icra edəcək”.
“Ekoposte” şirkətinin Beynəlxalq Biznesin İnkişafı üzrə direktoru Esteban Salinas: “Sizi Beynəlxalq Yol Federasiyası tərəfindən təltif olunmanız münasibətilə təbrik edirəm. Bu, böyük bir uğurdur. Ölkənizin yol infrastrukturu sahəsində əldə etdiyi nailiyyətlərə görə, xüsusən də yol təhlükəsizliyi sahəsindəki həyata keçirilən tədbirlərlə bağlı sizi təbrik edirik”.
Barnye hökumətinə etimadsızlıq
Lukaşenko helikopterinə hücuma görə müharibə ilə hədələyib
Həndbolçularımız Avropa Kuboku oyunlarına başlayır
Səfirlik Gürcüstandakı Amerika vətəndaşlarına xəbərdarlıq edib
Rusiyanın xarici işlər naziri Azərbaycanın yeni səfiri ilə görüşüb
Gürcüstanda Azərbaycanın maliyyə vəsaiti hesabına inşa olunan yeni uşaq bağçası istifadəyə verilib
Əli Əhmədov: Azərbaycanla Gürcüstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir
Cəbrayılda Şəhər Günü qeyd olunub
Türkiyə ilə Azərbaycanın prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əlaqələr yüksək səviyyədə inkişaf edir
Kristofer Çop: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı debatlarda iştirak etməməsi təəssüf doğurur
Azərbaycanın müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Şuşada və Xankəndidə erməni vandalizminin ağır nəticələrini müşahidə edib
Daha 15 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
ABŞ mətbuatı: Paşinyan niyə daha Vardanyanı dəstəkləmək istəmir?
Parlamentdə daha bir komitənin bu ilin payız sessiyası üçün iş planı təsdiqlənib
Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib
Hərbi əməliyyatlarda fədakarlıq göstərmiş tibb heyəti təltif edilib
Türkiyənin ədliyyə naziri Azərbaycan Ali Məhkəməsində olub
Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib
Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!