18 Sentyabr 2023 23:01
196
SİYASƏT
A- A+

ƏƏSMN Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi ilə əməkdaşlığı daha da genişləndirir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında ikitərəfli əməkdaşlıq daha da genişlənəcək. İki nazirlik arasında ötən ilin iyul ayında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun tətbiqinə dair Fəaliyyət Planı hazırlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Rıdvan Duranın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslandığını, iki ölkənin dövlət başçılarının birgə səyləri nəticəsində bu əlaqələrin strateji müttəfiqlik səviyyəsində olduğunu vurğulayıb.

Qardaş Türkiyə ilə digər sahələrdə olduğu kimi, sosial sahədə də əlaqələrin daim genişlənməkdə olduğu, əmək, məşğulluq və sosial müdafiə sahəsində 6 sənəd imzalandığı qeyd edilib. Azərbaycanda son 5 ildə aparılan sosial islahatlar və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib. Sosial islahatlar prosesində Türkiyənin müvafiq təşkilatları ilə fəal əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb.

Ölkəmizdə himayədar ailə institutunun tətbiqi ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsinə xüsusi önəm verildiyi və bu istiqamətdə faydalı təcrübə mübadilələri aparıldığı bildirilib. Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən nazirliyin əməkdaşları üçün “Himayədar ailə xidməti” mövzusunda təşkil olunmuş təlimin əhəmiyyəti qeyd edilib.

R.Duran Azərbaycanda səfərdə olmasından, iki qardaş ölkə arasında əlaqələrin ailə və sosial xidmətlər sahəsini də əhatə etməsindən, bu sahədə uğurlu əməkdaşlıq təcrübəsindən məmnunluğunu ifadə edib.

Görüşdə himayədar ailə sahəsində çalışan işçilərin potensialının artırılması, valideyn himayəsindən məhrum uşaqların müdafiəsi, həssas qruplardan olan ailələrlə bağlı sosial dəstək tədbirlərinin həyata keçirilməsi və s. ilə bağlı gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video