22 May 2025 08:20
372
SİYASƏT
A- A+
Ədalət təmin olundu

Ədalət təmin olundu


İrandakı səfirliyimizə hücum edən terrorçu layiqli cəzasını aldı


2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu iki dövlət arasındakı münasibətləri daha da kəçkinləşdirmişdi. Həmin hadisə zamanı səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olmuş, iki nəfər ağır yaralanmışdı. Onlardan biri - mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev öz qorxmazlığı və fədakarlığı ilə terrorçunu tərk-silah etmişdi.


Qətiyyətli və prinsipial mövqe


Terror hadisəsi baş verəndən dərhal sonra Prezident İlham Əliyev səfirliyin fəaliyyətinin dayandırılması və diplomatlarımızın geri çağırılması ilə bağlı tapşırıq verdi. Səfirliyimizin təxliyə edilmiş əməkdaşları və onların ailə üzvləri qısa müddətdə Bakıya gətirildilər. Şəhid Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edildi. Prezident 

İlham Əliyevin sərəncamı ilə terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə Vasif Tağıyev 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olundu. Orxan Əsgərov (ölümündən sonra) və Mahir İmanov isə "Vətən uğrunda" medalına layiq görüldülər.

Qeyd edək ki, səfirliyimizə qarşı xain hücum dünya ölkələrinin və beynəlxalq təşkilatların rəsmiləri, xarici işlər nazirləri, səfirlər, XİN təmsilçiləri, siyasətçilər və jurnalistlər tərəfindən qətiyyətlə pislənmiş və qəbuledilməz hesab olunmuşdu. Bəyanat, açıqlama və paylaşımlarda terror hadisəsinin tam araşdırılması və təqsirkarların cəzalandırılması tələbi ifadə edilmişdi. Əlbəttə ki, Azərbaycan dövlətinin tələbi terror hadisəsinin obyektiv şəkildə araşdırılması, terrorçunun və təşkilatçıların layiqli cəza alması idi. 

Aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev bu hadisə ilə bağlı fikirlərini bildirərək qeyd etmişdi ki, iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən və arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır: "Təkcə bu terror hadisəsini törədən şəxs deyil, onun arxasında dayananlar, onu Azərbaycan səfirliyinə göndərənlər də məsuliyyətə cəlb olunacaq. Bununla yanaşı, yeni administrasiya ilə bizim işgüzar əlaqələrimiz var, onlardan gözləntimiz bu məsələni həll etməkdir. Biz orada siyasi sistemin mürəkkəbliyini, icra hakimiyyətinin məhdud imkanlarını anlayırıq. Biz bunları bilirik, ancaq iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır".


Şəhidimizin qanı yerdə qalmadı


Ümumiyyətlə, bu məsələ ilə əlaqədar Azərbaycan Prezidenti ilk gündən prinsipial mövqe ortaya qoydu, hadisənin obyektiv şəkildə araşdırılmasını və hüquqi qiymətləndirilməsini tələb etdi. Sonda dövlətimiz öz haqlı istəyinə çatdı. İran KİV-nin yaydığı məlumata əsasən, dünən səhər saatlarında respublikamızın Tehrandakı səfirliyinə hücum edən şəxs İran qanunlarına əsasən edam edilib. 

İranda Azərbaycan səfirliyinə qarşı terror törətmiş cinayətkarla bağlı məhkəmə qərarının icra edilməsi Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin ədalətin bərpa olunması üçün nümayiş etdirdiyi qəti və prnsipial mövqeyin nəticəsidir. Bütün bunların fonunda öz təsdiqini tapan başqa bir həqiqət isə ondan ibarətdir ki, Azərbaycan Prezidenti hər zaman öz vətəndaşının yanındadır. Harada olmasından və yaşamasından  asılı olmayaraq, dövlətimiz hər zaman vətəndaşlarının arxasındadır.

Bu terror hadisəsinin hüquqi müstəvidə öz qiymətini alması Azərbaycan-İran münasibətləri baxımından da mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfərindən sonra Bakı ilə Tehran arasında münasibətlərdə pozitiv dinamika müşahidə olunur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İrandan cəlb olunan heyətin iştirakı ilə keçirilən "Araz-2025" birgə təlimi də bu dinamikanın göstəricisidir. Əlbəttə, bu dinamikanın qorunub saxlanılması iki dövlət arasındakı münasibətlərin daha da inkişafı baxımından olduqca vacibdir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!