Ədalət qlobal hüquq müstəvisində təmin olunmalıdır
Azərbaycan mina terroru ilə bağlı Ermənistan tərəfindən dərhal lazımi addımlar atılmasını Beynəlxalq Ədalət Məhkəməsindən tələb edib
Xəbər verildiyi kimi, Azərbaycan Ermənistanın soydaşlarımızın insan hüquqlarını məqsədyönlü şəkildə pozmasına cavab olaraq, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) müraciət edib.
Müraciətdə xüsusilə Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina tələlər yerləşdirməkdə davam etdiyinə dair yeni sübutlar, Ermənistanın qanunsuz işğalı nəticəsində azərbaycanlıların 30 il əvvəl qovulduğu mülki yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilməklə məcburi köçkün ailələrinin və icmaların öz evlərinə qayıtmasına maneçilik törətməsi, üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirməsi və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan minaların, digər silahların daşınması məqsədilə açıq şəkildə istifadə etməsinə dair sübutlar yer alıb.
Daha sonra Azərbaycan əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib. Sənəd otuzillik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır. Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə qətlə yetirilmiş, didərgin salınmış və zərər çəkmiş azərbaycanlılar haqqında, ermənilərin qəsbkarlığı və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin qeyri-qanuni işğalı ilə bağlı məlumatları özündə ehtiva edir.
BMT-nin ali ədliyyə orqanı olan BƏM-ə edilən müraciətlər, təqdim olunan, faktlara əsaslanan sənədlər cavabsız qalmadı. Əvvəlcə Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr keçirildi. Haaqadakı Sülh Sarayında baş tutan dinləmələrdə Azərbaycan tərəfi Ermənistanın Qarabağda qeyri-qanuni iqtisadi fəaliyyəti, Azərbaycan ekologiyasına vurduğu ziyan, eyni zamanda Laçın yolunda hər hansı blokadanın olmadığını bəyan etdi.
Yanvarın 31-də isə məhkəmə işi üzrə əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə Azərbaycanın sorğusu üzrə açıq dinləmələr baş tutdu. Azərbaycan burada da öz haqqını, beynəlxalq müstəvidə pozulmuş hüquqlarını tələb etdi və bütün məsələləri faktlarla irəli sürdü. Belə ki, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan yaratmaq məqsədilə Laçın və Kəlbəcər rayonlarının və əvvəllər işğal olunmuş digər rayonların ərazilərində minaların, mina tələlərinin və digər partlayıcı qurğuların yeri, miqdarı, növü və xüsusiyyətləri barədə məlumat verməsi üçün Ermənistan tərəfindən dərhal bütün lazımi addımlar atılması BƏM-dən sorğu edildi. Azərbaycan həmçinin Laçın yolundan istifadə etmək də daxil olmaqla, azərbaycanlı mülki vətəndaşların qayıdacaqları ərazilərdə mina və mina tələləri basdırmaq, onlara sponsorluq etmək və ya onların yerləşdirilməsini dəstəkləmək üçün hər hansı növbəti səyləri dərhal dayandırması və bundan imtina etməsi ilə bağlı Ermənistana göstərişin verilməsini məhkəmədən xahiş etdi.
Xatırladaq ki, 2021-ci il dekabrın 7-də məhkəmə Azərbaycanın ilk sorğusunu təmin edərək, Ermənistana azərbaycanlılara qarşı yönəlmiş irqi nifrətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyi tapşırmışdı.
Azərbaycanın təqdimatının növbəti addımlarımız üçün böyük rolu olacaq
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Haaqada keçirilən dinləmələrlə bağlı bildirib ki, Azərbaycan tərəfinin istəyi ilə BƏM-də bir sıra məsələlərə baxılıb, müzakirələr aparılıb. O qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın minalanmış ərazilərinin xəritəsini hələ də təqdim etməməsi, 2020-ci ildən ötən zamanda təkidli tələblərimiz sayəsində təqdim edilən xəritənin qeyri-dəqiqliyi müzakirə mövzusu olub.
Deputat deyib ki, bu, Ermənistanın Azərbaycan xalqına qarşı terroru davam etdirməkdə israrlı olduğunu göstərir: "Bundan başqa, humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolu vasitəsilə Ermənistandan Xankəndiyə minaların gətirilməsi davam etdirilirdi. Bunu cənab Prezident də dəfələrlə müxtəlif platformalardan səsləndirib. Dövlət başçısı ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında da bildirdi ki, Laçın yolu bağlı deyil və xatırlatdı ki, ermənilər qeyri-mülki məqsədlər üçün o yoldan istifadə edərək 2021-ci il Ermənistan istehsalı olan minaları Azərbaycan ərazilərinə daşıyıblar. Bu isə yolverilməzdir.
Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan tərəfi məhkəmədə məhz bu məsələni xüsusi müzakirə predmetinə çevirməyi bacarıb. Bu, bizim böyük uğurumuzdur, diplomatik, beynəlxalq hüquq müstəvisində mövqelərimizin qəbul olunması, möhkəmlənməsi baxımından təsirli rola malikdir.
Deputat vurğulayıb ki, Ermənistan məhkəmə müzakirələri zamanı növbəti riyakarlığını göstərib. Onun sözlərinə görə, dünya ictimaiyyətinin çaşdırılması istiqamətində həmişə bu ölkənin tətbiq etdiyi yalan mexanizmlər müşahidə edilib. "Ermənistan tərəfi qeyd edir ki, Azərbaycan ərazilərində 120 min erməni blokada şəraitindədir, hətta onlar humanitar böhran vəziyyətindədirlər. Bunlar tam əsassız, həqiqətə uyğun olmayan iddialar idi ki, Azərbaycan tərəfi də mövqelərini arqumentləşdirdi. Beləliklə, Ermənistanın iddialarının əsassız olduğunu diqqətə çatdırdı", - deyə deputat əlavə edib.
Deputatın sözlərinə görə, Azərbaycan BƏM kimi mühüm bir platformada mövqeyini təqdim etməklə, informasiya xarakterli aksiya həyata keçirmiş oldu, bununla da mövqelərimizi beynəlxalq ictimaiyyətə bir daha təqdim etdi. Bu da ondan ibarətdir ki, Laçın yolu açıqdır və bu yol mülki məqsədlər üçün tam sərbəst istifadə olunmaqdadır. Azərbaycan ekofəalları mülki təyinatlı avtomobillərin, insanların yoldan istifadə etməsi üçün heç bir məhdudiyyət yaratmırlar. Ümumiyyətlə, etirazçıların məqsədi məhdudiyyət yaratmaq deyil. Bu məsələdə gənclərin kifayət qədər açıq tələbləri var. Bu, ermənilərin Azərbaycan ekologiyasına qarşı törətməkdə olduğu terrorun qarşısınn alınması, faydalı qazıntılarımızın qeyri-qanuni istismarının dayandırılmasıdır.
Deputat qeyd edib ki, Ermənistan növbəti dəfə yanlış məlumatlar təqdim etsə də, Azərbaycan tərəfi onların uydurmalarını zərərsizləşdirib: "Bu da önəmli haldır. Azərbaycanın mövqelərinin kifayət qədər güclü olduğu bir məqamda BƏM-də qalib gəlməyimiz bizə əlavə təsir elementləri təqdim edir, mövqelərimizi daha da möhkəmləndirir. Bunun sonrakı haqlı addımlarımız üçün təsirli rolu olacaq".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb
02 Aprel
Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib
02 Aprel
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb ...
02 Aprel
Azərbaycan-Çin münasibətləri tarixi İpək Yolu üzərində ənənəvi dostluq nümunəsidir ...
02 Aprel
Laçın-Xankəndi yolu: Ekoaksiya 112 gündür davam edir
02 Aprel
Türkiyənin Kastamonu şəhərində zəlzələ baş verib
02 Aprel
Səfir: Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli və daxili işlərinə qarışma...
02 Aprel
Laçın-Xankəndi yolu: Bu gün ekoaksiya ərazisindən 92 avtomobil sərbəst keçib
02 Aprel
Lələtəpə qələbəsi Böyük Zəfərin ilk müjdəsi idi
02 Aprel
Qərbi Azərbaycandan olan soydaşlarımız da əzəli torpaqlarına qayıdacaqlar
02 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
“Dəmir yumruq" Laçın yolunu tam nəzarətə götürdü31 Mart 2023

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması...28 Mart 2023

Türk dünyası daha böyük coğrafiyanı əhatə edir19 Mart 2023

Qardaşlığın Ankara Zirvəsi18 Mart 2023

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

ÇOX OXUNANLAR
Dövlət kapital qoyuluşunda daha fəaldır01 Aprel 2023

Zəfərin yaratdığı yeni idarəetmə modeli30 Mart 2023

Qalibin məğlublara yeganə şərti28 Mart 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olubla...18 Mart 2023

Tarixin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsidir17 Mart 2023

Avropanın ümid yeri Azərbaycandır15 Mart 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!