08 İyul 2025 08:25
429
SİYASƏT
A- A+
ECO-dan Azərbaycana dəstək

ECO-dan Azərbaycana dəstək


Qərbi azərbaycanlıların qayıdış hüququ Xankəndi Kommünikesində əksini tapıb


Xalqımızın növbəti milli hədəfi 37 il əvvəl erməni şovinistləri tərəfindən yurd-yuvasından zorla qovulan yüz minlərlə soydaşımızın tarixi torpaqlarına - indiki Ermənistan ərazisinə sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qaytarılmasının təmin olunmasıdır. Buna görədir ki, soydaşlarımıza qarşı törədilən etnik təmizləmənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması dövlətimiz tərəfindən qarşıya əsas vəzifələrdən biri kimi qoyulub. Rəsmi Bakı qətiyyətlə bəyan edib ki, Qərbi Azərbaycana qayıdış həyata keçirilməyənə qədər bu məsələ beynəlxalq gündəlikdən düşməyəcək. 

İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev bir daha bu mötəbər tribunadan diqqətə çatdırdı ki, Ermənistandan deportasiya olunmuş qərbi azərbaycanlıların hüquqlarının təmin olunması böyük əhəmiyyət kəsb edir: "Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək".


Bu məsələ prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəliyə gətirilir 


3-4 iyul tarixlərdə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yekunu olaraq Sədrin Xülasəsi olan Xankəndi Kommünikesi qəbul olunub.

Tarixi Zirvə görüşündə qəbul edilən Xankəndi Kommünikesində həm də Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququnun bir daha təsdiqlənməsinin əks olunması mühüm əhəmiyyət kəsb edir. 

Bununla bağlı Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir ki, sözügedən mötəbər tədbirdə Qərbi Azərbaycan məsələsinin qaldırılması soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdışına beynəlxalq dəstəyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir: "Qərbi Azərbaycan İcması qayıdış məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəliyə gətirməsinə və bu məsələyə beynəlxalq aləmin birmənalı dəstəyini təmin etməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edir".

Vurğulayaq ki, qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi istiqamətində bu günə qədər dövlətimiz tərəfindən vacib addımlar atılıb. 

Qərbi Azərbaycan İcmasının yeni Nizamnaməsi təsdiq olunub, Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların geriyə qayıtmasının təmin edilməsi ilə bağlı Qayıdış Konsepsiyası hazırlanıb. Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün Qərbi Azərbaycan İcmasının həyata keçirəcəyi fəaliyyətin məqsədlərini, prinsipləri, hazırlıq və icra tədbirləri üçün yol xəritəsini müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Qərbi Azərbaycana qayıdış istiqaməti üzrə qeyri-hökumət təşkilatları (QHT) da fəallıq nümayiş etdirirlər. Hesabat dövründə Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə - BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bu mövzuda məsələlər qaldırıb, ictimai diskussiyalar açıb, yan tədbirlər təşkil etməyə nail olublar. Ümumilikdə bu tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə edib. 

Qafqaz Müsəlmanları İdarəsi də İrəvan Qazılığının bərpa edilməsi barədə qərar verib.


Soydaşlarımız milli kimliklərinə görə etnik təmizləməyə məruz qalıblar


Bu il iyunun 21-22-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının  Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının yekununda bir sıra qərarlarla yanaşı, ilk dəfə olaraq Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul olundu. ECO çərçivəsində ilk dəfə olaraq qəbul olunan "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnamədə ECO-ya üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur, habelə Ermənistan tərəfindən sözügedən icmanın hüquqlarının inkar olunması qınanılır. Mühüm əhəmiyyətə malik qətnamənin qəbul olunması qərbi azərbaycanlı soydaşlarımızın qayıdış hüququna beynəlxalq dəstəyi bir daha ifadə etdi. 

ECO Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının İstanbul Bəyannaməsində indiki Ermənistan ərazilərindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnun mövcudluğu təsdiqlənir və Ermənistan tərəfinin Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

Bu günə qədər də Ermənistan tərəfi qərbi azərbaycanlıların qayıdışı məsələsi ətrafında manipulyasiyalar edərək guya bunu Azərbaycanın ərazi iddiası kimi təqdim edir. İrəvan erməni şovinizmini ört-basdır etmək üçün həqiqəti beynəlxalq ictimaiyyətə təhrif olunmuş şəkildə çatdıraraq çaşqınlıq yaratmaq istəyir. Ancaq yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindən milli kimliklərinə görə etnik təmizləməyə məruz qalmaları tarixi faktdır və bununla bağlı arxivlərdə dəlil və sübutlar kifayət qədərdir. Ən önəmlisi isə odur ki, çox da uzaq tarixdə yox, cəmi 37 il əvvəl Ermənistan tərəfindən törədilən bu cinayət əməllərinin yüz minlərlə şahidi var, onlar ürəkləri onilliklərdir torpaq həsrəti ilə döyünən qərbi azərbaycanlılardır. Qaçqınlıq həyatına məhkum olan bu insanlar böyük ümid və inamla dədə-baba yurdlarına qayıdacaqları günləri gözləyirlər.

O günlərin uzaqda olmadığı da gerçəklikdir. Çünki qaçqın soydaşlarımızın hüquqlarının bərpası beynəlxalq platformalarda da müzakirə mövzusuna çevrilib. ECO-nun 17-ci Zirvə görüşündə qəbul edilən Xankəndi Kommünikesində bu məsələnin əksini tapması da göstərir ki, artıq qərbi azərbaycanlıların qayıdışı beynəlxalq səviyyədə də aktuallıq kəsb edir. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

T.Ə.Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

03:28
09 Dekabr

Azercell abunəçilərinin nəzərinə

03:25
09 Dekabr

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!