12 İyul 2025 08:30
660
İQTİSADİYYAT
A- A+
Əcnəbi səyahətçilərin Qarabağ səfəri

Əcnəbi səyahətçilərin Qarabağ səfəri


Sükutda "danışan" faciələr nədən soraq verir


Tarix bəzən insanlığa ağrılı izlər buraxır. Müharibələr, soyqırımları, təbii fəlakətlər və faciələr illər keçsə də, yaddaşlardan silinmir. Bu acı hadisələrin baş verdiyi yerləri ziyarət etmək, keçmişlə üz-üzə gəlmək və dərs çıxarmaq üçün həmin ərazilərə səfərlər edilir. 

Bəs insanlar niyə ölüm, faciə və iztirabla bağlı yerləri ziyarət etməyə can atırlar? Bu qəribə səfərlərin arxasında sadəcə maraq dayanır, yoxsa daha dərin mənalar var?

Sualların cavabını verməmişdən əvvəl "qara turizm"in nə olduğuna aydınlıq gətirək. "Qara turizm" (ingiliscə "dark tourism" və ya "black tourism" ) tarixi faciələr, kütləvi ölüm halları, müharibələr, soyqırımları, təbii fəlakətlər və ya digər travmatik hadisələrlə əlaqəli yerlərə maraq göstərən turistlərin həmin məkanlara səfər etməsidir. Polşadakı  "Auschwitz" Holokost zamanı nasistlər tərəfindən yaradılmış ölüm düşərgəsidir. Qırmızı kxmerlərin milyonlarla insanı öldürdüyü "Killing fields" hadisələri Kambocada baş  verib. İkinci Dünya müharibəsində atom bombası ilə məhv edilmiş Xirosima və Naqasaki Yaponiyanın yaralı şəhərləridir. 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə" terror  təşkilatının Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinə hücumundan sonra minlərlə insanın həyatını itirdiyi və "Ground Zero" adlandırılan binanın dağıntı yeri hər il minlərlə turistin ziyarət etdiyi məkandır. Bu sadalananlar "qara turizm"in nümunələridir. 

Bu baxımdan "qara turizm" yalnız maraq məqsədi ilə deyil, həm də maarifləndirmə, keçmiş faciələri anma və tarixi yaddaşın qorunması kimi məqsədlərə xidmət edir. Məlumat üçün bildirək ki, bu termin ilk dəfə 1996-cı ildə Böyük Britaniyadan olan tədqiqatçılar John Lennon və Malcolm Foley tərəfindən elmi dövriyyəyə daxil olub. Onlar bu termindən faciəli hadisələrin baş verdiyi yerlərə insanların artan marağını izah etmək üçün istifadə ediblər. Bu tip turizm insanlara tarixdə baş vermiş faciələr haqqında məlumat verir və onları dərindən düşündürür. 

Təəssüf ki, "qara turizm" son onilliklərdə müharibə və işğal acısı yaşamış Azərbaycan üçün də aktuallaşmaqdadır. Ölkəmizin "qara turizm" məkanları əsasən 1990-cı ilin 20 Yanvar faciəsi, 1992-ci ildə baş vermiş  Xocalı soyqırımı və 44 günlük Vətən müharibəsi  gedən Qarabağla bağlıdır. 1990-cı illərdən 2020-ci iləcən  Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilmiş təcavüz nəticəsində bir çox yaşayış məntəqəsi dağıdılmış, mədəni irs məhv edilmiş və minlərlə insan həyatını itirmişdir. Bu acı tarix həm milli yaddaşa çevrilmiş, həm də gələcək nəsillərə ötürüləcək ibrətamiz nümunələr yaratmışdır. 

1992-ci ilin fevralında baş vermiş Xocalı faciəsi Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. 600-dən çox mülki şəxsin, o cümlədən qoca, qadın və uşaqların amansızlıqla qətlə yetirildiyi Xocalı soyqırımı bu gün memorial komplekslər və abidələrlə xatırlanır. Beynəlxalq mediada "Qafqazın Xirosiması" adlandırılan Ağdam şəhəri 30 ilə yaxın erməni işğalı altında qalmış və tamamilə dağıdılmışdır. İşğal zamanı şəhər viranəyə çevrilmiş, bir çox tarixi abidə və qəbiristanlıqlar təhqir olunmuşdur. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra Ağdamda aparılan bərpa-quruculuq işləri ilə yanaşı, şəhərin keçmişindən bəhs edən faktlar da "qara turizm"in bir hissəsi kimi təqdim edilir. 

Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhəri də işğal dövründə bir çox tarixi və dini abidənin dağıdılması ilə yadda qalmışdır. Hazırda bu abidələr bərpa olunsa da, şəhərdə işğalın izlərini əks etdirən yerlər qorunur. Şuşa təkcə mədəni irsin yox edilməsi ilə deyil, həm də 2020-ci ildə əldə edilən zəfərin simvolu kimi "qara turizm" baxımından dəyərlidir.

Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur son dövrlər "qara turizm"in yeni və fərqli istiqamətlərindən biri kimi çox diqqət çəkir. Keçmişin izlərini öz gözləri ilə görmək, tarixlə üz-üzə gəlmək və baş verənləri yerində hiss etmək istəyən turistlər bu yerləri ziyarət edərək faciələrin şahidinə çevrilirlər. Artıq beynəlxalq səyyahlar da işğaldan azad olunmuş ərazilərə maraq göstərirlər. Bu mənada dünyaşöhrətli Beynəlxalq Səyahətçilər Klubunun (Most Traveled People) 30 nəfərlik heyətinin Qarabağ və Şərqi Zəngəzura sonuncu  səfəri xüsusi əhəmiyyət kəsb edir. 

Səfər Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə həyata keçirilib. 15 ölkədən olan səyyahların daxil olduğu  30 nəfərlik turist qrupunun səfəri  azad edilmiş ərazilərin "qara turizm" çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaratdı. Səfər çərçivəsində nümayəndə heyəti Xocalı soyqırımının nəticələrini, Ağdamın dağıntılarını, Füzuli, Cəbrayıl, Zəngilan və işğaldan azad olunmuş digər ərazilərdəki viranə kənd, şəhər və dağıdılmış tarixi abidələri ziyarət etdikdən sonra Şuşaya gediblər. Burada bərpa prosesi aparılan tarixi yerləri və erməni vandalizminin izlərini yerində görüblər. 

Səyyahlar səfərboyu Qarabağda gedən genişmiqyaslı bərpa işlərinə də maraq göstərib və bu prosesin həm tarixin qorunması, həm də turizmin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Beynəlxalq Səyyahlar Klubunun təsisçisi Çarlz Villi deyib ki, o, ABŞ-nin Kaliforniya ştatından gəlib: "Qarabağın işğaldan azad olunduğu vaxtdan bəri artıq dörd ildir ki, bu regiona səfər edirəm. Hər səfərimdə Qarabağda, eləcə də Şərqi Zəngəzurda aparılan quruculuq prosesinə şahidlik edirəm. Qısa müddətdə bu ərazilərdə üç hava limanının inşası, yeni infrastrukturun yaradılması çox möhtəşəm və heyranedicidir". Qeyd edək ki, beynəlxalq səyyahlar son 4 ildə dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.

Nəticə etibarilə "qara turizm" yalnız faciələri göstərmək üçün deyil, həm də sülhə çağırış etmək, tarixdən dərs almaq və xalqlar arasında anlayışı artırmaq məqsədi daşıyır. Bu həm də insanların keçmişin səhvlərini unutmaması, tarixdən dərs alması və gələcəkdə daha humanist bir cəmiyyət qurmaq arzusu ilə bağlıdır. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!