29 Iyul 2024 16:11
199
DÜNYA
A- A+

Dünyadakı enerjinin 35 faizini bərpa olunan enerji mənbələri təşkil edəcək

 

Beynəlxalq Energetika Agentliyinin mütəxəssislərinin sözlərinə görə, 2025-ci ildə dünya üzrə bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin həcmi kömür elektrik stansiyalarının istehsal etdikləri enerjinin həcmini geridə qoyacaq. Bu fikir gələn il Günəş enerjisinə tələbatın 4 faiz yüksələcəyi ilə bağlı proqnoza əsaslanır. Məlumata əsasən, qlobal iqtisadi böhrandan və COVID-19 pandemiyasından sonrakı iqtisadi vəziyyətin bərpası dövrünün nəzərə alınmadığı halda bu, 2007-ci ildən indiyənə kimi günəş enerjisinə tələbatın ən böyük yüksəlişi olacaq.

Proqnozlara görə, 2025-ci ildə hidrotermal elektrik, külək, Günəş enerjiləri və digər bərpa olunan enerji mənbələri dünyadakı enerjinin 35 faizini təşkil edəcəklər. Mütəxəssislər bərpa olunan enerji mənbələrinə tələbatın artması ilə bağlı proqnozlarında Hindistan və Çin kimi ölkələri yüksək qiymətləndirirlər. Bərpa olunan enerji mənbələri vasitəsilə əldə edilən elektrik enerjisinə tələbat Hindistanda 8, Çində 6, ABŞ-də isə 3 faiz yüksələcək. Bu, qismən süni zəka texnologiyalarının aktiv inkişafları və məlumatların emalı mərkəzlərinin say artımı ilə bağlıdır.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video