19 Oktyabr 2024 09:35
141
DÜNYA
A- A+
Dünyada 1,1 milyard insan yoxsulluq içində yaşayır

Dünyada 1,1 milyard insan yoxsulluq içində yaşayır


Müharibə şəraitində olan ölkələr yoxsulluğun bütün aspektləri üzrə ən yüksək göstəricilərə malikdirlər


Dünyada 1,1 milyard insan həddindən artıq yoxsulluq şəraitində yaşayır. Onların demək olar ki, yarısı - 455 milyon nəfəri münaqişələrin olduğu və ya qeyri-sabitliyin hökm sürdüyü ölkələrdədir. Bu barədə BMT-nin 17 oktyabr - Yoxsulluğun Aradan Qaldırılması Beynəlxalq Günü ilə bağlı dərc edilmiş hesabatında məlumat verilir. 

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Oksford Universiteti 6,3 milyard insanın yaşadığı 112 ölkə ilə bağlı son on illik statistikanı təhlil edib və 20 ölkədə əlavə sorğu keçirib. İşin nəticələrinə əsasən çoxölçülü və ya ifrat yoxsulluğun qlobal indeksi üzrə yenilənmiş hesabat hazırlanıb.

Eyni zamanda hesabatın müəllifləri münaqişələrin təsirinə məruz qalan ölkələrdə məlumatların toplanmasının problemli olduğunu vurğulayıblar. Mövcud sübutlar yoxsulluğun və münaqişənin bir-biri ilə əlaqəli olduğunu göstərir.

Məsələn, müharibə şəraitində olan ölkələrdə orta hesabla əhalinin 34,8 faizi yoxsulluq şəraitində yaşadığı halda, münaqişələrin olmadığı ölkələrdə əhalinin yalnız 10,9 faizi yoxsuldur. UNDP-nin rəhbəri Axim Ştayner bildirib ki, son illərdə münaqişələr intensivləşib və bu, milyonlarla insanı evlərindən didərgin salıb, həyatlarını məhvə sürükləyib, onları dolanışıqdan məhrum edib.

Müharibə şəraitində olan ölkələr çoxölçülü yoxsulluğun bütün aspektləri arasında ən yüksək göstəricilərə malikdirlər və bu, münaqişənin həssas təbəqəyə dağıdıcı təsirini göstərir. Məsələn, münaqişədən təsirlənən ölkələrdə yoxsulların 25 faizindən çoxu elektrik enerjisindən məhrumdur, daha sabit regionlarda isə bu göstərici 5 faizdir. Oxşar fərqlər uşaq ölümü, qidalanmaya çıxış və uşaqların təhsili kimi sahələrdə də müşahidə olunur.

Münaqişədən ən çox təsirlənən ölkələrdə yoxsulluğun azaldılması da ləng gedir. Hesabatda xüsusilə Əfqanıstanın təlatümlü dövründə yoxsulların sayının 2015-2023-cü illər arasında 5,3 milyon artdığı qeyd olunur.

Açıqlanan məlumatlara görə, yoxsulların yarıdan çoxu 18 yaşınadək uşaqlardır. Qlobal miqyasda uşaqların 27,9 faizi, böyüklərin isə 13,5 faizi yoxsulluq içində yaşayır.

Eyni zamanda 828 milyon yoxsul insanın lazımi sanitar şəraiti, 886 milyon insanın isə mənzil şəraiti yoxdur. 

BMT-nin məlumatına görə, 76 ölkə isə ən azı bir müddət ərzində yoxsulluğu azalda bilib. Yalnız doqquz ölkədə (Benin, Kamboca, Komor adaları, Esvatini Krallığı, Keniya, Mozambik, Filippin, Tanzaniya və Trinidad və Tobaqo) yoxsulluğun əhəmiyyətli dərəcədə azalması müşahidə edilmişdir.

Çoxölçülü yoxsulluq təkcə vəsait çatışmazlığına deyil, həm də müəyyən xidmətlərə çıxışın olmamasına aiddir.


Rizvan CƏFƏROV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır

15:23
19 Oktyabr

Mingəçevir də yaşıllaşır  

14:47
19 Oktyabr

Çinin hədəfi NASA-ya rəqib olmaqdır

14:41
19 Oktyabr

Qaraciyər toxumasını inkişaf etdirən cihaz kəşf edilib

14:37
19 Oktyabr

Uçan avtomobil təqdim edilib

14:26
19 Oktyabr

“Netflix” satışlarını 9,8 milyarda çatdırdı

14:12
19 Oktyabr

Tokioda hakim partiyanın qərargahına 5 ədəd “Molotov kokteyli” atılıb

14:01
19 Oktyabr

Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər  

13:49
19 Oktyabr

Şirvanda ağacəkmə aksiyasına start verilib

13:39
19 Oktyabr

Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə tədbir keçirilib

13:30
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.  

13:11
19 Oktyabr

Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 10 min ağac əkiləcək

13:09
19 Oktyabr

Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

13:01
19 Oktyabr

Astarada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  ağacəkmə aksiyası davam edir  

12:53
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər aparılır

12:27
19 Oktyabr

“Qarabağ”dan yeni rekord

12:26
19 Oktyabr

Lənkəranda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 2000 ağac əkildi

12:25
19 Oktyabr

Azərbaycan və Çad Kamandan Oxatma federasiyaları arasında əməkdaşlıq müzakirə olunub

12:24
19 Oktyabr

Cəlilabad daha da yaşıllaşdı

12:23
19 Oktyabr

Türkiyədə dövlətə xəyanət və casusluqla bağlı cəzalar sərtləşdirilir

12:23
19 Oktyabr

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

12:09
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!