19 Sentyabr 2023 23:09
265
SİYASƏT
A- A+
Dünya mediası Azərbaycanın Qarabağ bölgəsində başladığı antiterror tədbirlərindən yazmaqda davam edir

Dünya mediası Azərbaycanın Qarabağ bölgəsində başladığı antiterror tədbirlərindən yazmaqda davam edir

 

Dünyanın müxtəlif ölkələrinin tanınmış KİV-ləri Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı xəbərlər yayımlayıb.

AZƏRTAC xəbər verir ki, məqalələrdə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi olduğu bildirilib.

“Daily Pakistan” nəşrində yayımlanan xəbərdə Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirləri həyata keçirməyə başladığı qeyd olunub, Azərbaycanın dövlət qurumlarının, o cümlədən Müdafiə Nazirliyinin antiterror tədbirləri ilə bağlı məlumatları diqqətə çatdırılıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında lokal xarakterli antiterror tədbirləri çərçivəsində yalnız legitim hərbi obyektlərin və hərbi infrastrukturun yüksək dəqiqlikli silahlarla hədəfə alındığının və sıradan çıxarıldığının bildirildiyi vurğulanıb.

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən atəş vasitələrinin yaşayış yerlərinin yaxınlığında yerləşdirilməsini nəzərə alaraq, ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa dair çağırış etdiyi də qeyd olunub.

Xəbərdə bildirilib ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra üçtərəfli Bəyanat imzalansa da, Ermənistan həmin dövrdən sonra dəfələrlə atəşkəs rejimini pozub. Həmçinin qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin və Qarabağdakı separatçıların Azərbaycanın həmin ərazilərdə inşa etdiyi yolda və tuneldə basdırdığı minaların partlaması nəticəsində mülki şəxslər və polis əməkdaşları həlak olublar.

ABŞ-ın CNBC televiziyasının elektron versiyasında yayımlanan məqalədə də Azərbaycanın Qarabağ bölgəsində konstitusiya quruluşunu bərpa etmək və Ermənistan silahlı qüvvələrinin birləşmələrini ərazidən çıxarmaq üçün antiterror tədbirlərinə başladığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın Müdafiə Nazirliyi yaydığı bəyanatda lokal xarakterli tədbirlərin məqsədinin Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi olduğu bildirilib. Qeyd edilib ki, Azərbaycan mülki şəxslərin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

Almaniyanın “Süddeutsche Zeitung” qəzetində yayımlanan məqalədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatlarına istinad edilib. Bildirilir ki, Azərbaycan bölgədə konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirir. Antiterror tədbirlərinin məqsədi 2020-ci ildə baş vermiş sonuncu müharibədən sonra əldə edilmiş atəşkəs razılaşmasına əsasən, erməni hərbi birləşmələrinin bölgədən çıxarılmasını təmin etməkdir.

Alman Radiosunun saytında yerləşdirilən məqalədə qeyd edilib ki, antiterror tədbirlərinin məqsədi Ermənistan silahlı qüvvələrinin Qarabağdakı birləşmələrinin tərk-silah edilməsi, onların bölgədən tamamilə çıxarılmasıdır. Həmçinin Azərbaycan tərəfindən Qarabağın erməni əhalisinin təhlükəsiz əraziyə təxliyəsi üçün humanitar dəhlizlərin və məntəqələrin yaradıldığı qeyd olunub.

Məqalədə Azərbaycanın işğaldan azad edilən ərazilərdə mina partlayışı nəticəsində dörd polis əməkdaşının və iki mülki şəxsin həlak olmasına görə Ermənistan silahlı qüvvələrinin birləşmələrini və Qarabağdakı terrorçuları ittiham etdiyi bildirilib.

Böyük Britaniyanın “The National News” nəşrində yayımlanan xəbərdə Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edilərək, antiterror tədbirlərinin əsas məqsədinin Ermənistan silahlı qüvvələrinin Qarabağdakı birləşmələrinin tərk-silah edilməsi, onların bölgədən tamamilə çıxarılması olduğu vurğulanıb.

“Telegraph” qəzetində yayımlanan məqalədə bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi yaydığı məlumatda mülki əhali və mülki infrastruktur obyektlərinin hədəfə alınmadığını, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflərin sıradan çıxarıldığını bəyan edib. Xəbərdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasına da yer verilib. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin nümayəndələri ilə Yevlax şəhərində görüşə hazır olduğu diqqətə çatdırılıb. Həmin açıqlamada “Antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır”, - tələbi xüsusi vurğulanıb.

Rusiya mətbuatı da Azərbaycan Ordusunun antiterror tədbirlərinə geniş yer ayırıb. “Moskovskiy Komsomolets” qəzetində dərc olunan məqalədə bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi lokal xarakterli tədbirlərin Qarabağda sülhün bərqərar olunması və Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması məqsədilə aparıldığını bəyan edib.

“İzvestiya”, “Forbes.ru” nəşrlərində yerləşdirilən yazılarda isə Azərbaycan Ordusunun yalnız Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərinə və hərbi obyektlərinə zərbələr endirdiyi, mülki əhalinin və obyektlərin hədəfə alınmadığı vurğulanıb.

“Kommersant” və “RBK”nın yaydığı xəbərlərdə Azərbaycanın antiterror tədbirlərinə başlamasının Ermənistan tərəfindən Azərbaycan ərazilərinin mütəmadi atəşə tutulması və ərazilərin yenidən minalanması ilə əlaqələndirildiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan Ermənistan ordusunun Qarabağdakı qanunsuz hərbi birləşmələrini tərk-silah etmək, azad edilmiş ərazilərə qayıtmış dinc əhalinin təhlükəsizliyini təmin etmək niyyətindədir.

İspaniyanın “EFE”, “Rtve”, “Notimerica”, “Infobae”, İtaliyanın “Libero Quotidiano” portallarında yayımlanan informasiyalarda Azərbaycan Müdafiə Nazirliyinin altı nəfərin, o cümlədən dörd polis əməkdaşının terror aktları nəticəsində həlak olmasından sonra antiterror tədbirləri həyata keçirdiyi qeyd edilib. Xəbərdə Azərbaycan Prezidenti Administrasiyasının erməni silahlı dəstələrinin ağ bayraq qaldırmayana, bütün silahları təhvil verməyənə və qanunsuz rejim özünü buraxmayana qədər antiterror tədbirlərinin davam etdiriləcəyi bildirilib. Yazılarda, həmçinin Azərbaycanın Qarabağın erməni əhalisi ilə danışıqlara hazır olduğu da qeyd edilib. Məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinin mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlər yaratdığı da xüsusi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!