02 Noyabr 2022 03:59
821
İQTİSADİYYAT
A- A+
Dron fermerin əlində kənd təsərrüfatı alətidir

Dron fermerin əlində kənd təsərrüfatı alətidir

 

Bu gün aqrar sektor elmin son nailiyyətlərindən istifadə etməyə məhkumdur 

 

Müasir dünyada baş verən bütün hadisələr və proseslər həm də aqrar sektora qənim kəsilib. Qlobal iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, münaqişələr, məlum səbəblərdən yaranan bahalaşma ilk növbədə aqrar sektora ağır zərbələr endirir. 
Dünya üzrə kənd yerlərində yoxsulların və aclıqdan əziyyət çəkənlərin sayı ildən-ilə artmaqdadır. Görünür ki, qlobal birlik 2030-cu ilə qədər aclığı sıfıra endirməkdə aciz qaldığını etiraf etmək məcburiyyətində qalacaq. Bu səbəbdən də günümüzün sərt tələbləri bizi aqrar sektora elmi axtarışların son nəticələrini, yeni texnologiya və innovasiyaları daha sürətlə tətbiq etməyə vadar edir. 
Elmi nailiyyətlər və yüksək texnologiyalar nə qədər mürəkkəb olsalar belə, yeni ərzaq sistemlərinin yaradılmasında, tətbiqində, məlumatların emal edilməsində və təhlilində öz müsbət rolunu oynamaqla yanaşı, məkan və müvəqqəti sinergiyaları - digər elmlərin tətbiqini və mübadilələri müəyyən etməkdə mühüm rol oynayır. Bu günlər Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilanda birinci mərhələsinin açılışında iştirak etdikləri "Dost Aqropark" "ağıllı kənd təsərrüfatı" kompleksi də faktiki olaraq müasir aqrar elminin son nailiyyətləri əsasında qurulan ultramüasir müəssisələrdən biridir. Yeri gəlmişkən qeyd edək ki, ikinci belə kompleksin Laçın rayonunda açılması nəzərdə tutulur. Zəngilandakı "Dost Aqropark" layihəsinin birinci mərhələsində isə inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilmişdir. Kompleksə 3500 baş cins qaramal gətirilmişdir. "Dost Aqropark"da istehsal edilib qablaşdırılan ət məhsulları paketlərinin üzərinə "Made in Qarabağ" etiketləri vurulacaq. 
"Dost Aqropark"ın ikinci və üçüncü mərhələləri üzrə işlərin də sürətlə aparılması nəzərdə tutulur. Layihənin bütün mərhələləri başa çatdırıldıqdan sonra 6 min hektar sahədə mal-qara üçün yem yetişdiriləcək və onun emalı üçün texniki sahələr yaradılacaq. Ümumiyyətlə, burada 10 min baş cins heyvan yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Kompleks həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. Diqqəti cəlb edən odur ki, Qarabağda istehsal olunan məhsulların "Made in Qarabağ" brendi ilə dünya bazarına çıxarılması üçün "Aqro Market" də qurulacaq. 
"Dost Aqropark" Türkiyə və Azərbaycan sərmayədarları tərəfindən Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Xatırladaq ki, layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulmuşdu. "Ağıllı kənd təsərrüfatı" texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı "Dost Aqropark" ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Layihə tam yekunlaşdıqda kompleksdə çalışanların sayı 500 nəfərə çatacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar sərmayə qoyulacaq. Kompleks Azərbaycanla yanaşı, Türkiyənin də ərzaq təhlükəsizliyinə mühüm töhfələr verəcək.
Bu gün dünyada hətta dronlar fermerlərin əlində ən çox istifadə olunan alətlərə çevrilməkdədir. Artıq fermer torpağın və əkinin vəziyyətinin analiz edilməsi üçün bir-iki məlumatla kifayətlənmir, xüsusi sensor kameralarla yüzlərlə məlumat toplaya bilir. Odur ki, "Dost Aqropark"da elmin geniş imkanlarının tətbiq edilməsi təsadüfi deyil. 

Bahadur İMANQULİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!