12 Fevral 2022 00:17
1026
İQTİSADİYYAT
A- A+
Dövlət Statistika Komitəsində qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib

Dövlət Statistika Komitəsində qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib

 

Dövlət statistika orqanlarının ötən ildəki fəaliyyəti və 2022-ci ildə qarşıda duran vəzifələrlə bağlı fevralın 11-də Dövlət Statistika Komitəsi aparatı şöbələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, şəhər və rayon statistika idarələrinin rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, iclasdan öncə “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdim olunma mərasimi keçirilib. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov dövlət qulluqçularını yüksək dövlət təltifi münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Təltif edilmiş şəxslərdən Cabbar Musayev və Hamlet Məmmədov söz alaraq fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına öz minnətdarlıqlarını bildirib, gələcəkdə də bu yüksək etimadın doğruldulması üçün bütün səy və bacarıqlarını əsirgəməyəcəklərini söyləyiblər.

Daha sonra Komitə sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2021-ci ildə bütün sahələrdə sistemli və ardıcıl xarakterli islahatların həyata keçirildiyini, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirildiyini, ölkəmizin dünyada artan nüfuzunun və inkişaf tempinin daha da gücləndiyini diqqətə çatdırıb.

Bildirib ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsində 2021-ci ildə iqtisadi artım 5,6 faiz təşkil edib, qeyri-neft sektoru 7,2 faiz, kənd təsərrüfatı 3,4 faiz, sənaye istehsalı 5,2 faiz, qeyri-neft sənaye məhsulu 18,9 faiz, nəqliyyat sektorunda yük daşınması 2,8 faiz, sərnişin daşınması 3,1 faiz, informasiya və rabitə xidmətləri 6,1 faiz, pərakəndə ticarət dövriyyəsi 3,2 faiz, ödənişli xidmətlərin həcmi 4,8 faiz artıb, əsas kapitala 16,1 milyard manat investisiya qoyulub.

Tahir Budaqov Prezident İlham Əliyevin milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq komitə tərəfindən həyata keçirilən islahatlar və qurumun 2021-ci ildəki fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, 2021-ci ildə də Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, milli statistika sisteminin inkişafı məsələlərini diqqət mərkəzində saxlayıb və öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdıraraq təsdiq edilmiş 2021-ci il üçün statistik işlər proqramı, metodoloji və məlumat istifadəçiləri ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları əsasında qurub, Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin yekunlarından, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindən, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli Sərəncamından, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən və digər dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəldib. “2018-2025-ci illərdə Azərbaycanda rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” üzrə 2021-ci ildə 4 tədbirin icrası tam başa çatdırılaraq ümumilikdə 28 iş yerinə yetirilib, Komitənin digər dövlət proqramları üzrə icraçı kimi çıxış etdiyi tədbirlərin icrası təmin edilib.

2021-ci ildə Dövlət Statistika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də metodoloji bazanın möhkəmləndirilməsi olub, BMT, Avrostat, BVF, İƏİT, BƏT və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla 51 metodoloji material hazırlanıb. Statistika məlumatlarının keyfiyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə statistik hesabat formalarının təkmilləşdirilməsi işi davam etdirilib.

Komitənin veb-səhifəsi (www.stat.gov.az) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq təkmilləşdirilib və yenilənib, məlumat bazaları əsas sosial-iqtisadi göstəricilər üzrə çoxsaylı cədvəlləri, təhlil və metodoloji materialları əhatə edib. 2021-ci ildə internet səhifəsindən 91,4 faizi ölkə ərazisindən, 8,6 faizi isə xarici ölkələrdən olmaqla hər gün orta hesabla 10 min 46 və ya 2020-ci illə müqayisədə 20 faiz çox istifadəçi bəhrələnib. Dövlət Statistika Komitəsi tərəfindən göstərilən elektron xidmətlərin “Elektron hökumət” portalı vasitəsilə təqdimatına dair vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədilə komitənin internet səhifəsinin “E-xidmətlər” bölməsində bu xidmətlər haqqında ətraflı məlumatlar yerləşdirilib, “Feysbuk”, “Yutub”, “Tviter” və “İnstaqram” sosial şəbəkələrində Dövlət Statistika Komitəsinin səhifəsinin aktiv fəaliyyəti təmin edilib. Görmə qüsuru olan şəxslərin də Dövlət Statistika Komitəsinin internet səhifəsindən istifadə etməsini təmin etmək məqsədilə “WCAG” (Web Content Accessibility Guidline) beynəlxalq standartına uyğun olaraq 2020-ci ildə yaradılmış “Görmə qüsurlu şəxslər üçün” adlı yeni səhifədə 2021-ci ildə “Elektron xidmətlər” bölməsi hazırlanıb, Koreya Statistika Komitəsi ilə birgə həyata keçirilmiş “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanmış “Azərbaycanın Statistik İnformasiya Xidməti - ASİS”in məlumat bazası təkmilləşdirilib, yeni bölmələr, o cümlədən “Mənim səhifəm” bölməsi, habelə yeni funksiyalar yaradılıb.

Statistika məlumatlarının toplanması, emalı və yayımlanmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, statistik informasiya sisteminin inkişaf etdirilməsi üçün bir sıra işlər görülüb, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün zəruri tədbirlər həyata keçirilib və nəticədə statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95 faizi ötüb, bununla da vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilib, eyni zamanda statistik məlumatların işlənməsi və təhlili imkanları yüksəlib.

Daha sonra 2021-ci ildə də statistika sistemində aparılmış sistemli islahatlar, hesabat intizamı, metodologiyaların hazırlanması, statistik vahidlər və istifadəçilərlə işlərin təşkili, inzibati məlumatlardan istifadə, statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında informasiya texnologiyalarının tətbiqi, məlumatların keyfiyyətinin artırılması istiqamətində statistika orqanları tərəfindən görülmüş əsas işlər barədə hesabat müzakirə edilib, əldə olunan nailiyyətlərlə, həmçinin yol verilmiş nöqsan və çatışmazlıqlarla bağlı Dövlət Statistika Komitəsi aparatının şöbə müdirlərinin və yerli statistika orqanlarının rəhbərlərinin çıxışları dinlənilib, müvafiq qərar qəbul edilib.

Sonda kollegiya iclasına yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün qurumun müvafiq strukturlarına konkret tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!