04 İyul 2025 17:44
425
CƏMİYYƏT
A- A+
Dövlət Komitəsində Qərbi Azərbaycanla bağlı kitabın təqdimatı olub  

Dövlət Komitəsində Qərbi Azərbaycanla bağlı kitabın təqdimatı olub  

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Qərbi Azərbaycan irisi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitə sədri Rövşən Rzayev tədbirdə çıxış edərək Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatların aparıldığını qeyd edib. Diqqətə çatdırıb ki, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı beynəlxalq hüquqazidd əməllər törədən və cəzasız qalan Ermənistan torpaqlarımızın bir hissəsini də 30 ildən çox işğal altında saxlamışdı. Dövlətimizin başçısının qətiyyətli və uzaqgörən siyasəti, şanlı Ordumuzun rəşadəti nəticəsində işğala son qoyulub, separatizmin kökü kəsilib. Beləliklə, məcburi köçkün həmvətənlərimizin öz doğma yurdlarına qayıdışına şərait yaranıb. Hazırda soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı məsələsi də regional və beynəlxalq platformalarda müzakirə olunur, bu istiqamətdə hərtərəfli iş aparılır.

Sonra Komitə sədrinin müavini Fuad Hüseynov, Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov, Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri Nizami Hüseynov, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev çıxış edərək, kitab haqqında müsbət fikirlər səsləndiriblər. Çıxışçılar, həmçinin azərbaycanlılara qarşı törədilmiş zorakılıqlara və amansız deportasiyaya, xalqımızın Qərbi Azərbaycanda tarixi-mədəni irsinin məhv edilməsinə görə Ermənistanın beynəlxalq müstəvidə cəzalandırılacağına, on minlərlə soydaşımızın doğma torpaqlara qayıtmaq hüququnun təmin olunacağına inamlarını ifadə ediblər.

Diqqətə çatdırılıb ki, kitab iki hissədən ibarətdir. Birinci hissədə hesabatın məqsədi və tədqiqatın predmeti müəyyən edilib, tədqiqatın metodologiyasından bəhs olunub. Kitabın ikinci hissəsində isə Qərbi Azərbaycanın hər bir rayonu üzrə qəbiristanlıqların yerləşdiyi kəndlərin tarixi inkişafı, demoqrafik göstəriciləri, kəndlə bağlı toponimik və inzibati dəyişikliklər, əhalinin köç və deportasiya prosesi və digər mədəni irs obyektlərinin mövcud vəziyyəti sistemli şəkildə təqdim edilir.

Tədbirdə Qərbi Azərbaycanla bağlı videoçarx da nümayiş olunub.

Qeyd edək ki, nəşrin 5 cilddən ibarət olması nəzərdə tutulur. Kitab Azərbaycan, ingilis, rus dillərində çap edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!