11 Yanvar 2025 08:35
152
İQTİSADİYYAT
A- A+
Dost həm də şad gündə tanınır

Dost həm də şad gündə tanınır


Macarıstan şirkətləri Cəbrayılın Soltanlı kəndinin yenidən qurulmasında yaxından iştirak edir


Yola saldığımız 2024-cü ildə Azərbaycanın neft-qaz bazarına daha bir enerji iştirakçısı daxil  oldu. Bu, Macarıstanın "MVM Group" şirkətidir. 

Ötən ilin üçüncü rübündə "MVM Group" təkcə Xəzərin Azərbaycan sektorunda deyil, dünyada ən iri təbii qaz-kondensat yataqlarından olan "Şahdəniz"  üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşuldu. Bu xüsusda dekabr ayında SOCAR-da keçirilən görüşdə sözügedən iki şirkət arasında uğurla davam edən əməkdaşlıqdan məmnunluq ifadə edildi.

Ümumiyyətlə, son illər Macarıstanın enerji şirkətlərinin neft, qaz və ixrac layihələrimizdə iştirakı genişlənir. Məsələn, 2019-cu ilin noyabr ayında bu ölkənin  MOL şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və Azərbaycan neftinin əsas ixrac xətti - Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində pay almaq üçün saziş imzaladı. Beləliklə, "Mol Group" az sonra AÇG-nin səhmlərinin 9,57, BTC-nin səhmlərinin isə 8,9 faizini əldə etdi.

Keçən ilin aprel ayında "MOL Azerbaijan"ın icraçı direktoru Attila Somfai Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı bildirib ki, MOL neft-qaz  şirkətinin ölkəmizin enerji sektoruna sərmayələri 2 milyard  dollara çatıb. Bununla belə, şirkət investisiyaların həcminin və uzunmüddətli əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Əməkdaşlıq uğurla davam edir. 2024-cü il sentyabrın 20-də - "Əsrin müqaviləsi"nin 30 illiyi qeyd olunan zaman SOCAR və "MOL Hungarian Oil and Gas" şirkəti arasında "Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında" Anlaşma Memorandumu imzalandı. Anlaşma memorandumuna əsasən, tərəflər Azərbaycanın karbohidrogen hasilatının daha da artırılması istiqamətində əməkdaşlıq edəcəklər. Sənədin imzalanması SOCAR-ın prezidenti Rövşən Nəcəfin "MOL Hungarian Oil and Gas" şirkətinin sədri və baş icraçı direktoru Zsolt Hernadi ilə keçirdiyi görüşdə baş tutdu.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan-Macarıstan enerji əməkdaşlığı və tərəfdaşlığı getdikcə daha geniş miqyas alır. 2023-cü il  aprelin 25-də Sofiyada baş tutan "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimini xatırlayaq. 

Əlaqələr indi həm də bərpaolunan enerji sahəsini əhatə edir. Belə ki, 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanan "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" artıq gerçəkləşdirilməkdədir. 

Əslində, Azərbaycan və Macarıstan arasındakı dostluq münasibətləri  iqtisadiyyatın bir çox sahəsində yeni işgüzar əlaqələr qurmağa imkan verir. Son illər turizm, təhsil, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq genişlənir. Bu da göstərir ki,  qeyri-neft-qaz sektorunda əlaqələrin daha da inkişafı üçün  potensial var.

Cari  ildən Macarıstanın iki əczaçılıq şirkətinin də Azərbaycanda dərman istehsalına başlayacağı nəzərdə tutulub. Bu müəssisələrdə 90 adda dərman istehsalı planlaşdırılır.

Azərbaycan-Macarıstan  əlaqələrinin səviyyəsini  göstərən daha bir aydın misal: Macarıstan şirkətləri işğaldan azad olunmuş ərazilərimizin bərpasında fəal iştirak edir. Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulması macar şirkətləri tərəfindən həyata keçirilir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Panama prezidenti BMT Təhlükəsizlik Şurasına müraciət edəcək  

16:16
11 Yanvar

Lionel Messi Avropaya qayıda bilər

16:05
11 Yanvar

Latviya ilə vergi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

16:04
11 Yanvar

Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq: ərazilər məlum olub

15:47
11 Yanvar

Türkiyə Prezidenti Azərbaycana səfir təyinatını təsdiqləyib

15:21
11 Yanvar

BOK bürünc medalları sahiblərinə təqdim edəcək

14:13
11 Yanvar

Seçkilərinin keçiriləcəyi tarix açıqlanıb

14:01
11 Yanvar

ABŞ yeni silahların yaradılmasına 1,2 trilyon dollardan çox sərmayə qoyub

13:49
11 Yanvar

Gəmilərdən gələn sualtı səs tənzimlənəcək

13:37
11 Yanvar

İnsan düşüncələrini “oxuyan” cihaz hazırlanıb

13:28
11 Yanvar

Yenilənmiş “Tesla Model Y” nümayiş etdirilib

13:20
11 Yanvar

Ankarada “Azərbaycan gecəsi” adlı tədbir keçirilib  

12:55
11 Yanvar

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:53
11 Yanvar

MSK sədri: Bələdiyyə seçkilərində seçicilər geniş seçim imkanına malik olacaqlar

12:41
11 Yanvar

Azərbaycan neftinin qiyməti 81 dolları ötüb

12:23
11 Yanvar

Məzahir Pənahov: Bələdiyyə seçkilərində 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib

12:13
11 Yanvar

MSK sədri: Bələdiyyə seçkilərində 16 min 128 namizəd mübarizə aparır

11:57
11 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb

11:39
11 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi səhhətində problemlər olan sürücülərə müraciət edib  

11:31
11 Yanvar

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik fəaliyyət planı imzalanıb  

11:30
11 Yanvar

Azərbaycan səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram sevinci bəxş edib  

11:29
11 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!