03 Dekabr 2025 18:55
500
DÜNYA
A- A+
Donald Tramp "yüksəkriskli" 19 ölkənin vətəndaşlarına sığınacaq verməyəcək  

Donald Tramp "yüksəkriskli" 19 ölkənin vətəndaşlarına sığınacaq verməyəcək  

Amerika lideri Donald Tramp administrasiyası "yüksəkriskli" kimi təsnif edilən 19 ölkə vətəndaşları tərəfindən təqdim edilən bütün sığınacaq müraciətlərini və immiqrasiya yardımı tələblərini dayandırıb. Bu tədbirlərlə bağlı məlumat  ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin (USCIS) veb saytında dərc edilib.

Direktivə əsasən, agentlik işçilərinə "ərizəçinin vətəndaşlığından asılı olmayaraq, bütün I-589 formalarının (Sığınacaq üçün ərizə və çıxarılmanın qarşısının alınması) və əlaqəli yardım tələblərinin işlənməsini hərtərəfli araşdırma başa çatana qədər dayandırmaq" tapşırılıb. 

Məlum olduğu kimi, D.Trampın  iyunun 5-də imzaladığı sərəncama əsasən, Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşları üçün ABŞ-yə giriş qadağan edilib.

Bundan əlavə, ABŞ Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına səyahət məhdudiyyətləri tətbiq edib. Bu ölkələr tövsiyədə müəyyən edilmiş "19 yüksəkriskli ölkə" kateqoriyasına daxildir.

Xatırladaq ki, Vaşinqton Polis Departamenti  noyabrın 26-da yerli vaxtla təxminən saat 14:15-də Ağ Evin yaxınlığında iki Milli Qvardiya əsgərinə atəş açıldığını və cinayətdə şübhəli atıcının saxlanıldığını bildirib. FTB direktoru Keş Patel təkbaşına hərəkət edən şübhəlinin saxlanıldığı barədə məlumat verib.

Kolumbiya Dairəsi üzrə  prokuror JaninePirro şübhəlinin 29 yaşlı Əfqanıstan vətəndaşı Rəhmanulla Lakanval,  hücuma məruz qalmış  Milli Qvardiya əsgərlərinin isə 20 yaşlı Sara Bekstrom və 24 yaşlı Endryu Volf olduğunu müəyyən edib.

Pirro əlavə edib ki, Lakanval hədəf aldığı Sara Bekstromun ölümü ilə əlaqədar birinci dərəcəli qətldə ittiham olunacaq.

Amerika mediası Lakanvalın 15 yaşında Əfqanıstanda Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa başladığını və xidmət etdiyi bölmənin hərəkətləri nəticəsində yaranan itkilərə görə "narahatlıq" yaşadığını bildirib. 

ABŞ müdafiə naziri Pit Heqset Dominikan Respublikasına səfəri zamanı hücumdan sonra paytaxtda Milli Qvardiyanın sayının artırılacağını və prezident Donald Trampın göstərişi ilə Vaşinqtona əlavə 500 əsgərin göndəriləcəyini açıqlayıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!