16 Yanvar 2026 08:20
370
CƏMİYYƏT
A- A+
Doğma torpaqlara qayıdış davam edir

Doğma torpaqlara qayıdış davam edir


Xalqımızın yaddaşında dərin iz buraxmış məcburi köçkünlük dövrü mərhələli şəkildə başa çatıb, doğma yurd yerlərinə qayıdış reallığa çevrilib. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri təkcə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması deyil, eyni zamanda tarixi ədalətin bərpasıdır.

"Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət Zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir". Bu fikirləri Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü zamanı söyləyib. Dövlət başçısının bu sözləri Böyük qayıdışın fəlsəfəsini, mahiyyətini və gələcək perspektivlərini özündə aydın şəkildə ehtiva edir.

Böyük qayıdış prosesi isə sürətlə davam edir. Yeni ilin ilk günlərində də bu proses davam etdirilib. Yanvarın 9-da Ağdərə rayonunun Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndləri ilk sakinlərinə qovuşub. İlkin mərhələdə Aşağı Oratağ kəndinə 31 ailə - 119 nəfər, Çapar kəndinə 26 ailə - 96 nəfər, Heyvalı kəndinə 19 ailə - 74 nəfər, Çıldıran kəndinə isə 13 ailə - 48 nəfər qayıdıb. Yanvarın 13-də Prezident İlham Əliyev bu kəndlərə köçən sakinlərlə görüşüb, onların evlərində olub, yaşayış şəraiti və məşğulluq imkanları ilə maraqlanıb.

Dağətəyi ərazidə yerləşən Aşağı Oratağ kəndində ümumilikdə 308 fərdi ev mövcuddur. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev aparılan bərpa işlərindən sonra istismara tam hazır vəziyyətə gətirilib. İl ərzində daha 60 evin əsaslı təmir və bərpası nəzərdə tutulur. Kənddə sosial infrastrukturun qurulması istiqamətində də mühüm işlər görülüb. Yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su nasosu istifadəyə verilib, ümumi həcmi 560 kubmetr olan su anbarları təmizlənib, subartezian quyusu təmir edilib. Uzunluğu 7 kilometrə yaxın olan kənddaxili yollar bərpa olunub, sakinlərin istirahəti üçün park salınıb, futbol meydançası yaradılıb.

Tarixi abidələrlə zəngin olan Çıldıran kəndinin ərazisində XII əsrə aid Alban məbədi və XIII əsrə aid "Qırmızı məbəd" yerləşir. Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində kənd işğaldan azad edilib. Kənddə 177 fərdi ev mövcuddur. Onlardan 69-u yararsız, 108-i isə qismən yararlıdır. İndiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib, bu il isə daha 30 evin bərpası planlaşdırılır. Çıldıran kəndində mövcud transformatorlar, elektrik və qaz xətləri bərpa olunub, yeni kommunikasiya xətləri çəkilib, su nasosu istifadəyə verilib, 190 kubmetrlik su anbarları təmizlənib, subartezian quyusu təmir edilib, 8,4 kilometr uzunluğunda kənddaxili yollar yenidən qurulub, park salınıb.

Ağdərə rayonunun Heyvalı kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan əvvəl kənd əhalisi əsasən taxılçılıq, tütünçülük və heyvandarlıqla məşğul olub, burada məktəb, klub və poçt fəaliyyət göstərib. Mövcud 126 fərdi evdən 45-i artıq tam bərpa olunub. Bu il ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Sosial infrastrukturun bərpası çərçivəsində enerji, qaz və rabitə xətləri yenilənib, 60 kubmetrlik içməli su çəni quraşdırılıb, su şəbəkəsinin inşasına başlanılıb, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa edilib və istirahət parkı salınıb.

Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşən Çapar kəndində 104 fərdi ev mövcuddur. Onlardan 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Hazırda 40 ev istismara hazırdır, il ərzində isə daha 23 evin bərpası planlaşdırılır. Kənddə 3 transformator, elektrik xətləri bərpa olunub, yeni qaz və rabitə xətləri çəkilib, su şəbəkəsi yaradılıb, su anbarları yenilənib, 6 kilometrə yaxın kənddaxili yollar yenidən qurulub.

Bu günədək Qarabağ və Şərqi Zəngəzurda 6554 ailə, 25754 nəfər məskunlaşıb. Ümumilikdə 7 şəhər, 3 qəsəbə və 26 kənd artıq sakinlərini qarşılayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır". 2027-ci ilədək 91 yaşayış məntəqəsinə 96 minə yaxın şəxsin qayıdışı planlaşdırılır, Böyük qayıdışın birinci mərhələsi tamamlanana qədər isə 140 min nəfərin - 34 min 500 ailənin köçürülməsi nəzərdə tutulur.

İndiyədək Ağdərə rayonunun 9 kəndinə qayıdış reallaşdırılıb. Tezliklə Ağdərə şəhəri də sakinlərinə qovuşacaq. Baş plana əsasən, şəhərin məskunlaşma ərazisi genişləndiriləcək, 444 hektardan 522 hektara çatdırılacaq, sənaye, logistika, aqroturizm zonaları yaradılacaq, müasir sosial infrastruktur qurulacaq. Ümumiyyətlə, qarşıdakı illərdə şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır.

Baş planla yanaşı, Ağdərə şəhərinin birinci mərhələdə yenidən qurulacaq ərazisi üzrə qarşıda duran vəzifələr də müəyyən edilib. Şəhərin mənzil fondunun 420 min kvadratmetr olması, həmçinin 80 çarpayılıq xəstəxananın, 2520 şagird yerlik 5 məktəbin, 840 yerlik 5 uşaq bağçasının və peşə məktəbinin inşası planlaşdırılır. Birinci mərhələdə sahəsi 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur. 2030-cu ilədək şəhərdə 3590 nəfərin məskunlaşması mümkün olacaq. Burada yol və küçələrin uzunluğu 46,8 kilometr, velosiped zolaqlarının uzunluğu isə 10 kilometr təşkil edəcək.

Layihə çərçivəsində ictimai və yaşayış binalarının memarlıq həlləri də işlənilib. Prezident İlham Əliyevin "Ağdərə şəhərini də biz yenidən quracağıq, necə ki artıq doqquz kəndi abadlaşdırmışıq. Şəhəri də quracağıq. Bura çox gözəl bir sənaye və turizm mərkəzi olacaq. Bu səfalı yerlər göz oxşayır. Hər tərəf dağ, meşə, gözəl hava, bulaqlar, çaylar. Ona görə Ağdərənin gələcək inkişafı çox parlaq olacaq" sözləri tezliklə gerçəkləşəcək. Qarabağ və Şərqi Zəngəzurun uzun illərdir sakinlərinə həsrət digər əraziləri də sakinlərinə qovuşacaq. 


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir Məcnun Məmmədov Naxçıvanda təsərrüfatlara baş çəkib, su obyektlərinin vəziyyəti ilə tanış olub  

10:24
03 Aprel

Azərbaycan nefti 141 dollardan baha satılır

09:57
03 Aprel

Tramp yenidən İranı körpülərə və elektrik stansiyalarına zərbələr endirməklə hədələyib  

09:42
03 Aprel

Tramp administrasiyasından daha çox məmur ayrıla bilər

09:41
03 Aprel

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

09:32
03 Aprel

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

İranda Kərəc körpüsü ikinci dəfə hədəf alınıb, 8 nəfər ölüb

08:45
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

Siyasi reallığın rəsmi etirafı

08:20
03 Aprel

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

08:15
03 Aprel

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb

08:05
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!